Bakıdada BakuTel 2009 beynəlxalq İKT sərgisi keçirilir

«APA-ECONOMICS»in məlumatına görə, Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən bu yubiley sərgi noyabrın 7-dək davam edəcək.

«APA-ECONOMICS»in məlumatına görə, sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. Belə ki, sərgi iştirakçıları sırasında Azərbaycanın mobil rabitə operatorları «Azercell», «Azerfon», «Bakcell», telekommunikasiya və informasiya texnologiyaları şirkətləri olan «Aztelecom», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Delta Telecom», «Iskratel», «Microsoft», «Ultra», «Nokia Siemens Networks», «Caspel», «Bestcomp Group», «R.I.S.K.», «Sinam», «Smart Systems Technology», həmçinin «ZTE Corporation», «Caspian Navtel», «Idrak Technology Transfer», «Headtechnology», «IT Solutions», «Silverkey Azerbaijan», «Pirelli Broadband Solution», «Özkabel» və s. şirkətlər var.

Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçirilməsi də planlaşdırılır. Belə ki, həll variantları, ultramüasir texnikalar sərginin 40%-ni təşkil edir və yeni informasiya və kommunikasiya texnologiyaları məhsulları ilk dəfə Azərbaycan bazarında təqdim olunacaq.

Ümumilikdə, sərgidə telekommunikasiyalar və şəbəkələr, geniş zolaqlı rabitə texnologiyaları, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıq və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyalar, təhlükəsizlik sistemləri, bank texnologiyaları və bank xidmətləri, elektron biznes və elektron hökumət kimi məhsul və xidmətlər nümayiş olunur.

Qeyd edək ki, «BakuTel 2009» sərgisi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaq (GAID), BMT, Rabitə sahəsində Regional Birlik (RCC), Azərbaycan Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Sərginin pavilyonları ilə tanış olan dövlət başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, son 15 il ərzində «Bakutel» sərgisində 26 ölkədən 800 şirkət iştirak edib.

Sərgidə iştirak etmək məqsədilə Ümumdünya Telekommunikasiya İttifaqının baş direktoru Xamadun Ture Azərbaycana gəlib.

Qeyd edək ki, noyabrın 4-7-də həmçinin II «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» (CİPS – 2009) sərgisi keçirilir. «CIPS – 2009» sərgisində xilasetmə, yanğından mühafizə, kompüterlərin mühafizəsi vasitələrinin inkişafında əldə olunmuş nailiyyətlərin nümayişi nəzərdə tutulur. Sərgidə xüsusi nəqliyyat vasitələri, sənaye casusluğuna qarşı müqavimət, rabitə və xəbərdarlıq, icazəsiz daxilolmalar əleyhinə siqnalizasiya sistemlərinin texniki xüsusiyyətləri nümayiş etdiriləcək. Bu il həmçinin xüsusilə video-müşahidə və nəzarət sistemləri geniş şəkildə təqdim olunacaq.

This entry was posted in Azerbaijan, Hi-tech and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s