MİF – Milli İnternet Forum

1-ci Milli Internet Forum

Azərbaycan 2009-ci ilin son rübü IT sahəsində xüsusi aktivliklə yadda qaldı. Doğurdan da indiyə kimi bu zaman kəsiyində bu qədər yenilik hələ müşahidə olunmamışdı. İnternet qiymətlərinin kəskin endirilməsi ilə istifadəçilərin kütləvi şəkildə sürətli İnternet imkanlarının yaranması, ənənəvi BakuTel sərgisinin uğuru, yeni Milli Net Milli İnternet Mükafatının təsis olunması, 3G və Wi-Max texnologiyalarının ölkəyə gətirilməsi, Yumroo tərəfində 1-ci Milli İnternet Forumun keçirilməsi və s. bu tədbirlərin ən önəmliləridir. Bütün bunlar bir daha göstərir ki IT sferanın inkişafı dövlətimiz üçün ən preoritet sahələrdən biridir və yaxın illər də Azərbaycanda IT sahəsinin dinamik inkişafı ilə səciyyələnəcək.

Lakin bütün bu müsbətlərlə yanaşı çatışmamazlıqların olduğunu da qeyd etməliyəm. Bu yazım isə 1-ci Milli İnternet Forumla bağlı olacaq. Təşəbbüş çox gözəldir. Alqışlanmalıdır. Bu anda keçirilməsi vacib olan bir tədbir idi və ilk addım idi. İlk addımlar isə çox vaxt uğursuz olur. Fikrimcə bu da istisna olmadı.

Bir daha qeyd edirəm, ölkəmizdə IT texnologiyaların sürətli inkişaf etdiyi bir zamanda bu forumun keçirilmə təşəbbüsü alqışa layiqdir. Amma, ilk forumu keçirmə məsuliyyətini də lazımınca dərk etmək lazımdır. İlk saatlardan görünürdü ki, tədbirə hazırlıq qısa zamanda və tələm-tələsik aparılmışdı. Saat 9:00-da açılış mərasimi təyin olunsa da tədbir vaxtında gələn qonaqlar əyləşərək bir saat müddətində texniki personalın “bir…bir…” sədaları altında texniki qurğularını quraşdırmasının şahidi oldular. Saat 10:00-da isə tədbir başladı. İlk baxışdan hər şey qaydasında idi. Gözəl zal, tərtibat, media və s. Səbirsizliklə gözlədiyimiz təqdimatlar başlayanda isə bir qədər məyus olduq. Hətta bir anlıq mənə elə gəldi ki, 1-ci Milli İnternet Forumda deyil şirkətlər tərəfindən öz xidmət və məhsullarının təqdim olunduğu hansısa sərgi və ya biznes-seminardayam. Nokia, HP, Oracle və IT sahəsində digər qabaqcıl firmalar öz fəaliyyətləri haqda məlumat verdikdən sonra ikinci qrup məruzəçilər söz aldılar. Burada ən maraqlı çıxış Azərfon şirkətinin nümayənsəsi Həsən  Əsgərovun 3G texnologiyaları haqqında etdiyi təqdimat oldu. Sonra isə nahar. Nahardan sonra forum iştirakçılarının sayı iki dəfə azaldı🙂 Artıq zalda əyləşənlər təşkilatçılar, çıxış edəcək şəxlərlə gələnlər və IT sahəsinin fanatları idilər. 3-cü qrup məruzəçilər isə daha cansıxıcı və qəribə, bəzən isə gülməli fikirləri ilə tədbirin ilk gününü yekunlaşdırdılar.

Gözlədiyimizi almadıq. Fasilələr zamanı söhbət etdiyim şəxslər də eyni problemləri və naraçılıqlarını dilə gətirirdilər. Bir çoxları bu Forumda Azərbaycanın İnternet mühiti ilə bağlı analitik məruzlər, göürlənişlər və qarşıda duran vəziflər, problemlər və onların həlli yolları barədə çıxışlar gözləyirdilər. Gördüyümüz isə reklam xarakterli təqdimatlar oldu. Nə bir analitika, nə bir yeni ideya. Forumun birinci günü iştirakçılara verilən məlumatlatı istənilən şəxs İnternetə daxil olaraq müstəqil şəkildə əldə edə bilərdi.

Forumun ilk günü ən xoş təəssüratlar iştirakçılar və məruzəcilər arasında 20 dəqiqəlik sual-cavabdan idi. İlqar Mirzə, Rəşad Əliyev, Eyvaz və adlarını bilmədiyim digər dostlarımızın iştirakı olmasaydı tədbir daha sönük təsir bağışlayacaqdı.

Forumun ikinci günü isə yekun nitqləri və “Ən yaxşı İnternet layihəsi” müsabiqəsinin qalibləri müəyyən olunmalı idi. Yekun nitqlərini dinlədik və bir daha əmin olduq ki, yaxın illərdə Azərbaycanda IT sahəsi yüksək templərlə inkişaf edəcək və bizi parlaq gələcək gözləyik.

“Ən yaxşı İnternet layihəsi” müsabiqəsi isə Forumun “uğursuz” statusundakı “Z” hərfi idi. Forumun rəsmi saytında verilən məlumata görə müsabiqəyə təqdim olunan layihələr arasında ilk 10 yeri tutacaq layihələrdən 7-si finalçı, 3-ü isə qalib elan olunacaqdı. Amma müsabiqənin sonu çox maraqlı oldu. Təşkilatçılar elan etdilər ki; “bizim gənclər passivdirlər və müsabiqəyə yetərincə layihə təqdim olunmayıb. Təqdim olunanlar isə bizim istəklərimizə cavab vermir. Biz gənclərdən daha real və praktik ideyalar gözləyirdik. Buna görə də müsabiqənin vaxtını 2010-cu ilin fevral ayına kimi uzadırıq”. Diqqət yetirin, bu sözlər müsabiqəyə layihə təqdim etmiş və bir gün əvvəl təşkilatçılar tərəfindən zəng olunaraq Foruma çağırılmış uşaqların gözlərinin içinə baxılaraq deyilirdi. Ən azından etik qaydalar çərçivəsində deyil. Əgər müsabiqəyə lazımı sayda və keyfiyyətdə layihə təqdim olunmayıbsa bu ilk növbədə təşkilatçıların günahıdır. Lazımınca təbliğ edilməyib və düzgün yol göstərilməyib. Bu fikri qəbul etməyən Azərbaycan gəncliyinin intellektual səviyyəsi və qabiliyyətlərini şübhə altına almış olur ki, heç kəsin cəsarəti deyil. Yaxud da, təşkilatçıların dili ilə desək, insanlar layihə yaza bilmirlər və ya yazmayıblar. O zaman müsabiqəni 2 ay uzatmağın nə mənası var? Yaza bilmirsə yenə də yaza bilməyəcək. Yazmayıbsa deməli marağı yoxdur və 2 aydan sonra da YUMROOnun təklifləri onun üçün maraqsız olacaq. Sadəcə öz səhvlərimizi kütlənin ayağına yazmağın yeri yoxdur. Kənardan bu çox gülməli görünür.

Beləcə 1-ci Milli İnternet Forum da baş tutdu. Uzun illər sonra tarixi yadımıza salanda Azərbaycanda ilk Milli İnternet Forum 2009-cu ildə keçirilmişdir deyəcəyik. Çoxları fəxrlə qeyd edəcək ki, mən o forumun iştirakçısı, təşkilatçısı və s. olmuşam. Bütün bu mənfilər də unudulacaq və əminəm ki bu mənfiləri biz 2-ci Milli İnternet Forumda görməyəcəyik. Mən də AzNet-in kiçik bir parçası olaraq öz bloqumda yerləşdirdiyim yazı ilə kimisə düşündürə bildimsə, əgər yuxarıda sadaladığım problemlərin həllinə kiçik də olsa təsir edə bildimsə özümü xoşbəxt saya bilərəm. Çünki, bizim bir Azərbaycanımız, bir AzNet-imiz var və onun necə olacağı bizlərdən asılıdır və ya biz necə olsaq onlar da elə olacaqlar. Odur ki qüsursuz olmağa çalışaq. Çatışmamazlıq olan yerdə bir-bizimizin üzünə gülərək əlimizi sıxmaq əvəzinə həmin problemlərin aradan qaldırılması üçün bir-birimizlə işbirliyi etsək daha yaxşı olar. Hər zaman yadıma hazır olar köhnə bloqqer RAUFRAY.

P.S.: Ümid edirəm ki, bu yazımdan sonra heç kim məndən inciməyəcək və yanlış nəticələrə gəlməyəcək.

This entry was posted in Azerbaijan, INTERNET, Society, Yazılarım and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to MİF – Milli İnternet Forum

  1. Amid says:

    Salam,
    Yazida forumda neler olmasi barede chox gozel melumat vermisen. Heyif men sona qeder qala bilmedim. Sual cavab hissesinde ishtirak etmek isterdim.
    Mencede Azerbaycanda IT-nin inkishafi uchun atilmish novbeti gozel addim idi. Sadece teshkilatchilarin bu tedbirin adini “1-ci Milli Internet Forum” qoymalari duzgun olmayib. Belelikle bundan once kechirilen forumlari ve diger tedbirleri ignore etmish oldu. Xatirladiram ki 1-ci internet forum hele 10 il once Azerbaycan Internet Forumu (AIF) terefinden kechirilib. Hele ondan sonrada bir neche forum olub. Her halda ugurlar arzu edirem teshkilatchilara. inshAllah bele tedbirler hele chox olar.
    Yeri gelmishken oxatanin tedbir haqqinda yazdiqlarini da chox beyendim http://oxatan.com/2009/12/06/yumru-mif-nagil/

  2. Bafinwada says:

    Огромное спасибо автору за структуированную и полезную информацию по теме. Так держать!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s