Bəxtiyar Hacıyev – sonun sonu

Son dövrlər Bəxtiyar Hacıyevin həbsi ətrafında gəzən söz-söhbətlərə son nöqtəni qoyacaq yazı:

QayNar: Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu Bəxtiyar Hacıyev həbs edilib. Buna səbəb barəsində hərbi xidmət keçməkdən boyun qaçırdığına cinayət işi açılan B.Hacıyevin polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozmasıdır.

Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə təqsirli bilinən Bəxtiyar Hacıyevin həbsindən sonra bir sıra radikal müxalifət dairələri onu ABŞ-ın Harvard Universitetinin yeganə azərbaycanlı məzunu kimi təqdim etməyə çalışırlar. Bununla da həmin qüvvələr Hafiz Hacıyevin əmisi oğlu olan B.Hacıyevin müdafiəsində canfəşanlıq nümayiş etdirilər.

Lakin araşdırmamız göstərir ki, hal-hazırda təkcə xaricdə 11 minə yaxın Azərbaycan gənci təhsil alır. Eləcədə, yerli universitetlərdə on minlərlə gənc təhsil almaqdadır. Bu baxımdan hər hansı bir gəncə, digərləri ilə müqayisədə fərq qoymaq, ona xüsusi imtiyazlar tələb eləmək yumşaq desək ədalətsizlikdir. Xüsusilə də bu günə qədər Harvard Universitetinin məzunu olmuş digər azərbaycanlı gənclərə qarşı.

Belə gənclərimizə misal olaraq Harvardın ən aparıcı Universiteti sayılan “Harvard Businness School”-un 2006-cı ildə MBA məzunu olmuş Murad Sofizadə, 2008-ci ildə Natiq Qəniyev, 2010-cu ildə Zaur Məmmədov, 2009-cu ildə “Harvard Kennedy School”-un məzunu olmuş Emin Hüseynov, Rauf Məmmədov və digər gənclərin adlarını çəkmək olar.

Lakin göründüyü kimi, bu günə qədər, adıçəkilən və xaricdə təhsil almış digər 20 minə yaxın Azərbaycan gəncindən heç birinin təhsil aldıqları universitetlərin adından sui-istifadə edərək, sinələrinə döymələrinin, bunu əsas gətirərək orduya xidmət etməkdək boyun qaçırmalarının şahidi olmamışıq.

Ümumiyyətlə, müharibə şəraitində olan bir ölkədə vətənə xidmət məsələsində hər bir gəncdən eyni dərəcədə həssaslıq tələb olunur. Bir faktı demək kifayət edir ki, yalnız 2010-cu ildə Cinayət Məcəlləsinin 321-ci – “Hərbi xidmət keçməkdən boyun qaçırma” maddəsi ilə 24 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Elə həmin ildə, on minlərlə Azərbaycan gənci hərbi xidmətə çağırılıb ki, onların da arasında kifayət qədər xaricdə təhsil almış gənc var.

Belə olan halda kimsənin öz şəxsi maraqları naminə ucuz təxribatlar yaradaraq, özündən qəhrəman düzəltmək haqqı yoxdur. Təbii ki, bütün faktlar belə insanların sosial şəbəkələrdə və digər informasiya resurslarında gənclərə etdiyi çağırışların səmimiliyinə şübhə yaradır və bu çağırışların təxribatçı məqsədindən xəbər verir. //QayNar

Bəxtiyar Hacıyev - Hafiz Hacıyevin əmisi oğlu

 

This entry was posted in Azerbaijan and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s