Milli Net müsabiqəsinin qalibləri açıqlandı

Milli Net

Bü gün Milli Net qaliblərinin elan olunması və mükafatların təqdimetmə mərasimi keçirildi. Ambassador Hotel-də baş tutan tədbirdə AzNetin ən tannmış simaları, başlayan və öz sözünü demiş developer-lər və nominant saytların təmsilçiləri iştirak edirdilər.


Tədbirin rəsmi açılışı çıxışlarla başladı. Çıxış edənlər Milli Net mükafatının önəmi və bu hadisənin vacibliyinə toxundular. Nitqlərdən sonra isə tədbirin ən önəmli və maraqlı həssəsinə keçid alındı – qaliblərin elan olunması. 63 nominant arasında 11 nominasiya üzrə ən yaxşı 3 sayt elan olundu. I yerin sahibiləri əsas mükafat tünc buta və diplom, II və III yerlərin sahibləri isə diplomlarla təltif olundular.


Biz də kənarda qalmadıq. Müsabiqəyə təqdim etdiyimiz saytlardan www.ireli.az “ən yaxşı qeyri-kommersiya saytı” nominasiyasında III yer, www.azerigenocide.wordpress.com “ən yaxşı fərdi səhifə və bloq” nominasiyasında III yerə layiq görüldü. Düzü, ireli.az-ın III yer tutması mənim üçün gözlənilməz oldu. Bu nominasiyada olan rəqiblərimizi incələmişdik və daha yaxşı nəticəyə ümid edirdik. Adam.az-ın hansi kriteriyalara görə bizi qabaqlaması maraqlıdır. Səbirsizliklə yaxın günlərdə Milli Netin rəsmi saytında yayımlanacaq səsvermə nəticələrini gözləyirik.


Vaxt itirmədən qalibləri diqqətinizə çatdırmaq istərdim:


Ən yaxşı korporativ sayt nominasiyası:

http://www.mazda.az

Ən yaxşı qeyri-kommersiya saytı nominasiyası:

http://www.adam.az

Ən yaxşı media saytı:


http://www.azadliq.az

Ən yaxşı mədəniyyət, incəsənət, tarix və turizm saytı:

http://www.azerbaijan.az

Ən yaxşı ailə, uşaq və sağlamlıq saytı:

http://www.evlenirik.biz

Ən yaxşə idman saytı:

http://www.qol.az

Ən yaxşı fərdi sayt və bloglar:

http://www.jurnalistler.com

Ən yaxşı xidmət saytı:

http://www.avtomobil.az

Ən yaxşı elm, təhsil saytı:

http://www.bsu.edu.az

Ən yaxşı dövlət və bələdiyyə saytları:

http://www.taxes.gov.az

Ən yaxşı əyləncə saytı:

http://www.milyarder.oyunlar.az

Sonda bu gözəl təşəbbüsün müəllifi və icraçısı olan Milli Net təşkilat komitəsini, bütün qalibləri və nominantları təbrik edir, uğurlarının davamını arzu edirəm.

This entry was posted in Azerbaijan, INTERNET, Yazılarım and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to Milli Net müsabiqəsinin qalibləri açıqlandı

  1. Pingback: MilliNet – təhlil, hesabat, trackback (online səsvermə anketi) - Oxatan.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s