“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin Şəki şəhərində təlimləri start götürmüşdür

15 Noyabr 2010-cu ildə Şəki Şəhər Gənclər İdman dairəsinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin ilk zonal təliminin açılış mərasimi olmuşdur.

Açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəisi Rəfael Manafov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və İsmayıllı şəhər Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli çıxış edərək layihənin məqsədi və keçirilməsinin vacibliyi barədə söhbət açmışlar.

Şəki, Zaqatala və İsmayıllı rayonlarının daxil olduğu zonadan ümumilikdə 30 nəfər 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar.

Növbəti təlimlər isə Gəncə və Sumqayıt şəhərlərində keçiriləcəkdir. Növbəti ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı “Gənc Liderlər üçün Yaz Universiteti”nin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. “İnformasiya Texnologiyalar Akademiyası” və “Bələdiyyə-2009” layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olmuşdur.

This slideshow requires JavaScript.

This entry was posted in IRELI PY and tagged , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s