ATGTİ rəsmi saytını istifadəyə verdi

Gecə saat 2-də Facebook şəbəkəsində istifadəçilərdən birinin ATGTİ-in rəsmi saytının istifadəyə verilməsi ilə bağlı status oxudum. Uzun müddətdir free domain və blog üzərindən məlumat yayan təşkilatın öz saytını istifadəyə verməsi xəbəri sevindirici idi. Sayta daxil olub görülən işlə daha yaxından maraqlanmaq istədim və fikrimi qısa şəkildə (like və dislike) sizlərlə bölüşmək istərdim.

  • İnterfeys yorucu deyil
  • Təşkilat, TGT-lər və universitetlər barədə dolğun məlumat var (bütün əlavə ediləcək məlumatlar əvvəlcədən toplanılıb və 2 gündə sayta yerləşdirilib)
  • + Gmaps
  • Flash gözəldır

 

  • Əlaqə vasitələrində yahoo domainli mailin göstərilməsi qeyri-ciddi təsir bağışlayır
  • Fotoqalereyada xronoloji ardıcıllıq yoxdur (ümumiyyətlə tədbirlərin keçirilmə tarixi göstərilməyib)
  • Menyudakı bəzi bölmələr işləmir (http://atgti.az/activities/inter/ http://atgti.az/en/news/ )
  • Forumda mövzular müəyyən olunmayıb
  • Xəbərlər – Tədbirlər bölmələrinin fərqi mənim üçün qaranlıq qaldı
  • Azərbaycan saytlarının ümumi çatışmamazlığı: RU və EN versiyalar tam tərcümə olunmayıb
  • Xəbərlər qısa vaxt ərzində işləndiyindən bir sıra səhvlər nəzərə çarpır:

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başlayır.

ATGTİ.AZ saytın yaradılması, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilib. Sayt 3 dildə (azərbaycan, rus və ingilis dili) fəaliyyət göstərəcək və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, eyni zamanda  ali və orta ixtisas təhsili müəssisələrinin, tələbə gənclər təşkilatlarının fəaliyyəti, eyni zamanda tələbələrlə bağlı müxtəlif yerli və beynəlxalq layihələrlə haqda informasiya, elanları, gəncləri düşündürən məsələlərlə bağlı forumlar, xarici ökələrin  təhsil müəssisələri barədə məlumatları əhatə eədəcək.

Təşkil ediləcək mərasimdə ( hansı mərasimdə? ) 28 İyul – 4 Avqust 2010-cu il tarixində  Lənkəran şəhərində təşkil edilmiş tələbələr üçün “Liderlik məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, “Liderlik Məktəbi” layihəsində Azərbaycanın bütün ali təhsil müəssisərəindən I və II kurs olmaqla 140 nəfər tələbə iştirak etmişdir.

  • Saytda universitet və ya TGT-ləri sıralanması ardıcıllığını müəyyən etmək olmur
  • Saytdan sosial şəbəkələrdəki account-lara keçid yoxdur
  • Stilistika yoxdur

 

Bunlar 15 dəqiqəlik surf müddətində nəzərimə çatan müsbət və mənfilər idi. Qeyd etdiyim məqamların aradan qaldırılması ilə saytın daha işlək və effektiv hala gətiriləcəyinə ümid edirəm. Hər birinizə uğurlar.

 

This entry was posted in Azerbaijan, INTERNET, Youth and tagged , , , . Bookmark the permalink.

7 Responses to ATGTİ rəsmi saytını istifadəyə verdi

  1. Mr.Zeynalov says:

    Mardiyev , 3 dilde olan 1 saytin sizin ucun de olmagini arzu edirem.Ugurlar

    • Samin says:

      qaqas bize 3 rus dilinde sayt lazim deyil. We dont give a fuck for russians. May be you give? Do you give a fuck for russians?

      • Mr.Zeynalov says:

        qaqas hec mene maraqli deyl , sen ve yaxud ireliciler russlari neyniyir Ok?? Amma ozunde olmuyan 1 sheyi digerlerinde gorub de muzekire elemek duzgun deyl.

      • Samin says:

        Brat sen hansi mentiqe esaslanib danisirsan???Nece yeni ozunde olmayan seyi basqasinda gorub muzakire elemek duzgun deyil? Indi bizde nuve reaktoru yoxdur deye biz Iranin nuve proqramindan danishmamaliyiq??? ya bizde suni peyk yoxdur deye bunun ustunluk ve ya menfileri barede fikir yurutmemeliyik??? Senin mentiqin xestedir qardas. heyf sene ayirdigim vaxtdan. Senin kimiler o teskilatin adini batirir.

    • Chimka says:

      Kamal ayiligini yere qoymadin da…..sence irelinin 3 yox lap 5 dilde sayt hazirlamaga iumkani yoxdu? men onlara ele de regbet beslemirem hazir pullarla ish gorurler amma adamin ustunde Allahi var usaqlar ishleyirler. men hele o vaxtlardan onlari qarabag sohbetine gore tanimisham. azerbaycanda bu sahede en feal onlardir. sen de oz adindan teshkilatinizin adina xelel getirme. sene atgti adindan danishmaga selahiyyet veribler? veriblerse duzgun danish. verilmeyibse danisma. senin ne ishine qalib ne saytdi nece saytdi.

      herden gorun. usaqlarla yigismaq isteyirik bi yaxinlarda. xeber edecem.

      Chingiz UnExc

      • Mr.Zeynalov says:

        Yaxsi regbet beslemirsen bes niye ozuvu kurs eliyirsen ?? Hec dexliii var..Saytda emeyi kecen insanlardan 1 de menem tak cto sayt baresinde ve teskilatin diger meseleleri barede danismaga huququm var..

        Yigisan da da xeber ele nomremi tapmaq cetin deyl..sene ayini gosterecem onda.

  2. Mr.Zeynalov. Hiss olunur ki, gəncsiniz və təcrübəsizsiniz. Təcrübəsiz olduğunuz üçün tənqidə dözümünüz zəifdir. Raufun tənqidlərini sağlam tənqid kimi qəbul edib, çatışmazlıqları aradan qaldırmaq lazımdır.

    TGTİ və orada fəaliyyət göstərən gənclərlə bizim hər hansı əks münasibətimiz yoxdur. Mən bir gənc kimi, TGTİ-nin gənclərin və tələbələrin inkişafına istiqamətlənmiş fəaliyyətini təqdir edirəm. Ancaq çatışmazlıqları deyəndə bunu səbrlə və dözümlə qəbul etməlisiniz.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s