İRƏLİ “Elm, Təhsil, informasiya Texnologiyaları” Festivalında iştirak etmişdir

Sumqayıt İKT festivalı

Sumqayıt şəhər İcra hakimiyyətinin və şəhər təhsil şöbəsinin təşəbbüsü ilə 2008-2009 –cu illər ərzində məktəblilər arasında böyük müvəffəqiyyətlə təşkil olunan “Gənc İnformatiklər” müsabiqəsinin davamı olaraq 2010-cu il 22 -23 iyun tarixlərində “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Sumqayıtda şəhərində “ Elm , Təhsil, informasiya Texnologiyalari” Festivalı keçirilmişdir.

Festival Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri barədə geniş ictimaiyyəti və orta ümumtəhsil məktəblərinin şagirdlərini məlumatlandırmaq, informasiya texnologiyalarının tətbiqi sahəsində istedadlı uşaq və gəncləri aşkar etmək, tələbələrin və məktəblilərin müasir informasiya və kommunikasiya texnologiyalarina marağını artırmaq, gənclərin İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək və tədris prosesində İKT-nin tətbiqini stimullaşdırmaq məqsədi daşıyırdı. Festivalda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Xızı, Quba, Qusar, Xaçmaz və s. rayonlardan 150 nəfərlik şagird tələbə iştirak etmişdir.

Festivalın birinci günü təşkilatçılar və sponsorlar tərəfindən İKT-in müxtəlif sahələrinə aid təqdimatlar edildi. “İRƏLİ” İctimai Birliyinin baş katibi və “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Rauf Mərdiyev “Azərbaycan gəncləri və sosial şəbəkələr” mövzusunda festival iştirakçıları qarşısında çıxış etdi və onların suallarını cavabladı. Rəsmi hissədən sonra 25 nəfər “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi üzvünün də daxil olduğu qonaqlar Sumqayıt şəhərinə eksursiyaya dəvət olundular.

Festivalın 2-ci günündə təşkil olunmuş İKT sərgisində də “İRƏLİ” İctimai Birliyi bu sahədə keçirdiyi bir çox layihələri təqdim etdi. Stend sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılandı. Festivalın sonunda isə “Gənc İnformatiklər” müsabiqəsinin qalibləri elan edildi. Müsabiqə qaliblərinə “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin xüsusi hədiyyəsi olaraq onların hər biri mərkəzdə öz maraq dairələrinə uygun təlim kusrlarına dəvət olundular.

This entry was posted in Azerbaijan, Hi-tech, IRELI PY, IT Academy and tagged , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s