20 yanvar faciəsinin 21-ci ildönümü yaxınlaşır

20 yanvar faciəsinin 21-ci ildönümü yaxınlaşır. Bu il də ötən illər olduğu kimi Azərbaycanın müstəqilliyi yolunda şəhid olan vətəndaşlarımızı anacaq, vətəndaşlıq borcumuzu yerinə yetirərək Şəhidlər Xiyabanını ziyarət edib bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyəcəyik. Çünki biz bu tarixi unutmadıq və unutmayacağımıza söz verdik! Çünki biz keçmişini xatırlamayanlarının keçmişinin təkrarlanacağına inanırıq!

Hüzn günüdə həmrəyliyimizin daha bir göstəricisi olaraq sosial şəbəkələrdə (xüsusilə Facebook-da) öz profil şəklimizi bir neçə günlük faciəylə bağlı rəsmlə əvəz edəcəyik. Ötən il çağırışımızı 1000 nəfərə yaxın soydaşımız dəstəkləmişdi. Bu il bu rəqəmin daha çox olacağına ümid edirik. Siz də özünüzü bu sırada görür və 20 yanvar faciəsini heç vaxt unutmayacağını düşünürsənsə aşağıdakı rəsmi bir neçə günlük Facebook səhifənizin əsas rəsmi edin və dostlarınızı da bunu etməyə çağırın. Çünki, biz birlikdə daha güclüyük.

Unutmadıq, unutmayacağıq!

 

 

This entry was posted in Azerbaijan, INTERNET and tagged , , . Bookmark the permalink.

3 Responses to 20 yanvar faciəsinin 21-ci ildönümü yaxınlaşır

  1. shebnem says:

    Bilmirəm bu şəkli profilə qoymaqla onların ruhlarını nə qədər şad etmiş olarıq, amma qoyacam. İnşallah torpaqılarımız da alınar və ruhları həqiqətən də şad olar!

  2. Ezio Smlow says:

    Ruhları şad olsun!

  3. araz says:

    salam şebnem xanım məndə güney azerbaycannan özümde bu hissi bildim ki gərəh səni və hətta bütöv quzeyliləri bu günde tək qoymiax bunuda bildirmək istəyirəmki əyər birgün muharibiə başlasax birincinəfərki şəhid olacax oda mənəm yaşasın türk igitləri güney quzey bir olsun mərkəzi təbriz olsun

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s