Odnoklassniki-də İzzət Bağırov, Facebook-da Eldar Namazov

Bir neçə gün öncə Facebook istifadəçiləri arasında Eldar Namazovu görəndə sevindim, siaysətçilərimiz də müasirliklə ayaqlaşmağa başlayıblar deyə fikirləşdim. Amma sevincim uzun sürmədi. Eldar müəllim etidiyi açıqlamada Facebook istifadəçisi olmadığını və həmin şəxsin onun adından istifadə etdiyini bəyan etdi. Dərhal yadıma bir neçə ay bundan öncə müğənni İzzət Bağırovun başına gələn hadisə düşdü. O zaman da kimsə müğənninin adından istifadə edərək Odnoklassniki saytında account yaratmış və zərif cinsin nümayəndələrindən telefon nömrələri toplamağa başlamışdı. Müğənni maqazin verlişlərində həmin şəxsə hədə-qorxu gəldikdən sonra həmin account yoxa çıxdı. Bizim müğənnilərin ucuz reklam üçün istənilən yola əl atabiləcəkləri hər kəsə məlumdur. Ona görə də, müqayisəni yersiz sayanlar olacaqdır. Amma gəlin unutmayaq ki, motiv nə olursa-olsun onları birləşdirən e-cinayətkarlıqdır.



Eldar Namazovun dediyinə görə onun adından istifadə edən şəxs 130 yaxın ( daha dəqiq – 141) dost toplayıb və onlarla müxtəlif mövzularda söhbətlər aparır. Bu məsələni yalnız Facebook-un öz strukturlarıyla araşdırdıqlarını deyən Eldar müəllim, araşdırmalar başa çatdıqdan sonra hansısa konkret addımlar atacağını söyləyib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələylə bağlı “Üç nöqtə” qəzetinə müsahibəsində bunları deyib: “İnternet açıq müstəvidir, açıq bir şəbəkədir. Yəni orda müxtəlif insanlara, müxtəlif niyyətli insanlara rast gəlmək olar və onların internetin verdiyi imkanlardan istifadə edərək, müəyyən qeyri-qanuni hərəkətlər etmək imkanları var. O ki qaldı bu istifadənin mahiyyətiylə bağlı məsələyə, yəni başqasının adından istifadə etmək, əlbəttə, bunun qarşısı qanunla alına bilər. Əgər kiminsə adından istifadə olunub, imeyl və ya profil yaradılıbsa, həmin şəxs özü bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etməlidir. Onlar da araşdırma aparıb, bunu kimin törətdiyini aşkara çıxara bilər. Həmin adam qanun qarşısında cavab verməlidir”.


Facebook-da qısa axtarışdan sonra mən də “Eldar Namazov”-a dostluq təklifi göndərdim. Hadisələrin sonrakı inkişafını maraqla izləyəcəyəm. Doğurdanmı siyasətçi hansısa e-xuliqanın qurbanı olub ya bu gündəmə gəlmək və ya gətirilmək üçün növbəti vasitədir?


Zaman göstərəcək.

RAUFRAY
18/11/09

This entry was posted in Azerbaijan, Yazılarım and tagged , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s