Azərbaycan Tarixi Poratlı təqdim olundu

Ceyhun Osmanlı

24 Aprel 2010-cu il tarixində, saat 11:00-da Park Inn mehmanxanasının “Dan ulduzu” zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azerfon MMC, “HP” şirkəti və “İRƏLİ” ictimai birliyinin tərəfdaşlığı ilə “İRƏLİ” Tarix Mərkəzi tərəfindən hazırlanmış http://www.history.az adlı Azərbaycan Tarixi Portalının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkillərindən Əhməd Vəliyev, Jalə Əliyeva, Rauf Əliyev, Zahid Oruc, Gövhər Baxşəliyeva, Nazim Məmmədov, Asim Mollazadə, Fazil Mustafa və digərləri, Azəbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “NOVCO” şirkətlər qrupunun prezidenti Fərid Novruzi, “HP” şirkətinin nümayəndəsi Rasim Bəxşi, “Azərfon” şirkətinin baş əməliyyat direktoru Feliks Vass, “Successful Strategies” şirkətinin prezidenti Faiq Bağırov, “GRBS” şirkətinin prezidenti Bəhram Qurbanov, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digər qonaqlar, dövlət rəsmiləri iştirak etmişlər. “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı yaradılmış portal haqqında ətraflı məlumat verərək, portalın ərsəyə gəlməsində iştirak etmiş tərəfdaşlara minnətdarlığını bildirmişdir. Qonaqlardan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, “Azərfon” şirkətinin baş əməliyyat direktoru Feliks Vass, “HP” şirkətinin nümayəndəsi Rasim Bəxşi, millət vəkillərindən Gövhər Baxşəliyeva, Asim Mollazadə çıxış edərək Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında portalın öz töhfəsini verəcəyini qeyd etmişlər. Daha sonra isə “İRƏLİ” Tarix Mərkəzinin rəhbəri Aliyə Qurbanova portal haqqında qonaqları məlumatlandırmışdır. Sonda isə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin təşkilatçılğı ilə keçirilmiş “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin iştirakçılarına diplomlar təqdim olunmuşdur.

This entry was posted in Azerbaijan, IRELI PY and tagged , , , , , , , , , . Bookmark the permalink.

One Response to Azərbaycan Tarixi Poratlı təqdim olundu

  1. wIn_az says:

    Çoxdan gözləyirdik

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s