Azərbaycanlı tələbələr EURONEWS-Un Lionda yerləşən baş ofisi qarşısında etiraz aksiyası keçiriblər

Euronews

Euronews

“İRƏLİ” İctimai Birliyinin koordinatoru Aydın Məmmədovun APA-ya verdiyi məlumata görə, aksiyada Avropanın 7 müxtəlif şəhərindən 50-dək azərbaycanlı iştirak edib. Aksiyada “EuroNews” telekanalının Azərbaycanın işğal altında olan ərazilərindən hazırladığı reportajda Dağlıq Qarabağın separatçı rejiminin müstəqil dövlət, separatçıların başçısı Bako Saakyanın isə qondarma qurumun “prezidenti” kimi təqdim olunması pislənilib. A. Məmmədov Fransada yaşayan ermənilərin aksiyaya mane ola bilmədiyini deyib: “Əraziyə polis əməkdaşları gətirilmişdi və asayişi qoruyurdular. Aksiyada telekanalın Dağlıq Qarabağla bağlı birtərəfli reportajlar hazırlanmasına son qoyulması, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı obyektiv məlumatın dünyaya çatdırılması barədə plakatlar qaldırıldı, ingilis və fransız dillərində şüarlar səsləndirildi”.

A. Məmmədov bildirib ki, aksiyada qətnamə qəbul olunub və telekanalın baş redaktoru gənclərlə görüşüb. Bəyanat baş redaktora təqdim olunub: “O bizim tələblərimizi başa düşdüyünü bildirdi və 2010-cu il yanvarın 17-də Azərbaycana səfər edib, məcburi köçkünlərlə bağlı reportaj hazırlayacaqlarını dedi”.

A. Məmmədov bir saata qədər davam edən aksiya zamanı hər hansı insident və müdaxilənin olmadığını vurğulayıb.

Qeyd edək ki, “EuroNews” kanalında Azərbaycanın işğal altında olan ərazilərindən hazırlanan reportajda Dağlıq Qarabağın separatçı rejimi müstəqil dövlət, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub.

APA

This entry was posted in Azerbaijan and tagged , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s