OLum ya ÖLüm?

OLympique Lyonnais

WordPress-in Azərbaycan bloqlarına aid bölməsində gəzişərkən çox əyləncəli bir yazı ilə qarşılaşdım və öz fikrilərimi sizlərlə bölüşmək istədim.

Zatən bu cəmiyyətdə hansısa mövzu yerli-yersiz top-da olmalıdır. Məsələn donuz qripi və bloqçuların həbsi. Kimə hansı mövzu sərf edirsə  onu da təkidlə yuxarıya itələyir (son istifadə tarixinə baxmadan) və burada əsas diqqət mövzunun və ya onun kütləyə hansı tərzdə çatdırılmasına yönəldilmir. Yetər ki sən də de, sən də çək, sən də yaz.

Elnur bəyin yazısı da ilk abzasları oxuyan kimi tələsik və nəyinsə xatirinə yazılmış bir yazıya bənzəyir. Sanki müəllif “mən tez yazım, yoxsa məndən qabaq yazarlar” düşüncəsi ilə komp qarşısında əyləşib. Nəysə, onsuz da yazanlar olub və olacaqdır. Bu nə ilkdir nə də son.

Keçək məqaləyə. Ölmüş söhbətlər yenə  canlanır. Bir müddət oncə İRƏLİ AzNet istifadəçilərini bələdiyyə seçkilərində iştirak edəcək gənc namizədlərə səs verməyə çağıran afişalar yaydı və onlar kiməsə “batdı”. Elə həmin gündən başlayaraq bir qrup şəxs (əsasən də OLçular) ənənəvi çığır-bağır taktikasından istifadə edərək artıq özlərini evlərindəki kimi hiss etdikləri İRƏLİnin kölgəsində İRƏLİni ittiham etməyə başladılar. Sən demə Azərbaycanda istər üzvlərinin sayına, istərsə də onların intellektual bacarıqlarına görə ən yaxın izləyicisindən ən azı 7 dəfə qabaqda olan İRƏLİ hansısa 2-3 nəfərin ideyasını oğurlayıb və onu özününkü kimi qələmə verib.Ciddi olun bəylər. Bizim nələrə qadir olduğumuzun dəfələrlə şahidi olmusunuz. Amma oturub plagiat hansıdır sualının cavabını axtarsaq əmin olun ki, Nevadada vəhşi kirpilərin həyatlarının xilas edilməsi fondunun da devizi “Show your support”  olacaq.  Müəllif hüququ yaxşı şeydir, amma ermənilər kimi “bunu ən birinci eramızdan əvvəl biz etmişik” demək də düzgün deyil. Və gedin axtarın. Yaxşı axtarsanız “gələcək özü gəlməyəcək” sloqanının kimdən götürüldüyünün də cavabını tapacaqsınız və bunun kimi onlarla digərlərini.

Gündəmdə qalmaq üçün də İRƏLİnin adından istifadə etmək də artıq dəbdən düşür. Bilirəm, Elnur bəy yeni-yeni bloq yazmağa başlayıb. Hər posta 30 teg yazır ki, axtarış sistemlərində çox rast gəlinsin və bloqa hit çoxalsın :- )  İRƏLİyə daş atır ki, çoxsaylı üzvlərimiz də buraya daxil olsunlar, onun bloqunun varlığından xəbərdar olsunlar və s. Elnur bəy bununla qismən də olsa istədiyinə nail olacaqdır. Amma arada itən imicdir, imic.

Bloq demiş indi bloqqer sözü də yaman dəbə düşüb. Bir axtaran yoxdur ki, bloqçu nədeməkdir, bloqçu kimlərə deyilir. Əsas odur ki yaxşı səslənsin. Blogger isə heç də pis səslənmir )

Plag məsələsinə son qoyaraq bildirmək istəyirəm ki, hər kəs tənqidə ilk öncə özündən başlasa yaxşı olardı. Bütün bu AN, OL, ANTV, Dalğa (əgər mövcuddursa) və digərlərinin fəaliyyətinin yalnız bircə adı var. Bu sözü burada deyir və bütün məsuliyyətini də daşıyıram. Bunların fəaliyyətinin yalnız bircə mənbəyi var ki o da GOOGLE.COM -dur. Tədbirləri, event-ləri, flashmob-ları daha nələr, nələr düzgün aparılmış SEARCH-ün nəticəsidir. İndi bütün fəaliyyəti plag olan biriləri gəlib “sən mənim ideyalarımı oğurlayırsan” deməsi nə dərəcədə gülməlidir?

Elnur bəyin Qeysər Qurbanov barədə yazdıqları ilə isə razılaşmaya bilmərəm. Doğurdan da bu şən uşaqlarsız (Qeysər Qurbanov və Anar Orucov) bu seçkiqabağı kampaniya maraqsız olardı. Kifayət qədər boş vaxtım olsa məmnuniyyətlə bir yazı da onlara həsr edərdim.

Əslində bu da tələsik bir yazı oldu. Amma fərq ondadır ki, sətrləri nəyinsə xatirinə deyil, daxilimdən gəldiyi üçün yazdım. Çalışın hər zaman olduğunuz kimi olun. Dəyişməyin ki, qarşınıza konkret sual qoyulmasın.

Bir daha bayramınız mübarək. Görüşənədək.

RAUFRAY

28.11.2009


This entry was posted in Azerbaijan, Society, Yazılarım and tagged , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to OLum ya ÖLüm?

  1. Rashadat says:

    Rauf,
    sən daha vətənpərvərsən yoxsa Musa?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s