20 yanvar – 20 ildən sonra etdiklərimiz

Black January - we still remember

Faciədən 20 il ötür. Artıq 20 ildir ki, xalqımızın qan yaddaşında əbədi qalacaq 20 Yanvar faciəsini Ümumxalq hüzn günü kimi qeyd edirik. Amma bu günü yalnız kədər, hüzn, ağrı-acı ilə xatırlamaq lazım deyil. 20 Yanvar həm də milli qürur günümüz, azadlıq uğrunda mübarizəmizin növbəti döyüşü, tariximizin qəhrəmanlaq səhifəsidir. Şəhidlər Xiyabanında dəfn edilənlər yalnız Sovet və erməni fitnəkarları tərəfindən həyata keçirilən qanlı terror qurbanları deyil, eyni zamanda müstəqilliyimiz uğrunda canlarından keçən ilk şəhidlər idilər. Bütün bunlara əsasən biz 20 Yanvarı yalnız hüzn günü kimi deyil, eyni zamanda milli qürur, məğrurluq və mübarizlik günü kimi qəbul etməliyik. Onlar, onlardan əvvəlkilər və sonrakılar bizlərin bu günü, müstəqil və bütöv Azərbaycan üçün canlarını fəda etdilər. Bizim onlar qarşısında borcumuz isə bu müstəqilliyi yaşatmaqdır. Eyni zamanda tarixi unutmamaq, keçmişdən nəticə çıxarmaq və bütün həqiqətləri həm dünyaya, həm də bizdən sonra gələcək nəsillərə ötürməkdir. Bu fikirləri əldə rəhbər tutaraq yorulmadan çalışmalıyıq…

Facebook aksiyasına qoşulan istifadəçilər

Bəzi dostlarım belə 20 Yanvarla bağlı Facebook şəbəkəsində keçirdiyimiz kiçik aksiyaya skeptik yanaşaraq “bu nə üçün lazımdır?” deyə soruşmuşdular. İlk öncə onu qeyd edim ki, bu əvvəlcədən hazırlanmış bir tədbir deyildi. Bütün ideya və fikirlər adi istiadəçilər tərəfindən irəli sürülür və qərarlar prosesin gedişatında qəbul olunurdu. Məqsədimiz isə nə faciə barədə həqiqətləri dünyaya yaymaq və ya təqsirkarların cəzalarına çatması, nə bütün dünyanın bizimlə birgə yas saxlaması və s. deyildi. Biz sadəcə özümüzü yoxlamaq istədik. Danışıqda olduğumuz kimi, əməldə də həmrəy ola bilərikmi? Yoxladıq. Baş verənlər göstərdi ki, ola bilərik. Sadəcə istək və təşəbbüs lazımdır. 3 gün içində eyni fotoşəkili öz səhifələrində yerləşdirən insanların sayı 1100 nəfəri keçdi və bu rəqəm indi də artmaqdadır.

Bu kiçik aksiyanın gözəl bir ənənənin başlanğıcı olacağını düşünürəm. Düzdür, indiyə kimi bir neçə dəfə belə təşəbbüslər kiçik qruplar tərəfindən irəli sürülsə də nəticə pərakəndəlik, davamsızlıq və azsaylı iştirak ilə yadda qalırdı. 20 Yanvar faciəsi ilə bağlı Facebook aksiyasını bu yolda dönüş nöqtəsi olacağına və 26 fevral, 31 mart tarixlərində eyni aksiyalara daha çox insanın cəlb olunacağı və nəticənin daha effektiv olacağına inanıram.

Ən sevindirici məqamlardan biri də yuxarıda qeyd etdiyim kimi, xaotik sayılan İnternet mühitində milli və dövlətçilik maraqlarının əsas tutulduğu ənənələrin yaranması və bunların (laqeyd) kütlə tərəfindən müsbət qarşılanmasıdır. Artıq bundan sonra təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq (çünki burada şəxslər önəmli deyil) bu tip həmrəylik nümayişləri davamlı olacaq və öz əhatə dairəsini genişləndirəcəkdir.

Ağsu şəhərində 20 Yanvar faciəsi haqqında film nümayiş olunur

Növbəti qeyd etmək istədiyim tədbir də digərlərindən fərqlənir. Biz bu tip tədbirlərin Bakıda keçirilməsinə  adət etmişik. Bu dəfəki yenilik isə IT sahəsiylə bağlı tədbirlərin ölkənin 3 müxtəlif şəhərində – Lənkəran, Şirvan və Ağsu şəhərlərində keçirilməsi idi.

“İRƏLİ” İctimai Birliyinininİnformasiya Texnologiyaları Akademiyası” layihəsi hal-hazırda təlimləri davam etdirdiyi Şirvan və Ağsu şəhərlərində və keçən ilin oktyabr ayında təlimlərin keçirildiyi Lənkəran şəhərindəki gənclərin təşəbbüsü ilə anım mərasimi keçirilib. Hər şəhərdə layihə heyəti və ümumi sayları 250 nəfərdən artıq olan iştirakçılar Şəhidlər Xiyabanını ziyarət etmiş, təlimlərin keçirildiyi mərkəzlərdə 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuş və faciə barədə iştirakçılara məlumat verilmişdir. Daha sonra isə hər 3 şəhərdə eyni vaxtda e-mail hücuma start verilib: faciəsini əks etdirən fotolar və qısa məlumat 1000-dən artıq əvvəlcədən müəyyən olunmuş xarici ölkələrin media agentlikləri, qeyri-hökumət təşkilatlar, dövlət idarələri və s. elektron poçt ünvanlarına göndərilib.

Bu tədbirlərin ən önəmli cəhəti isə regionlardakı gənclərin təşəbbüsü ilə, IT texnologiyalarından istifadə etməklə və tam müstəqil – Bakıyla heç bir əlaqə olmadan həyata keçirilmələridir.

Bütün bunlara əlavə olaraq TGTİ İctimai Birliyi tərəfindən keçirilən “Mənim 20 yaşım var” aksiyasını da qeyd etmək yerinə düşərdi.

Sonda qeyd etmək istərdim ki, zaman keçəcək, nəsillər dəyişəcək, lakin Azərbaycan uğrunda şəhid olanların xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Keçmişimizi unutmayaraq dəyişən dünyada dəyişməyən məqsədimizə doğru yorulmadan irəliləməkdəyik.

Hörmətlə,
Rauf Mərdiyev

20/01/2010

This entry was posted in Azerbaijan, Politics, Society and tagged , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to 20 yanvar – 20 ildən sonra etdiklərimiz

  1. BELƏ AKSİYALAR TEZ TEZ OLMALIDIR BU MƏNİM İLK BLOQ ŞƏRHİMDİR XEYİRLİ OLSUN TƏŞƏKKÜRLƏR

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s