Milli Net 2009 – www.ireli.az saytının qiyəmtləndirilməsi

www.ireli.azən yaxşı qeyri-kommersiya saytı” nominasiyasında 3-cü yerə layiq görüldü. Saytın topladığı ümumi bal 39, hər münsifdən orta bal 2,8.

Gəlin münsiflərin qiymətlərinə və şərhlərinə nəzər salaq.

İlk diqqətimi cəlb edən ballar arasında kəskin zidiyyət oldu. 3 maksimum və 2 minimum. Ən anormalı isə maksimum və minimum balların hər birinin “funksionallıq” bəndi üzrə verilməsidir. Bu tip yarışma və müsabiqələrdə təcrübəsi olan şəxs o dəqiqə burada nəyinsə yerində olmadığını müəyyən edəcəkdir. Düzdür, deyə bilərsiniz ki, münsiflər başqa-başqa insanlardır və onların fikirləri fərqli ola bilər. Amma, bu “dizayn” və ya “məzmun” kriteriyası üzrə olsaydı qəbul oluna bilərdi – zövqlər müxtəlifdir. Osman bəyin də qeyd etdiyi kimi münsiflərin bəziləri xarici ölkələrdə yaşayırlar, bir çoxları isə real həyatda tanış deyillər. Buradan nəticə çıxarmaq olar ki, hər bir münsif onun üzərinə düşən vəzifəni özü başa düşdüyü kimi yerinə yetirib. Nazim Rüstəmovdan funksionallıq anlayışının onun üçün nə anlama gəldiyini soruşmaq istərdim. Azər Həsrətdən də soruşmaq istərdim. Saytda axtardığı hansı məzmunu tapa bilməyib?


Yüksək bal verən münsiflər şərhlərində çatışmamazlıqları da qeyd ediblər. Halbuki, bunu ən birinci Emin Axundov, Pərvin Əmirov başda olmaqla aşağı bal verən münsiflər etməli idilər. 63 sayt olsa belə. Lazım gəlsə 63-ü üçün də şərh yazılmalı idi.

Emin Hüseynov axtarıb, araşdırıb. Özünün mənfi kimi gördüyü cəhətləri qeyd edib. Onun yazdıqları ilə tam razı olmasam da yenə də təşəkkür edirəm. Verdiyi qiyməti əsaslandırıb. Məni narahat edən budur ki Emin Axundov, Azər Həsrət və Nazim Rüstəmov ümumiyyətlə müsabiqəyə təqdim edilən saytlara baxıblarmı?

Bunları yazmaqda məqsədim yalnız və yalnız daha mükəmməl Milli Net 2010 görmək istəyimdir. Münsiflərlə bağlı məsələ kifayət qədər ağrılıdır. Ümid edirəm ki, təşkilatçılar AzNetdə səslənən bütün bu tənqid və məfiləri gələn yarışmaya kimi aradan qaldıracaqlar. Çünki bizlərdən birimizin uğuru AzNetin, AzNetin uğuru isə hər birimizin uğurudur.

Oxşar yazılar:

http://www.qwerty.az/blog/720.html

http://www.qwerty.az/blog/719.html

http://www.raufray.wordpress.com/2009/12/19/milli-net-2009-azerigenocide/

This entry was posted in Azerbaijan, INTERNET, Society and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to Milli Net 2009 – www.ireli.az saytının qiyəmtləndirilməsi

  1. Elvin Haci says:

    Artiq 3-cu statistikadir ki bloqlarda derc olunur. hamsinda da eyni problem var: munsiflerin rey vermeden qiymet vermesi. rey verilmemesi ishe qeyri ciddi yanashmadan xeber verir.

  2. RAUFRAY says:

    Qwerty-də 2 məqalə var idi. Mən də ikisini yerləşdirdim.

  3. Aydıncıq says:

    Musabiqeye ciddi yanashmayan adamlari munsif teyin etmeyin neticesi bele olacaqdi. Irelinin ferli sayti olmasa da, bir namized kimi hormetle yanashmaq lazim idi.
    Men evvelden bu musabiqeye yaxin durmamishdim. Bu tip tedbirlerin Az.da normal ke4irilmesine qeder hele iller ke4ecek.
    Ugurlar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s