Heydər Əliyevin həyatı gənclər üçün əsl nümunədir

Bakı, 12 dekabr (AzərTAc). Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 12-də Fəxri xiyabana gələnlər arasında həmişə fəallıq nümunəsi göstərən “İRƏLİ” İctimai Birliyinin üzvləri də vardır.

Birliyin baş katibi Rauf Mərdiyev demişdir ki, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucususdur. Ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etmiş, inkişafın Azərbaycan modelini yaratmışdır. Əldə etdiyimiz bütün nailiyyətlər, müxtəlif sahələrdə qazanılan uğurlar üçün ulu öndərə borcluyuq. Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirmişdir. Gənclər siyasəti onun fəaliyyətində əsas yerlərdən birini tuturdu. Gənclərin inkişafı ulu öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi. O, çox gözəl bilirdi ki, ölkənin inkişafı, gələcəyi məhz gənclərdən asılıdır. Çünki gənclər cəmiyyətin ən fəal hissəsi, sağlam ideyaların daşıyıcısıdırlar. Onun diqqət və qayğısı nəticəsində bu istiqamətdə xeyli işlər görülmüş, xüsusi proqramlar qəbul edilmiş, xaricdə təhsillə bağlı mühüm addımlar atılmış, Gənclər və İdman Nazirliyi yaradılmışdır. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ulu öndərin gənclərin inkişafı ilə bağlı əməlləri illər keçəndən sonra öz bəhrəsini verməyə başlamışdır. Azərbaycan gəncləri hazırda böyük nailiyyətlərə imza atırlar. Biz gənclər ümummilli liderimizin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, onun əməllərini, ideyalarını yaşatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik.

This entry was posted in Azerbaijan and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s