Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda «İlin Adamı» elan olunub.
Azərbaycanın «Gənc liderlər» uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, «İlin Adamı» elan edib. Bu barədə təşkilatın sədri Fərid Şahbazov bildirib.
«Gənc liderlər» Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də «Uşaqların dostu» elan etmişdi.
F.Şahbazov bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. «Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub», – deyə o bildirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 – cü il mayın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində «Yeniləşən Azərbaycana – yeni məktəblər», «Talassemiyasız həyat», «Diabetdən əziyyət çəkən uşaqlara qayğı», «Uşaq evləri və internat məktəblərin inkişafı» və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir.
«Yeniləşən Azərbaycana – yeni məktəblər» proqramı çərçivəsində, ayrı-ayrı rayon və kəndlərdə artıq 132 məktəb tikilib, ikinci mərhələdə isə, daha 100 məktəbin inşası planlaşdırılır.
«Uşaq evləri və internat məktəblərin inkişafı» Proqramına müvafiq olaraq, Bakıda və ölkənin bölgələrində bütün internat məktəblər təmir olunub və hər cür avadanlıqla təmin edilib, Trend yazır.

This entry was posted in Azerbaijan, Baku, Politics, Random and tagged , . Bookmark the permalink.

2 Responses to Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

  1. Cəbrayil says:

    Mehriban xanım sizi ad günün münasibətilə təbrik edirəm dayıma ailənizlə bir yerdə olasiz sizə can saqlıqı uzun ömürr arzu edirəm

  2. Qadir və Rəhimə Sultanovlar says:

    Möhtərəm Mehriman xanım,Sizi bu əziz gün-ad gününüz münasibətilə səmimi təbrik edirik!
    Uca Allahdan Sizə möhkəm cansağlığı,ailənizlə.sevimli balalarızla,əziz nəvələrizlə yüzillərlə xoşbəxt və unudulmaz ömür yolu arzulayırıq!
    Siz Azərbaycanın cox hörmətli bir ziyalı ailəsinin yadigarı kimi.vətənimizin Birinci xanımı kimi bu xalqıın,hər bir ailənin ən əziz və doğma üzvüsünüz.Azərbaycanın gələcəyi olan uşaqlar üçün gördüyünüz böyük işlər, tikdirdiyiniz məktəblər, sağlamlıq bəxş etdiyiniz körpələrin sonsuz sevincilə Siz” İlin adamı ” fəxri adına layiq görüldünüz, milyonlarla insanın qəlbində özünüzə əbədiyaşar bir abidə ucaltdınız!
    Biz Sizinlə fəxr edirik ! Babanızın,valideynlərizin xeyir-duası Sizə halal olsun ,Allah Sizi qorusun!
    Hörmətlə: Sultanovlar ailəsi.
    Sumqayıt şəhəri ,13-mik-rn,ev 24,mənzil 1

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s