Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyəti “İrəli”nin idarə heyəti ilə görüşmüşdür

This slideshow requires JavaScript.

Hal-hazırda Azərbaycan və Türkiyə əlaqələri müxtəlif sahələrdə olduğu kimi gənclər sahəsində də yüksək səviyyədə inkişaf etməkdədir. Bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynamışdır.

Qarşılıqlı əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi məqsədi ilə 2007-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır ki, bu Sazişin maddələrinin həyata keçirilməsi və növbəti il üçün birgə tədbirlərin təşkili məsələlərini müzakirə etmək məqsədi ilə Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgülün rəhbərliyi ilə nümayəndə heyətinin 22 dekabr 2010-cu il tarixdən Azərbaycana səfəri başlamışdır.

Səfər çərçivəsində qonaqlar “İrəli” ictimai birliyinin idarə heyəti üzvləri ilə də görüşmüşlər. Görüş 24 Dekabr 2010-cu il tarixində, saat 10:00-da birliyin mərkəzi qərargahında keçirilmişdir. Görüşdə ”Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgül, onun müavini Mehmet Kocatepe, gənclərlə iş üzrə şöbənin müdiri Adnan Gül, “İRƏLİ” İctimai Birliyinin idarə heyəti üzvləri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev iştirak etmişlər.

Görüşdə “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti barədə birliyin baş katibi Rauf Mərdiyev qonaqlara ətraflı məlumat verilmişdir. Daha sonra birliyin idarə heyəti üzvü Hikmət İsmayılov “İRƏLİ”nin Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən nümayəndəlikləri barədə qonaqları məlumatlandırmışdır. Görüşdə Azərbaycan və Türkiyə gənclərinin gələcək fəaliyyəti barədə razılaşmalar əldə edilmiş, Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgələrinin də keçirilməsi ilə bağlı planlar müzakirə olunmuşdur. Bundan əlavə, qonaqlar gələn ilin fevral ayında Türkiyədə keçiriləcək beynəlxalq tədbirə “İRƏLİ”nin gənclərini də dəvət etmişlər.

Hörmətlə,
Aynur Həsənzadə
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi

This entry was posted in Azerbaijan, Youth and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s