"İRƏLİ" 1 (4) yaşını qeyd edir – Ceyhun Osmanlı

Ceyhun Osmanlı

Ceyhun Osmanlı – “İRƏLİ” İctimai Birliyinin sədri: İRƏLİnin son bir il ərzində görülən fəaliyyətini xarakterizə edən əsas bir neçə məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Birincisi İRƏLİ artıq Azərbaycanın bütün regionlarını əhatə edə bildi. Layihələrin miqyası və əhatə dairəsi genişlənərək 56 rayonu əhatə etdi və artıq İRƏLİ bütün Azərbaycanın təşkilatı oldu. İkinci bir məqam ondan ibarətdir ki, artıq son 4 il ərzində İRƏLİ içində olmuş insanlar və 4 il ərzində İRƏLİyə qoşulan insanların səsləri tək Azərbaycandan yox, Avropanın, ABŞ-ın, Rusiyanın müxtəlif şəhərlərindən gəlməyə başladı. Bunlar istər xaricə gedən gənclər, istər təhsil alan gənclər, istərsə də orada çalışan gənclər olsun. Beləliklə bu da İRƏLİnin tək Azərbaycanda yox, xaricdə də təxminən son bir il ərzində gücləndiyini deməyə əsas verir. Üçüncü İRƏLİ çox yaxşı bir qeyri-hökumət təşkilatı modelini yarada bildi. Hansıki müstəqil, çox tərəfli və çox spektorlu əməkdaşlığa üstünlük verən, biznes, dövlət strukturları, media, digər ictimai təşkilatlar, beynəlxalq təşkilatlarla bərabər əməkdaşlıq edən bir qurum, yaxşı bir korporativ əməkdaşlıq modeli yaradan bir təşkilat olaraq səciyyələndi. İRƏLİ fəaliyyətini çox yaxşı bir strateji planlaşdırmaya əsasən qurdu və strateji planlaşdırmaya uyğun olaraq 2009-cu il və 2010-cu ilin may ayına kimi fəaliyyətimiz təxminən 100 min insanı əhatə edir və edəcəkdir. İRƏLİnin Hərəkatdan qabaq üzvlərinin sayı təxminən 6 min idisə, bu gün artıq İRƏLİnin üzvlərinin sayı 10 mini keçib. Eyni zamanda onu da qeyd edim ki, İRƏLİ ictimaiyyətlə əlaqələrini ən gözəl şəkildə quran təşkilatlardan biri olaraq insanların yadında qaldı. İRƏLİ brendi artıq heç kəsə yad deyil, bu ad artıq əksəriyyətə doğmadır. Əgər bir neçə il öncə İRƏLİni hər kəs tanımırdısa bu gün demək olar ki, Azərbaycanda İRƏLİ brendini tanımayan yoxdur. Ən gözəli də budur ki, İRƏLİ insanların yaddaşında əməli fəaliyyətlə qaldı. Təkcə son bir il ərzində İRƏLİ 20 uzunmüddətli, 100-dən artıq qısa müddətli layihələrin reallaşmasına imza atdı. Sonda bir şeyi də demək istəyirəm. Bütün bu uğurların qazanılmasında hər bir İRƏLİ üzvü bərabər əziyyət çəkdi.

Burada kimsə az, kimsə çox əziyyət çəkdi demək olmaz. Hər kəs öz üzərinə düşən missiyanı vicdanla yerinə yetirdi ki, İRƏLİ bu günkü zirvəni fəth edə bildi, gənclər təşkilatları arasında ən fəalı kimi yadda qaldı. Həqiqətən də İRƏLİnin bütün üzvləri, bütün əlaqələndiriciləri, İRƏLİnin İdarə Heyəti üzvləri, İRƏLİnin Məclis üzvləri, İRƏLİnin katibliyinin üzvləri hər biri həddindən artıq fəaldır. Əlbəttə ki, biz İRƏLinin uğurunu bütün üzvlərimizə borcluyuq. İRƏLİnin üzvləri sırf İRƏLİnin uğurlarını səciyyələndirən insanlardır və ona görə də hər bir üzvümüzə təşəkkür edirəm. Hesab edirəm ki, bütün bu uğurların arxasında dayanan onlardır və bu gün İRƏLİ brendinə bir simpatiya varsa, əslində İRƏLİ üzvlərinə olan simpatiyadır və İRƏLİ üzvlərinə simpatiya varsa bu İRƏLİnin fədakar insanlarının əməyinin nəticəsidir.

Ümumilikdə isə əminliklə demək olar ki, bu gün İRƏLİ Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda güclü insan kapitalının yaradılması, müasir və intellektual vətəndaş formalaşdırmaq, elmə əsaslanan cəmiyyət yaratmaq istiqamətindəki çağırışları istiqamətində əməli fəaliyyət görür.

Məqsədimiz bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirməkdir və daha geniş kütlələlərə xitab etməkdir.

Bir daha, bütün İRƏLİçiləri və İRƏLİni sevənləri bu gün münasibəti ilə təbrik edirəm !

24 Dekabr 2009, saat 23:30-da Xəzər Televiziyasında “İRƏLİ”nin 1 illik fəaliyyətindən bəhs edən “Bura İRƏLİdir” filmi efirə gedəcək. Hər kəsi filmi izləməyə dəvət edirik.

This entry was posted in Azerbaijan, IRELI PY, Society, Youth and tagged , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s