Ermənilərin çirkin oyunları davam edir

Bu yaxınlarda Odnoklassniki.ru şəbəkəsinin erməni istifadəçilərindən biri profilində Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun cəsədi ehtimal olunan fotoşəkillər yerləşdirib. Fotoların həqiq olub-olmadığı dəqiq bilinməsə də, ANS-PRESS fotoların həqiqi olduğu barədə məlumat yayıb. Bunun ardınca həmin şəbəkə və bir sıra digər erməni forumlarında Azərbaycan ordusunun geri çəkilən əsgərlərinin həlak olmuş yoldaşlarını döyüş meydanında qoyması və bu tip yazılar yer almağa başlayıb. Maraqlı məqam isə ondan ibarətdir ki, Erməsistan höküməti bir ay boyunca Beynəlxalq Qızıl Xaç Komitəsinin şəhidin cəsədinin geri qaytarılması barədə müraciətinə “M.İbrahimovun cəsədi nə Ermənistan, nə də Dağlıq Qarabağ ərazisində yoxdur” cavabını verib. Ardınca isə Erməsintan KİV-də sistematik olaraq M.İbrahimovun Biləsuvar rayonunda dəfni barədə məlumatlar yayılmağa başlayıb.

Sual olunur, əgər şəhidin cəsədi ermənilərin qeyd etdiyi kimi cəbhənin onlara aid hissəsində qalmayıbsa bu fotolar haradan ortaya çıxıb və hansı məqsəd daşıyır? Yox əgər cəsəd onlardadırsa onun geri qaytarılmaması hansı məntiqdən irəli gəlir?

Bəzi fikirlərə görə Ermənistan ordusunda 6 əsgər və zabitin ölümü ilə nəticələnən son insident ətrafında gedən söz-söhbətin səngiməsi üçün gündəmə gətirildiyini bildirir. Bəzilərinə görə fotolar həqiq deyil, bəziləri isə bunun Azərbaycan tərəfində ruh düşkünlüyü yaratmaq üçün edildiyini söyləyir.

Fərziyyələrin müxtəlif olmasına baxmayaraq ortaq bir fikir mövcuddur – Ermənistan ənənəsinə sadiq qalaraq qeyri-insani, qorxaq və şərəfsiz siyasət yürütməkdə davam edir.

This entry was posted in Azerbaijan and tagged , , , , . Bookmark the permalink.

6 Responses to Ermənilərin çirkin oyunları davam edir

  1. Elmar says:

    Buna nə şərh yazmaq olar ki. Ermənilər üçün adi, lakin dünya üçün qeyri-insani olan hərəkətlərini edirlər. Bu əclaflar bundan artığını bacarmayacaqlar ki!!! Bacardıqları budur, onu da etdilər. Mənim sözüm güc strukturlarınadır. Özünə hörmət qoyan, milli qəhrəmanına hörmət edən müdafiə nazirliyi meyiti ala bilmirdisə, gücünü, kəşfiyyatı toplayıb nəyin bahasına olursa-olsun Mübarizin həlak olduğu postu götürməli idi özü də ilk 1 ay ərzində. Bu təhqirə necə dözmək olar! Bu cəmiyyətə və orduya psixoloji təsir etməyə yönəlib!!! Mubarizin həlak olduğu post mütləq alınmalıdır. Ancaq bu yolla cavab mümkündür. Vəssalam. Oyan Səfər Əbiyev, yatma!!!

  2. Ismayil says:

    Bu bic bala ermenilerden başqa ne gözləmək olar ki, Ermenididəə anasından bacısından varyoxundan bezmiş adamlardıdaaa… Dövlət əməkdaşları bele şeyə fikir versinlər eee .. Yoxsa kim nə qazandı mən ona nə vaxt çata bilərəm onu yox…. Sonra deyirler dövlet, dövlət eliyirdə hamısın …. Dövlət RAMİL SƏFƏROV kimi oğlanı qurban verdi bu bic balalara.. Buna hech ne de eleyen deyil.. Çünki dövlətdəkilərin fikri başqadıı…..

  3. vusal-iskenderzade says:

    buna ne ad vermek olar ermeniler yene de oz menfur ve murdar sisasetlerini heyata kechirmekde davam edirler,mene bele gelir ki bu son hereketleri ile Mubarizin shekillerini muxtelif saytlarda yerleshdirmekle oz gorxagliglarini ve nece rezil bir xalg ve dovlet olduglarini bir daha butun dunyaya ashikar etdiler(boyuk rus shairi A.S.Pushkin nahag yere demeyib ki on trus, on vor, on rab on armenin ini ozunuz netice chixarin eger bunu rus shairi deyirse onda gor bunlar ne gundediler)butun dunya bunlarin nece alchag olduglarini bilir,Ancag Mubariz ise oz olumsuzluyu ile butun dunyaya gosterdi ki,AZERI oglu kimdi ve AZERI esgeri anlami ne demekdi,men eminem ki her bir AZERI oglunun ureyinde MUBARIZIN mubarizliyi,onun VETENE sevgisi ATA ANAYA mehebbeti,geyreti,namusu ve VETENIN bu dar gununde alchag dushmenlerimizin ganini tokmek arzusu vardir yashayir ve yashayacagdir.Yene de eminem ki eger AZERBAYCAN seferber olsa HAMILIGLA(altini cizarag geyd edirem)HAMILIGLA muharibeye getsek biz her hansi bir dushmene galib gele bilerik o ki galdi gorxag ve alchag ermenilere..VETEN SAG OLSUN.

  4. 05.avqust saat 12:55.

    Allah Rehmet Elesin! Mubariz oz shucaetile bir daha Azerbaycan ordusun gucunu merdliyini subut etdi. Mubarizle butun Azerbycan fexr edir. Ermeniler novbeti sherefsiz menfur hereketlerile neye qadir olduqlarini subut etdiler. Beli bu gun Mubarizin meyiti hele de sherefsizlerin elindedir amma nece ki O oz mektubunda yazmishdi Veten saq Olsun! Veteni Mubariz kimi sevmek gerek. Gelin Mubariz olaq.

  5. Bənarə says:

    ve 1 daha subut etdiler ki, onlar danishiq masasina oturasi insan deyiller (herchen, insan demeye dilim gelmir), chunki sozden anlamirlar, istenilen halda dunya tersine de donse, biz torpaqlari geri qaytaracagiq

  6. fuad says:

    insallah qanin yerde qalmaz QEHREMAN

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s