WORLD AIDS DAY 2010 event

 

World AIDS Day 2010 Azerbaijan

Hal-hazırda HİV/AİDS bəşəriyyətin ən böyük problemlərindən biri kimi qəbul olunur. Ümumilikdə dünyada 34 million HİV/AİDS daşıyıcısı mövcuddur və hər il 2 milliona yaxın adam bu xəstəliyə yoluxma nəticəsində dünyasını dəyişir.  Son illər ərzində HİV-ə yoluxmuş insanların sayının xüsusilə artması ilə əlaqədar olaraq, bu istiqamətdə görülən fəaliyyət daha da genişləndirilib. HİV/AİDS problemi Azərbaycandan da yan keçməyib və ölkə üzrə HİV daşıyıcısı olan 2000-dən çox  insan rəsmi qeydiyyatdadır. Bu xəstəlikdən dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı 300 nəfərə yaxındır. Ən təhlükəlisi isə xəstəliyin və bu səbəbdən dünyasını dəyişən insanların yaş həddinin hər ötən il aşağı düşməsidir.

1995-ci ildən BMT-in təşəbbüsü ilə 1 dekabr Ümumdünya AİDS-lə mübarizə günü kimi qeyd olunur. HİV/AİDSlə mübarizənin miqyası daha da genişləndirilərək BMT tərəfindən minilliyin inkişaf məqsədlərinə daxil edilmişdir. Bu gün də dünyanın bir çox ölkələrində adı çəkilən problemlə bağlı müxtəlif tədbirlər keçirilir. “İRƏLİ” İctimai Birliyi də 1 Dekabr  2010-cu il tarixində “WORLD AIDS DAY” adlı aksiya həyata keçirəcəkdir.

Aksiyanın əsas məqsədi gənclər arasında maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə insanların diqqətinin artırılmasıdır. Tədbir çərçivəsində sağlam həyat tərzi ilə bağlı təlimlər, filmin nümayişi, şəhərin müxtəlif yerlərində məlumat bukletlərinin paylanılması və şəhərin mərkəzində canlı-simvolik lentin yaradılması nəzərdə tutulub. Aksiyada 100-dən artıq gəncin iştirakı gözlənilir.

 

This entry was posted in Azerbaijan, IRELI PY and tagged , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s