Gənclərin 49 şərhi

Facebook profilimdə paylaşdığım Ceyhun Osmanlının müsahibəsi ətrafında gənclər çox maraqlı fikir mübadiləsi apardılar. Heç bir dəyişiklik etmədən onları diqqətinizə çatdırıram:

Zaur Zamanov Gencler her bir zaman ictimai ve siyasi proseslerin avanqardi olub ve burada hansisa xarici tesiri gormek duzgun deyil. Sherait yaradilsa genclerin hech bir xarici desteye ehtiyaci qalmaz…

Aydin S Duzdur! Bednam xarici quvveler hemvetenlerimizden oz mekirli meqsedler u4un istifade etmeye utanmadan davam edirler! Bu olkenin vetendashlarindan ancaq bu olkedeki quvveler istifade ede biler, axi xariciler bunu niye basha dushmurler?! Ar olsun!

Rufet Sanili Suyu bulandirib daha asan baliq tutmaq.

Farhad Mammadov Esas mesele odur ki, istifade edilmesin, genclik ozu oz yolunu musteqil shekilde sechsin ve heyata kechirsin.
Eger siyasetle meshqul olmaq isteyen varsa, siyasi partiya vasitesile, uzv olaraq, siyasi partiyani tekmilleshdirerek ishtirak elesin.
Amma eger, genclik sadece neqativ ehval ruhiyyeni yaymaqla meshquldursa bu artiq istifade olunmaqdir!
Avanqard ise her zaman “пушечное мясо” rolunda chixish edir…

AyNur Hasan-Zadeh Hormetli Aydin S. men bir sheyi anlamadim, siz ozunuzu istifade olunmush hesab edirsiniz ?!

Xaqani Ferecov mencede istifade olunmamalidir genclerden,gence ozu secmelidir oz geleceyini,kimlerinise tesiri altina dushmeden.

Zaur Zamanov Farhad, men raziyam bir chox dediklerinle, amma realliqda bu bir az ferqlidir. Bunda yalniz gencleri suchlamaq duzgun deyil.
Kichik bir misal. Hansisa gencler teshkilati ve ya gencler qruppu oz ideyalarini reallashdirmaq isteyirler, amma buna vesait lazimdir. Daxilde vesait tapilmir, chunki bu ideyaya “heyir dua” vermirler. Qalir xarici donorlardan istifade etmek, bele olanda da derhal buna “qulp” qoyanlar tapilir, tipa “vaaay bunlar xaricden idare olunurlar, demeli dovlete qarshidir”. Razilash ki, bu bir az qeyri-ciddi yanashmadir…

Zaur Zamanov Bir de ki ola biler ele gencler olsun ki, hech bir siyasi partiya onlarin ideyalarini eks etdirmir. Onda nece? Oz partiyalarini yaradsinlar. Axi ele hallar olur ki, genclerin fealiyyeti siyasi proseslerle yox, daha chox ictimai proseslerle baglidir. Onda nece?


Farhad Mammadov Zaur, sen butun layiheleri bir arshinla olchme. Men ancaq siyasi layiheleri nezerde tuturam. Ichmeli su layihesi ile ehalide “bundan pis ola bilmez” shuarini tebliq eden layihe arasinda ferq var. Ve yaxud tehsil ile baqli layiheler.
Hakimiyyete qarshi olmaq, dovlete qarshi olmaq demek deyil, bu musahibede gorsenir. Muxalif olmaq olar hokumete qarshi, amma siyasi tebliqatda olkenin maraqlarina qarshi chixmaq olmaz.
Lakin, bizde nedense muxalif gencler siyasi hakimiyyetle dovleti sehf salir.

Zaur Zamanov Haqani, yeri gelse hami istifade olunur, bu ve ya diger shekilde. Hetta buna qarshi chixanlar da. Ferq yalniz kimin terefinden istifade olunmaqdadir.
Amma men umumiyyetle “istifade” sozune qarshiyam. Sadece maraqlar ust-uste dushur ve her teref oz funksiyasini yerine yetirir.

Farhad Mammadov Siyasi proseslerede ishtirak ise hami uchun azaddir, amma eger kimse muveqqeti yox – musahibede “birgunluk teshkilatlar” kimi – fealiyyetde olmaq istiyirse bunu siyasi partiya vasitesi ile elese yaxshidir, onda onun poziciyasi leqal olar.

Farhad Mammadov Zaur, buna qarshiliqli istifade deyilir. Qarshiliqli maraqlaron odemey sherti ile, qarshiliqli istifade.

Zaur Zamanov Farhad, raziyam, bizde chox vaxt dovletle hakimiyyeti eyni sayirlar, ozude bu yalniz genclere aid deyil. Bu bashqa bir movzudur)
O ki qaldi dovlet maraqlarina…bes dovlet maraqlari nedir? Kim onlari mueyyen edib? Axi burada da muxtelif yanashmalar ola biler. Kimse bir rolkiki dovlet maraqlarina zidd hesab edir, kimse eksine bunu musbet qarshilayir. Heqiqet ise qanundur (eger qanun marazmatik formada deyil). Mehz qanuna istinad edilmelidir, hansisa efemer idealara yox…
Razi deyilsen?)

Zaur Zamanov Farhad, buna istenilen ad qoya bilersen, amma esas mesele yene de bunun ziyanli olub olmamasi qalir)
Yaqin ki Azad Fikir Universiteti haqda eshitmisen, men sene hele o vaxt danishmishdim bu layiheden. Eger pisdir ki genclere hansisa alternativ bilikler verilir, onlara fikir mubadilesi aparmaga imkan yaradilir?
Beli, bu da qrant hesabina edilir,chunki hech de her bir teshkilata pulsuz yer vermirler. Bundan bashqa diger xercler de var. Inda gelin buna da “xarici quvvelerin dovlete qarshi plani” kimi baxaq?


Farhad Mammadov Ideya her zaman moral, yani menevi deyerlerin toplusu kimi qiymetlendirlir. Qanun ise ideyanin kaqizda eks olunmush formasidir.
Ikinci mesele, siyasi sehnenin shertleri ile baqlidir. Siyasi feal olmaq isteyen shexs ya sistem daxilinde olmali, ya da sistemnen kenar…


Zaur Zamanov Ну все. Теперь заговорил Фархад-политолог. Я молчу))
Hamisi qalsin bir qiraqa…ne vaxt gorushek, derdleshek?)


Farhad Mammadov men tehsil layihesini ferqlendirmishdim.
Elbette, eger hemin layihede movzulari, lektorlari siz ozunuz sechirsinizse onda probem deyil, amma eger esas istiqamet layiheye pul verenden gelirse dushunmeye deyer.


Farhad Mammadov gelen hefte, zenglesherik:)


Ramiz Mammadli Bezen ele arqumentler getirilir adam az qalir inansin ki, Gurcustandaki ve Ukraynadaki hadiseler sade xalqin oz cehdi neticesinde bash vermishdi, xaricden bir qepik ve ya bir resurs da istifade edilmemishdi.
Hetta Irandaki hadiseler de yeqin farslarin oz teshebbusleridir yeqin.. Inanaq?


Zaur Zamanov Ramiz, bu sizin shexsi ishinizdi inanasiz ya yox. Shexsen men eminem ki, tekce xarici pullarla bele sheyler kechmez…


Aliaslan Aliyev Dogrudur yalniz pul burda gucsuzdur, gerek o pulu verenlerin ideologiya dawiyicilari da olsun😉


Ramiz Mammadli Zaur, men de eminem ki, bele sheyler tekce xarici pullarla kecmir. Razilasha bilirik. Tebii ki, yerli resurslar ve narazi/narazilashdirilmish insanlar da istifade olunur. Sadece emin oldugum bir shey var ki, hemin xarici pullarin meqsedi hec de hemin xalqlara gozel gelecek getirmek deyil.
Iraqlilar da hevese dushub Seddamin heykelini tepikleyirdiler, ele bilirdiler Yankiler celd geldikleri kimi celd de cixib gedecekler. Hele de gozleyirler.


Bakhtiyar Hajiyev Söhbət hansı gənclərdən gedir? Bəlkə, konkret adlar, “birgünlük təşkilatlar” açıq yazılsın?

Ramiz, Gürcüstan, Ukraynada kənardan maliyyə dəstəyi olub. Bunu heç kim dana bilməz. Şəxsən mən özüm haradan, hansı formada maliyyə dəstəyinin olmasını Ukraynada da, ABŞ-da da görmüşəm. Amma insanladan dəyişiklik tələb olmayan yerdə təkcə maliyyə heç nəyi həll eləmir. Dəyişiklik tələbi olan yerdə isə insanların maliyyəyə ehtiyacı varsa, onlar haradan olsa tapacaqlar. Bəs neyləməli? Bir tərəf açır xalqın haqqı olan büdcədən oğurlanmış pullar hesabına formalaşmış xəzinənin ağzını, maliyyələşdirir layihələri, yedirir, içirir, təmin edir, bütün xərclərini ödəyir və lazım olanda meydana buraxır – bu istifadə olunmaq sayılmır. Digər tərəf isə başqa ölkələrin qanuni, rəsmi olaraq ayırdığı maliyyədən istifadə edib öz ölkəsinin əhalisinin dəyişikliklər ehtiyacını ödəyəndə bu istifadə sayılır. Maraqlıdır…


Ramiz Mammadli Dəyişiklik hər zaman lazımdır, amma bəzi hallarda bu dəyişiklik ehtiyacı sui-istifadə olunur. Mən əvvəllər elə bilirdim ki, Marketinq insanların tələbini öyrənib ona uygun məhsul təklif etməkdir. Sonra anladım ki, müasir dünyada marketinq daha çox hazır məhsulu sata bilmək üçün tələbi süni şəkildə hazırlamaqla məşğuldur.
Ona görə də dəyişiklik daxildən, sinə-i millətdən gəldiyi zaman daha tədrici, daha doğma olur. Xaricdən gələn sifariş isə əslində əsaslandırılmaq üçün yerli problemləri bayraq kimi istifadə etsə də əslində tamam başqa nəticələr doğurur. Yerli dəyərlərlə ziddiyyət təşkil etdiyi üçün bu idxal (xaricdən baxanda isə ixrac) hərəkatlar isə başqa qrup qanın damara vurulması kimi laxtalanma, qanqren kimi fəsadlara gətirir.

Elə ona görə də seçkilər arası müddətdə xarici maliyyələşmənin bir hissəsi azad seks, Che, anti-mentalitet və s. kimi elementlərin təbliğinə yəni yuxarıda adı çəkilən müasir marketinqə yönəldilir ki, vaxtı gələndə şərait və resurslar hazır olsun.


Bakhtiyar Hajiyev aydındır.


Zaur Zamanov Hech dexli var?
Shexsen men de bizim mentalitetin bir chox elementlerini menasiz ve regressiv hesab edirem. Indi isteyirsiz demek ki men xaricin sifarishini yerine yetirirem?
Sizce bu normal insanin normal dushuncesi ola bilmez?
Belke her shey eksinedir? Belke konservativ ideyalarin dashiyicilari, giydirme stabilliyin vurgunlari (her bir sahede) hech neyin deyishmemesi uchun behane tapib ve siz qeyd etdiyiniz marketinqden istifade ederek hansisa ictimai fikir yaradmaq chalishirlar? Ve hemin “xarici tesir”, “dagidici elementler” ve sair “variantlar” mehz bunun uchun istifade olunur?
Yesterday at 6:59pm ·

Sabit Nazirov Bextiyar hec olmasa sen danisma.Obamanin fonunda olan sekilinin neden xeber verdiyi melumdur.Maliyeye gore narahat olma.Qoy bir az beyinleri yusunlar ondan sonra maliyye de verecekler osheynik de namordnik de.Telesmeyek.


Maryam Gulamova Kishilerin sohbetine mudaxile etdiyimchun bagishlayin, razilashsaniz da, razilashmasaniz da fikrimi bildirmek isteyirem. Cemiyyet uzvlərinin hamisi bir nəfər kimi eyni movqe, eyni fikir daşıyıcısı ola bilməz, bu aydındır. amma daxildə movqelərin fərqliliyinden asili olmayaraq, beynəlxalq aləmdə müəyyən mövqelər uğrunda mubarizə aparan hər bir dövlət konkret və vahid mənafedən çıxış etməlidir.Bu dövlətin başlıca mənafeləri hesab olunur.Əlbəttə, Qərb üçün dövlətin vahid maraqlarına və milli mənafeyinə qarşı çıxan cəmiyyəti öz əlinə almaq (maliyyə dəstəyi, şirnikləşdirici yollarla) sərf edir.
O ki qaldı, milli deyerlerin muhafizesine, “başlıca mənafelər dövlətin fiziki, siyasi və mədəni bütövlüyünü qorumaqla özünün ifadəsini tapır” – H. Morgentau.


Anar Shukurov Qerbden pul alan bezi agilliarimiz da var =) , onlar guya Azerbaycana qarshi nese edirler, amma eslinde sadece qerbin pulunu yeyirler. Beleleri cox olsa daha yaxshi olar. :)))


Bakhtiyar Hajiyev Türkiyəlilərin bir sözü var – Parayı veren düdüğü çalar.
Kimin fəaliyyəti haradan maliyyələşdirilirsə, ora da xidmət edir. Hökümətdən maliyyələşənlər hökümətə, Qərbdən maliyyələşən Qərbə, İrandan maliyyələşən İrana və s.
Xalqa xidmət etmək istəyənlər də xalqdan maliyyələşməlidirlər. 5,10, 15 manatlıq ianələrlə olsun, amma sadə vətəndaşlar özlərinə kiminsə xidmət etməsini istəyirlərsə, bu işin altına çiyinlərini qoymalıdırlar. İnanıram ki, 2010-da bunu əyani görəcəyik.


Bakhtiyar Hajiyev Sabit, yazdıqlarını indi gördüm. Üzrlü hesab elə gec cavabımı🙂

Fonda Obamanın olması nədən xəbər verir? :)) Bəs onda İlham Əliyevin fonda olması nə deməkdir? http://www.facebook.com/photo.php?pid=4766902&id=660526420
Yaxud V.Lenin? http://www.facebook.com/photo.php?pid=4190857&id=660526420
Yaxud Mason lojası? http://www.facebook.com/photo.php?pid=4386755&id=660526420
Və onlarla digər insanlar, siyasətçilər, qruplarla fotolar? Bu o deməkdir ki, mən onlardan maliyyə alıram?🙂

Mən qəpiyinə qədər maliyyə mənbəyimi, gəlirimi, xərclərimi, bank məlumatlarımı açıqlamağa hazıram. Burada sən və səndən əvvəl kimlərisə Qərbdən pul almaqda ittiham edənlər də bunu bacararlarmı, görəsən?🙂


Zaur Zamanov Eeee….o boyda shey yazdim, sehven pozdum((
Neise…dediyim odur ki, eger kiminse dushunce terzi ferqlidir, olkenin inkishafini bashqa rakursda gorur ve s. bu o demek deyil ki, hemin insan olke ve dovletin elehine ishletir. Artiq bu sovet dushuncesinden el chekmek lazimdir. En azi biz-gencler bele dushunceni qebul etmemeliyik…
O ki qaldi chox hormet etdimim Maryamin yazdiqina…tesuf ki bununla razilasha bilmirem. Bele, onun dedikleri chox gozel ve celbedicidir, lakin bizim realliqda utopikdir. Uzaqa gedmeyek, Adnan ve Emini suchlayan, onlarin boynuna olmayan sheyleri qoyan, az qala dovlet chevirilishinde ittiham edenlerle nece eyni movqede ola bilerem? Ferqi yoxdur Bakida ve ya Qondurasda…
Amma duzdur, ele meseleler var ki her birimiz uchun vacibdir ve eyni movqeden chixish etmeliyik (muxtelif baxishlar olsada). Misal uchun hemin Qarabaq problemi…


‘Rauf Ray İlk növbədə maraqlı fikir mübadiləsinə görə hər birinizə təşəkkürlər. 33-cü postda müzakirələrin sivil normalara uyğun getməsi sevindiricidir🙂

Ceyhun Osmanlı kifayət qədər aktual məsələyə toxunub. Qaranlıq mənbələrdən maliyyələşən təşkilatlar və neqativ nəticələr doğuracaq proseslərin önündə getməyə proqramlanşım (beyinləri yuyulmuş) gənclər cəmiyyətin və dövlətin inkişafını ləngidən amildir. Bəzən azğın hərəkətləri ilə mənim də ağrıyan damarıma toxunurlar, amma mən bu problemin lazım gərəkdiyindən çox qabardılmasının əleyhinəyəm.

Tarix boyu bu hadisələr olub, indi də davam edir və gələcəkdə də böyük ehtimalla hansısa digər bir formada mövcud olacaqdır. Amma bir məqamı yaddan çıxarmamaq lazımdır. Dostum Ramiz Məmmədli qeyd edir “dəyişiklik daxildən, sinə-i millətdən gəldiyi zaman daha tədrici, daha doğma olur”. Məncə isə bu proseslər içdən gəlmədikcə, xalqın iradəsini əks etdirmədikcə ümumiyyətlə olmur! Onların mövcudluğu süni tənəffüs sisteminə qoşulmuş xəstənin yaşamı kimidir: ON – OFF.

Xaricdəki mənbə istədiyi anda onların yaşamına son verə bilər. Çox uzaq deyil, yaxın tarixə nəzər salın: Məqam, Yeni Fikir, Yox, Dalğa ( çapalamağa davam etsə də, mən onu bu sırada görürəm ) və s. Bir zaman önə çıxıb biz “biz gəlirik və edəcəyik!” deyə bağıranlar indi haradadırlar? Niyə onların izi-tozu yoxdur? Səbəb yuxarıda qeyd etdiklərimdir.

Ceyhunla tam razıyam. 2010-cu ildə də digər seçki illərində olduğu ssenari təkrarlanacaq. Kimlərsə mövsümi fəaliyyətə başlayıb bir az çığır-bağır salacaq, yenə məğlub olacaq, OFF və yenə gəldikləri kimi də qeyb olacaqlar. Şükür Allaha, xalqın iradəsi də məlumdur və hər bizimiz bunun şahidi olmuşuq. Üstəlik indi Azərbaycanda dövlət və millətin maraqlarını hər şüydən üstün tutan elə sağlam gənclər ordusu yaranıb ki, 3-5 nəfər yuyulmuş beyinlə bu səddi keçmək mümkün olmayacaq.


Bakhtiyar Hajiyev Rauf, maraqlıdır:

1) Sən, Ceyhun vəya digər İRƏLİ-çilər məni “beyni yuyulmuşlar” kateqoriyasına daxil edirsinizmi?🙂

2) İRƏLİ-nin maliyyə mənbələrini qaranlıq, yoxsa şəffaf sayırsan?

3) İRƏLİ-ni maliyyələşdirən mənbələrin daha çox dövlətin maraqları, sadə vətəndaşların maraqları düşündürür, yoxsa hakimiyyətin?

4) Hələ 2002-ci ildə “2003-də YAP hakimiyyətini saxlasa, gələcək seçkilərdə bu hakimiyyəti dəstəkləyəcək qrup qurmaq lazımdır” deyənlər xalqın iradəsini nə dərəcədə əks etdirir.

Amma səmimi cavab ver, xahiş edirəm🙂


Aliaslan Aliyev Eger Bakhtiyarin etirazi yoxdursa suallari men cavablandirim.

1. Eger sen ozunu dovletin ve milletin maraqlarini mudafie eden genclerle qarwi qarwiya qoyursansa cavab bellidir mence.

2. Elbette ki, Irelinin maliyye menbeleri weffafdir. http://www.ireli.az-da veya
http://www.facebook.com/search/?q=it+academy&init=quick#/photo.php?pid=2173330&id=108304167871 biz her bir layihemize hansi strukturun destek gosterdiyini bildiririk

3. IRELI her zaman dovletin ve milletin maraqlarini onde tutub. Sen bunun eleyhinesen?

4. Ozun yazdigini ozun basha dushursen? Ne ise demek istemisen, amma deyesen fikrini tam ifade ede bilmemisen🙂

Zaur Zamanov Aliaslan, bilmirem Baxtiyar nece, amma men qoyulmush suallara dolgun cavab almadim.

Hormetle…

Aliaslan Aliyev dolgun cavab neye deyirsiniz? IRELI IBnin 1illik fealiyyetini,hansi qurumlarla emekdawliq etdiyini bura yazmali idim? Yoxsa IRELInin meqsed ve meramini?
Size bir zehmet dolgun cavab ucun http://www.ireli.az saytina daxil olun .
Hormete hormetle . . .

Zaur Zamanov Sayta daxil olmusham defelerle.
Sizin gunahlandirdiginiz teshkilatlarin saytinda yazmirlar ki “biz dovleti mehv etmek uchun kimdense 10 min dollar almishiq”.
Duzdur?)
Neise.
Hesab edirem ki filankesler xalqa ve dovlete qarshidir kimi subyektiv fikirleri umumiyyetle yigishdirmaliyiq. Mence stalinizm dovru artiq bitib…

Ramiz Mammadli Bir şeyi heç anlamıram. Hər hansı mövzunun müzakirəsi gedir, mütləq kimsə başlayır şəxslərə yönəlik iradlar tutmağa. Nə bilim, kimin fonunda şəkil nəsə mənaya gəlirmiş. Fikirlər və mövqelər zidd ola bilər, amma bu o demək deyil ki, kimsə kiməsə satılıb və ya beyni yuyulub.

O ki qaldi milli mənəvi dəyərlərə.. Zaur bəy, dəyərlərlə bəzi adətləri fərqləndirmək lazımdır. İnaniram ki, siz də mənim kimi məhz milli dəyərlərimizə, mənəviyyatımıza zidd olan, lakin adət və ya milli dəb halına gəlmiş/gətirilmiş bəzi elementlərə qarşısınız. Lakin, mən iddia edirəm ki, həmin bəzi adətlərin elə özü milli dəyərlər sisteminə(mentalitete) ziddir. Bu halda onları xalq özü ictimai qınaq və maariflənmə vasitəsilə təmizləyir.

Mən də azyaşlı uşaqların məktəbə getməsini istəyirəm, azyaşlılar arası və qeyri-rəsmi nigahlara qarşıyam, toylarda israfçılıq, yengə və s. xoşagəlməz adətlərə qarşıyam. Sadəcə bütün bunarı sanki bizim milli dəyərlərimiz bundan ibarətdir kimi reklam olunması üçün istifadə edilməsi qəbuledilməzdir. Bu məsələlər xalqın simvolu səviyyəsinə qaldırılır, sonra GUYA mənfini tənqid edən videoroliklər çəkilir. Verilən mesaj da budur: Belə yaşamağa davam etmək olmaz! Gəlin dəyişək. Gəlin dağıdaq ki, yenisini quraq! Qərb dəyərləri gəlməsə biz düzələn deyilik və s.

Sosial mühəndislik çox təsirli olur, amma plan üçün şəraitin yaradılması və həyata keçirilməsi üçün pul lazım olur. Söhbət bu pullardan gedir. Məqsəd bakteriyanı (bəzi adətlər) öldürməklə bərabər, bütün orqanizmi(dəyərlər sistemi) asılı vəziyyətə gətirməkdir.

Zaur Zamanov ***… Bu məsələlər xalqın simvolu səviyyəsinə qaldırılır, sonra GUYA mənfini tənqid edən videoroliklər çəkilir. Verilən mesaj da budur: Belə yaşamağa davam etmək olmaz! Gəlin dəyişək. Gəlin dağıdaq ki, yenisini quraq! Qərb dəyərləri gəlməsə biz düzələn deyilik və s.… ***

Ramiz, siz ele deyirsiz, guya butun bu neqativ hallari rolik chekenler getirib ki, sonradan onlara qarshi chixib ozlerine xal qazansinlar…Bir az mentiqsizdir.

Rolik chekib oz vetendash movqiyini ortaya qoymaq da fedakarliq ve heyirhahliq teleb edir. Kimse vetene borcunu kiminse portretinin elinde tutmasinda gorur, kimse aqac ekmekde, kimse real problemleri (o cumleden mentalitet ve stereotiplerden ireli gelen) achiq gosterib cemiyyetde aktualligini artirmaqda…

O ki qaldi cemiyetde olan ve mentalitetden gelen menfi hallara…bunlar choxdur ve yalniz erken nikah deyil. Me size yuzlerle bele misak getire bilerem, amma eminem ki bir choxuna etiraz ebid deyeceysiz “yox, bu yaxshidir, bu adetdir ve bele de olmalidir” ustelik meni kosmopolit ve avropa tesirine meruz qalmish adlandiracaqsiz…ona gore menasini gormurem.

P.S. Menfi hallari xalqin simvoluna qaldirib onun helli uchun chalishmaq daha yaxshidir, neyinki bu eybecerliklere goz yumub ozumuz ozumuzu teriflemek…

Ugarlar dostum)

Ramiz Mammadli Keyfiyyətli rolik çəkmək fədəkarlıqdan əalvə PUL tələb edir. Heç kim demir insanları maarifləndirməyək. Mövqe budur ki, marjinal elementləri qabardıb xalqı rüsvayı cahan eləməyək. Maarifləndirməkdirsə məqsəd, niyə bu sözügedən roliklər ingilis dilinə tərcümə edilir, youtuba qoyulur və facebookda yayımlanır?
Yengə xidmətlərindən istifadə edənlərin neçə faizi facebookda oturur?
Mən deyirəm ki, bəzilərinin məqsədi: bağa girib üzüm yemək deyil, bağbanı döyməkdir.
Ümüd edirəm fikirlərimi izah edə bilirəm.

Zaur Zamanov Ramiz, sizin fikirinizce Adnan ve Emin hemin o rolika (yagin basha dushdunuz hansi) ne qeder vesait xercleyibler?
O ki qaldi ingilis dili meselesine, hemin rolik hech bir dile tercume olunmamishdi ve yalniz daxili publika uchun nezerde tutulmushdur. Tercume ise yalniz bloggerler hebs olunandan sonra edildi, chunki butun dunyada maraq dogurdu ve subut etmek isteyirdiler ki o rolikde dehshetli bir shey yoxdur…

‘Rauf Ray @ Bəxtiyar, Aslan sualları cavablandırdı. Əlavə edəcəyim məqam 3-cü sualda hakimiyyət, dövlət və sadə xalqı anlayışlarını ayırmaın mənə qəribə gəldi. İRƏLİ illərdir davam edən fəaliyyətində Azərbaycanın maraqlarından çıxış edir. Azərbaycanda dövlətin idarə edən hakimiyyət də sadə xalqın seçimidir. Əvvəlki yazımda qeyd etdiyim xalq iradəsinin təzahürü məhz budur.

İRƏLİnin fəaliyyətindəki şəffaflıq isə göz qabağındadır. Bunu görənlər var və bunu görmək istəməyənlər var. Ən əsası isə bizim gördüyümüz işlərə tələbatın daxildən formalaşması, özümüzün bunu istəməyimizdir.

Xarici qaynaqlardan dəstək nəticəsində mövcudluğunu sürdürənlərin nə etdiklərinə baxın: ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Azadlıq Radiosunun rəsmi saytında yerləşdirdiyi “Axırıncı sərnişin” videosüjetlərin götürün. Sifarişlə hazırlanmış və anti-azərbaycan maraqlarının güdüldüyü bir layihə. Adından da göründüyü kimi, süjet başdan-ayağa “axırıncılıq” və qeyri-profesionallıq üzərində qurulub. Bu tip ipli oyuncaqlara çox misal gətirmək olar. Bir vaxtlar bizim gənclərdən bir neçəsinin Serbiada Otporun düşərgəsində əməkdaşlığa cəlb etmişdilər. Sonra nə oldu? Sonra US və NATO Kosovanı Serbiadan ayırdılar – bu Rusiyameyilli Serbiyaya cəza idi. İndi eyni situasiyanı Azəbaycanda təsəvvür edin. Onlar üçün sənin kim olduğun, hardan gəlidiyin və sonunun necə olacağı maraqlı deyil. Onlar yalnız öz maraqlarını güdürlər.

Qrant almaq pis deyil. Biz normal, şəffaf fəaliyyət göstərən təşkilatlara, onlarla əmkdaşlıq edən gəncləra müsbət münasibət bəsləyirik. Yetər ki, istifadə olunma, obyekt olma, oyuncaq olma.

İndi siz mənə deyin hansı düzgündür: Azərbaycanın maraqlarından çıxış edib öz təşəbbüsünlə fəaliyyət göstərmək ya xarici mənbələrdən vəsait alaraq onların milli maraqlarımızla üst-üstə düşməyən sifarişlərini yerinə yetirmək?

P.S. Mən səni “beyni yuyulmuşlar” yox “beyin yuyanlar” sırasında görürəm🙂

Zaur Zamanov Rauf, qaldi birce mueyyen etmek, Azerbaycanin maraqlari nedir ve hansilardir. Ve neye gore siz dushunursuz ki, mehz sizin hesab etdikleriniz Azerbaycanin maraqlarina xidmet edir. Men minlerle, on minlerle insan taparam ki, onlar hesab edirler ki sizin fealiyyet Azerbaycanin xeyrine deyil…
Shexsen men bele fikirleshmirem ve eminem ki sizinde, gunahlandirdiginiz insanlarinda niyyetleri Azerbaycanin inkishf etmesidir, sadece here bir yol gorur ve bu normaldir.
Umid edirem ki siz de, eks teref de bunu bir gun basha dusheceysiz…

Bakhtiyar Hajiyev Başa düşmədim, Raufa ünvanlanmış suallara Aslan niyə cavab verir. Deyəsən İRƏLİdə hamı özünə sözçü tutub🙂

Aslan, bu müzakirəyə çox vaxt ayırmaq istəməzdim. Hər şeyin necə olduğunu hamı bilməsə də, mən bilirəm.

Mən dövlət və hökümət arasındakı incə xətti yaxşı görürəm və mənim nə xaricdən qrant alıb Azərbaycanda ağına-qarasına baxmadan bütün məsələlərin, dəyərlərin əleyhinə çıxanlara, nə də hökümətdən maliyyələşib hökümətin sadə vətəndaşların haqqı olan büdcədən oğurlananlara ortaq olanlara qoşulmamağımın yeganə səbəbi budur. Mən xalqımın və dövlətimin tərəfindəyəm, bu yöndə hökümət müsbət addım atanda təqdir edirəm, mənfi addım atanda tənqid. Xaricdən qrant alanlar xalqımın və dövlətimin xeyrinə addım atanda təqdir edirəm, ziyanına addım atanda tənqid.

İRƏLİ-nin şəffaflığına gəldikdə, saytda məlumat tapa bilmədim ki, tutaq ki, İçərişəhərdəki ofisinizə nə qədər kirayə haqqı verirsiniz, rəhbərlikdə kim nə qədər maaş alır, ayrı-ayrı layihələrə nə qədər maliyyə ayrılıb və necə xərclənib. Ola bilər ki, kimin üçünsə şəffaflıq partnyorların adını sadalamaqdır, başqası üçün quruma gələn və gedən bütün xərclərin balance sheet-i göstərmək.

Yəqin ki, İRƏLİ-nin dövləti yox, hakimiyyəti qorumaq məqsədi ilə qurulduğunu inkar etməzsiniz🙂

Farhad Mammadov Zaur, on minlerle taparsan?!

Farhad Mammadov Yaman chox su axir.
Sheffafliq baresinde IRELInin stuffi hesabatlarini Nazirliklere bu ili martin sonunda teqdim edecek. Be her bir shey oz eksini tapacaq.
O ki qaldi dovleti ve ya hakimiyyeti qorumaq meselesine – biz hech neyi inkar etmek fikrinde deyilik. Kimse hakimiyyeti tenqid edende, kimse onu mudafie edir.
IRELI fealiyyetinde hakimiyyeti de destekleyib, dovleti de, haqqlari pozulani da.
Qarshiliqli sual yaqishi bashlasa, yene oz eseblerimizi xercleyeceyik. Sadece her bir teshkilatin ve insanin KPDsi var, ozu uchun, yashadiqi cemiyyeti uchun, ve dovleti uchun.
KPD ise fealiyyetden, verilen faydadan ve Umumidaxili mehsulda ishtirakdan toplanir.
Efsuslar olsun ki, danishiq (bosh olur chox vaxtlarda), tenqid (yersiz), mueyyen olunmamish movqe, ikibashliq, sovet alimlerin tebirince – yuxarida gorseddiyim amillerin ichine daxil deyil.
Belelikle, her kesin oz movqeyi var, ve ish mexanizmi – heyat ise gosterecek kim daha effektiv idi.

Bakhtiyar Hajiyev inşAllah!

Sadəcə nədənsə, (məsəli buradan uzaq) hər dəfə bu müzakirələr başlayanda yadıma Gəncədəki tanıdığım iki qadın düşür. İkisi də həyat yoldaşlarından ayrılmışdılar və qonşu idilər, amma uşaqları dava etdiyinə görə, onlar da tez-tez dava edirdilər. Qadınlardan biri(S.) mağazada satıcı işləyirdi, çox az maaşla da olsa öz övladlarını dolandırırdı, kirayədə qalırdı. Digəri isə (Ş) evində müxtəlif kişiləri qəbul edirdi, pul alırdı bu xidmətinə görə.

Hər dəfə dava düşəndə ikinci qadın (Ş) birinciyə cavab verməkdə çətinlik çəkəndə “Yaxşı edirəm, uşaqlarımı ac qoyası deyiləm ki”, “paxıllığın tutur ki, mən səndən daha yaxşı yaşayıram, yeyirəm, içirəm, kef edirəm, evim, maşınım var”, “Özün bacarmırsan, ona görə mənə belə deyirsən – pişiyin əli ətə çatmayanda deyir iylənib” və s. kimi şeylər deyirdi.

Bəziləri də kənardan baxıb birinci qadın (S) haqqında “Ağlı yoxdur da, o da cavan qadındır. İstəsə, gül kimi dolanar” deyirdilər.

Bəzi insanlar üçün dəyərlərə bağlılıq vacib məsələdir. Buna görə ac qalsalar da, KPD çox aşağı düşsə də, fəaliyyət sıfıra yaxınlaşsa da, halal-haram məsələsində çox diqqətlidirlər.

‘Rauf Ray Dəyərli Xanım və Cənablar.

Maraqlı müzakirəyə görə hər birinizə təşəkkürlər. Ümid edirəm ki, yaxın gələcəkdə tez-tez bu tip diskussiyaların şahidi və iştirakçısı olacağıq.

Gələcək nəsillərə yadigar olsun deyə yazıları bloqa köçürür, hər birinizə uğurlar diləyir və müzakirələri Fərhadın son yazısındakı fikirlə bitirirəm: hər kəsin öz mövqeyi və iş mexanizmi var və zaman kimin daha düzgün olduğunu götərəcək.

Hələlik.

This entry was posted in Azerbaijan, Politics, Society, Youth and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to Gənclərin 49 şərhi

  1. ferdi dervis says:

    pek mohabbetli azeri gardaşlarım ramiz mammadli dogru söylüyor.
    gencleri herdaim suyu bulandırmaq için kullanıyorlar.
    istanbul üniversitelerine para ile militan yerleştiriyorlar.
    vakit çok kötü vakittir.

    amma gençler artık uyanık. artık tuzaklara düşülmüyor.
    menim canım azeri gardaşlarım. gözlerinizden öper Türkiye den çok çok selam ederem.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s