Fərhad Hacıyev AŞ Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin büro üzvü seçilib

 

Fərhad Hacıyev

15 Mart tarixində Strasburq şəhərində Avropa Şurasının (AŞ) Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin iclası keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, nazirliyin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev növbəti iki il üçün bu komitənin büro üzvü seçilib.

F. Hacıyev bundan öncə AŞ-nin Gənclərlə iş üzrə proqram komitəsinin sədri kimi fəaliyyət göstərib.

S. Məmmədova GİN-in AŞ-nin müvafiq strukturları ilə münasibətlərinin artan templə inkişaf etdiyini də bildirib. Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq AŞ-nin bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində fəal iştirak edir, Avropa Gənclər Fondu ilə əməkdaşlığı daha da möhkəmləndirir.

Avropa Gənclər Fondunun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsi fond tərəfindən maliyyələşdirilib. Bu da Avropa məkanında ən yüksək göstəricidir.

Kəmalə Quliyeva – APA.

This entry was posted in Azerbaijan and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s