İRƏLİ və status cəngavərləri

Son günlər Facebook sosial şəbəkəsində “İRƏLİ” İctima Birliyinin adının hallandığı həqiqətə uyğun olmayan fikirlər səslənməkdədir. Hadisələri diqqətlə təhlil etdikdə bəzi məqamlarda insanların məlumatsızlığı yanlışanlaşmaya gətdirdiyi görünürsə, bəzi məqamlarda isə xüsusi qrup insanların şəxsi maraqlarından çıxış edərək prosesi başqa müstəviyə keçrimək istəyləri sezilirdi.

Bütün suallara cavab vermək və qaranlıq məqamlara aydınlıq gətirmək üçün bu yazını yazmaq qərarına glədim.

Fikrimi hər kəsin anlaya biləcəyi şəkildə ifadə etməyə çalışacağam.

İRƏLİ fəaliyyəti

“İRƏLİ” ölkə miqyasında özünü təsdiqləmiş bir təşkilatdır və bu detallara toxunmadan (düşünürəm ki, özünü fəal vətəndaş hesab edən hər kəs İRƏLİ barədə məlumatlıdır və onun fəaliyyətinə düzgün qiymət verə bilir) yalnız iki rəqəmi diqqətinizə çatdırmaq istərdim:

  • 12 ooo nəfərdən çox üzvlə yalnız Azərbaycanda deyil, regionda ən böyük gənclər sahəsində fəaliyyət göstərən təşkilatıdır.
  • 2009-2010-cu illər ərzində fəaliyyəti ilə bütün Azərbaycanı əhatə etmiş və layihələrinin əhatə dairəsi 100 000 nəfərdən artıq olmuşdur.

İRƏLİ və IT

Təşkilat yarandığı gündən prioritet sahələrindən biri olara İnformasiya Texnologiyalarını müəyyən etmiş və 5 il ərzində 100-ə yaxın layihə həyata keçirmişdir. Bunlardan 3 məqamı diqqətinizə çatdırmaq istərdim:

  • Tərəfdaşlarımız: AR RİTN, Microsoft, HP, BestComp, Ultra, Yumroo və  s.
  • Azərbaycanda ilk bolq təlimlərinin təşkili
  • IT Academy layihəsi ilə bütün Azərbaycanı əhatə etmiş və birilkə daha imza atmışdır

İRƏLİ və sizin layihəniz

İRƏLİ öz fəaliyyətini üzvlərinin təşəbbüsləri üzərində qurur və biz hər zaman əsaslandırılmış ideya və layihələri dəstəkləmişik. Bizə müraciət edən hər bir Azərbaycan gəncinə də əlimizdən gələn köməkliyi görtərmiş və bu işə gələcəkdə də davam edəcəyik.

İRƏLİ və SYD

“İRƏLİ” bu ilin sentyabr ayında Bakıda Transitions təşkilatı tərəfindən həyata keçiriləcək Sosial Yeniliklər Düşərgəsi layihəsinin tərəfdaşıdır.

İRƏLİ və BarCamp

“İRƏLİ” rəsmi tərəfdaş olmasa da BarCamp ideyasını dəstəkləyib və təşkilatın bir neçə üzvü həmin tədbirlərdə işitrak edib.

SYD və BarCamp

Adları çəkilən hər iki format unconference hesab edilir və oxşarlıqları çoxdur. Lakin, SYD daha ixtisaslşmış və təkmilləşmiş bir modeldir. Həm də ötən illər ərzində Azərbaycanda baş tutmuş BarCamp-ların gözlənilən effekti vermədiyinə görə bu il daha fərqli və effektiv olacaq yenilik gözləyirdik ki, bu da SYD oldu.

BarCamp və SYD təşəbbüskarları, təsisçiləri, təşkilatçılar və s. arasında olan narazıçılıq, intriqa və s. bizi əsla maraqlandırmır və bu müzakirələr əsnasında İRƏLİ adının hallanması bizi narahat edir və təəssüf doğurur.

İRƏLİ adından danışmaq hüququ

Sosial Yeniliklər Düşərgəsi ilə bağlı yalnız və yalnız:

  • SYD rəsmi saytı
  • “İRƏLİ” İctimai Birliyi rəsmi saytı
  • İRƏLİ İTM rəsmi bloqu
  • SYD və İRƏLİ Facebook rəsmi qrup və page-lərində

səlahiyyətli şəxslər tərəfindən verilən məlumatlar etibarlı sayıla bilər.

Ümid edirəm ki, yuxarıda etdiyim qeydlər bir çoxlarını məsələ barədə düzgün məlumatlanmalarına və yaranmış anlaşılmazlığın aradan qalxmasına kömək edəcək.

Sonda məsələyə bir dostumun baxışını və Facebook şəbəkəsindəki şərhləri ilə yeni qalmaqal yaratmaq istəyən insanlara qısa cavabımı qeyd etmək istərdim.

“Facebookda bir istifadəçi statusuna “İRƏLİ BarKamp keçirdəcək” başlıqlı reallığı əks etdirməyən bir cümlə yazır. BarKamp təşkilatçısı olan bir nəfər isə bu məlumatı oxuyub və dəqiqləşdirmədən “İRƏLİ BarKamp adından istifadə edir” fikrini söyləyir və xəstə məntiqli 3-cü bir nəfər isə “Azərbaycanda sosial media təhlükədədir! İRƏLİ BarKampın partnyoru olmaq istəyir” fikirlərini yazır”.

Gördüyümüz kimi bəzi məqamlarda məlumatsızlıq, bəzi məqamlarda isə hadisələrin qəsdən yanlış dəyərləndirilməsi problemlər meydana gətirir.

Status və comment cəngavərlərinə:

  • İRƏLİ adından danışmaq səlahiyətli şəxslərin siyahısı yuxarıda qeyd edilib. Onlar xaric digərlərinin fikirlərini (istinad olmadan) rəsmi İRƏLİ mövqeyi kimi qəbul etməyin.
  • Əgər hansısa məsələ sizi narahat edirsə bunu səlahiyyətli şəxslərlə dəqiqləşdirin, İRƏLİ üzərindən ucuz PR cəhdləri indiyə kimi uğurla nəticələnməyib.
  • BarCamp Azərbaycanda o qədər də uğurlu layihə olmadı və İRƏLİnin ölkə miqyasında onlarla uğurlu layihələri vardır. İRƏLİnin BarCamp adından istifadə etməsi sağlam məntiqə dayanmır.
  • Biz BarCamp-ın Azərbaycan təşkilatçılarını tanıyır, onların əməyinə yüksək qiymət verir və  hər birinə hörmətlə yanaşır, daim dost münasibətlərini saxlamağa çalışırıq.
  • Social Media anlayışı ilə 3 ay əvvəl tanış olub bu gün “İRƏLİ social media layihəsinə dəstək verməsi söz azadlığına təhlükədir” deyəsi xəstə təfəkkürün məhsuludur.

Sonda isə haqlı olmadıqları halda bizə qarşı əsassız fikirlər bildirən hörmətli Rəşad Əliyev, Azər Nəzərov, Xanım Javadova, bir gün öncə mən də SYD-yə qatılmaq istəyirəm deyib indi əsl üzün göstərən “dostumuza” xitabən bildirmək istəyirəm ki, sadəcə bildiyiniz məsələlər barədə fikir yürüdün. Bilmirsinizə, ən azından öyrənməyə cəhd edin. O zaman haqlı tərəf də sizin yanlıdığınızı anlayacaq və bu xoşagəlməz hadisə münasibətlərə mənfi təsir etməyəcək.

Şəxsən mənə bundan sonra heç kəsin publc-də üzr istəməsi və təkzibi və ya telefonda üzrxahlığı lazım deyil. Sadəcə harada olmağından, hansı fəaliyyətlə məşğul olmağından asılı olmayaraq insan daim özünə hörmətini saxlasa ətrafdakılar da ona hörmət edəcəklər.

Hörmətiniz olsun.

Hörmətlə,

Rauf Mardiyev

Düşünmək üçün sual – təxminən bir ay öncə qondarma Dağlıq Qarabaq respublikasında “BarCamp Artsakh” layihəsinin keçiriləcəyi barədə məlumat yayıldı. Bizim BarKamperlərdən heç birinin səsi çıxmadı. 24 saatın içində isə İRƏLİni əsassız ittima atəşinə tutdular – “Azərbaycanda bizdən icazəsiz BarKamp keçirmək istəyirlər” deyə.

This entry was posted in Azerbaijan, IRELI PY, Yazılarım and tagged , , , , , , , , , , . Bookmark the permalink.

4 Responses to İRƏLİ və status cəngavərləri

  1. Azer Nazarov says:

    Eziz Rauf, yazini bashdan sona qeder oxudum. bu qeydleri nezere almani rica edirem, 1. Men Irelini Hec zaman her hansi bir ittiham atteshine tutmamisham. hetta ekser hallarda bu tipli ateshe tutanlara qarshi da chixmisham. Bunu deqiqleshdire bilerdiniz. Siz demishken en azindan ele menim ozumle, yadaki etrafimdakilarla. Men hec zaman hec bir gencler teshkilatinin eleyhine soz danishmiram. Tutduqu movqeyden asli olmayaraq. mence her bir gencin musteqil oz fikirlerini ve siyasi baxishini bildirmek huququ var . 2. men daim ishletdiyim sozun arxasindayam ve heqiqeten de bu layihenin Ireli ile birge kecirilmesinin terefdari deyilem. (Ister Social yenilikler isterse de Barcamp). Baxmayaraq ki, Irelinin uzvleri ve feallari ile normal munasibetim var. NIye razi deyilem: Fikrimce Azerbaycanda (esasen mediada) Soz azadliqi normal seviyyeden ashaqidadir.ve sozu geden tipli layiheleri hokumet ve ya muxalif yonlu qurumlarin xettini izleyen teshkilatlar heyata kecirtdikde bu layihelerin hemin qurumlarin nezaretine kecmek shansi yaranir. Tesdiq edeceyinizi dushunurem ki, sosial yenilikler dushuergesinin ve diger barcamp tipli layihelerin bu qurumlardan hansininsa nezaretine kechmesi sozu geden layihelerin tesir edeceyi sektorun inkishafi ile baqli problemler yarada biler. Men sozu geden dushergenin Tiflisde kecirilen tedbirinin ishtirakchisi olmusham, tedbiri mushahide etmishem ve bu sebebden fikrimin haqli olduqunu dushunurem. fikirlerim shexsi fikrimdir razilasmayanlar ola biler. Fikirelerine hormetle yanashiram. P.S. bir daha vurgulamaq isteyirem ki, sohbet yalnizca Ireliden getmir. Bu tipli tedbiri muxalifet xettini izleyen gencler teshkilatlardan her hansi biri teshkil etmek istemish olsaydi bele eyni reaksiyani vereceydim. Bu tedbir hec bir yonumden asli olmayan qurumlar terefinden heyata kecirmesi terefdariyam.

    P.P.S. Fikirlerime gore uzr istemirem ve fikirlerimin yanlish olduqunu da demirem. Menim fikirlerimde ve qeydlerimde kimise ne zamansa tehqir etdiyime rast gelinmir. Ancaq sizin yuxarida adimi chekdiyiniz paragrafda “Bilmediyimi Danishmaqda” gunahlandirmaniz tehqir sayilir.Siz nece qenaete geldiniz ki, men ne demek istediyimi bilmirem? Ancaq men size artiq bu yazdiqinizdan sonra rahatliqla deye bilerem ki, siz deqiq bilmediyiniz bir meseleni deqiqleshdirmeden ictimaiete chatdirmaqla meni tehqir etmisiniz. Buna gorese uzr istemeyiniz sizin ali cenabliqiniz olar. her halda sehve gore uzr istemek ali cebanliqdir. \
    Ishlerinizde uqurlar
    xosh arzularla
    Azer Nazarov.

  2. Turane says:

    Men eslinde sizin emekdarlignizi derinden tanimiram, ama calishdigim qeder IRELI Public Unionun sebebini basha dushmek isteyirem ve dushurem.
    Bu shehrimle bir tek onu bildirmek isteyirem ki, Irelinin yaratdigi peshekarliq mence cox gencin gelecek ucun gözunu acir. Cunki heyat azerbaycanda dogurdanda demokratik halina 90% uzunu gösterir. (gencler ucun) Ona göre sizi teshkilati deyerlendirmekde özume borclu sayiram.

    Be free and show your face to peopel who can not see you.

  3. Ali Resh says:

    Teesuf ki bu yaziya gec rast geldim. Ay saglam tefekkurlu Rauf :)) menim yazdigim statuslar hele de facebook sehifemde qalir gir bir de oxu :)) ve oz tefekkurun haqqda fikirlesh.

  4. Quliyev says:

    Irali Rusiyanin Nashi gencler herekatinin copy-pastedir. Ve ne qeder super bir teshkilat olsa,ne qeder gozel ishler gorse de,mueyyen cerciveden cixa bilmediyi ucun total deyishikliklere sebeb olmayacaq ve sadece bash veren haqsizliqi ort basdir etmek ucun istifade edilecek. Gozden perde asmaq ucundur IRELI.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s