“İrəli”də Hüquqşünaslar!

roman_qarashov

“Ümumrespublika Gənc Hüquqşünaslar Mərkəzi” (ÜGHM)
Respublikamızda gənclər üçün əsl hüquq mərkəzinə çevrilməkdədir.

İrəli Gənclər hərəkatı yarandığı gündən daim gənclərə yeni imkanlar yaratmış, məhz bizlərin maraqlarına uyğun istiqamətlərini müəyyənləşdirmişdir. Respublikamızada ictimai sektorda geden proseslərə əhəmiyyətli dərəcədə təsir etmək imkanına malik olan hərəkat indi də hüquq sahəsində mərkəz funksiyasını yerinə yetirməyi öz üzərinə götürmüşdür.
Artıq onlarla qeyri hökumət təşkilatı və hüquq firmaları ilə əlaqələrini qurmaqda olan “Ümumrespublika Gənc Hüquqşünaslar Mərkəzi” respublika əhəmiyyətli layihələrlə yaxın günlərdə fəaliyyətini daha da genişləndirəcək.
Hüquqi maarifçiliyin kütləviliyinin təmin edilməsi, hüquq sahəsi üzrə informasiya mübadiləsində mərkəz funksiyasının yerinə yetirilməsi, zəngin kitab fondunun yaradılması mərkəzin əsas proitetlərindən hesab olunur.

Ardında– “Hüquqlarımızı necə müdafiə etməliyik?!”
-Biz hüquqlarimizi bilirikmi? İlkin olaraq hansı qanunu öyrənməliyik?
-Mən yalnız konstitusiyanı öyrənməklə öz hüquqlarımı müdafiə edə bilərəmmi?
-Hüquqi yardım nədir?
-Mənə hüquqlarımı müdafiə etməkdə kim yardım göstərə bilər?
-Bəs vəkilin-bizim hüquq müdafiəçimizin hansı hüquqları var?
-ABŞ və Almaniyada hüquq müdafiəçiliyi-vəkillik necə həyata keçirilir? –Suallarına cavab tapa bilərsiniz.

“Hüquqlarımızı necə müdafiə etməliyik?!”
Biz bir çox hallarda hüquqlarımızın pozulduğunu israrlı şəkildə qeyd edir və özümüzü müdafiə etməyə çalışırıq. Ümumiyyətlə isə bu kimi hallar psixoloji durumumuza əsaslı təsir göstərərək bütövlükdə normal davranışımıza zərbə vurur. Lakin nəzərimizdən qaçırmamalıyıq ki, həmişə haqqlı tərəf biz olmaya bilərik.
Aşağıda qeyd olunan məsələlərə nəzər salsanız hüquqpozuntularına qarşı böyük bir sədd yaratmış olarsınız. Sual-cavab şəkilində gəlin hüquqlarımızı necə müdafiə etməyi öyrənək.
Biz hüquqlarimizi bilirikmi? İlkin olaraq hansı qanunu öyrənməliyik?
İlk öncə qeyd etmək lazımdır ki, hər bir şəxs kifayət qədər hüquqi biliklərə malik olmaya bilər. Lakin hər bir qanun hamı və hərkəs üçün eyni hüquqi əhəmiyyətə malikdir. Biz ən azından ali dəyərlər hesab olunan konstitusion hüquqlarımızı bilməliyik.
Deməli, hüquqlarımızın pozulduğunu kiminsə dilindən eşitməklə kifayətlənməməliyik. Ən azından konstutusiyada təsbitini tapmış normaları öyrənməliyik. Konstitusiyada yalnız insan hüquq və azadlıqlarına deyil digər məsələlərə də yer ayrılmışdır. Bir cəhəti burada xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizdə qüvvədə olan bütün normativ aktlar (yəni, qanunlar, konvensiyalar, qərarlar, fərman və sərəncamlar) konstitusiyaya uyğun olaraq qəbul edilir, bir çox hallarda isə məhz konstitusiyada göstərilən müddəaların daha düzgün tətbiq edilməsinə yönəlir.
Hər bir kəsin ölkənin ali hüquqi qüvvəyə malik olan Konstitusiya haqqında məlumatı olması buna görə vacibdir.
Mən yalnız konstitusiyanı öyrənməklə öz hüquqlarımı müdafiə edə bilərəmmi?
Təbii ki, konstitusiyada bütün hüquqi məsələlər öz əksini tapmayıb. Lakin sən artıq ən əsas hüquqların haqqında ilkin informasiyanı əldə etmiş olacaq, digər məsələləri də araşdırmaq imkanın yaranacaqdır.
Məsələn, əgər polis tərəfindən tutulur yaxud həbsə alınırsınızsa, mütləq sizə vəkil təklif olunmalıdır. Bu məsələ konstitusiyanın 61-ci maddəsinin 3-cü bəndində aşağıdakı kimi qeyd olunub:
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Göründüyü kimi hüquq normasının məzmununun da dərk edilməsi, faktik vəziyyətə uyğunlaşdırılması ən əsas məsələlərdəndir.
Hüquqi yardım nədir?
Öz məzmununa görə hüquqi yardım bir çox hərəkətləri əhatə edir: lazimi normativ aktın axtarılmasında köməklik göstərilməsi, onun məzmununun izah edilməsi , ərizə və ya vəsatətin, yaxud başqa sənədlərin tərtib edilməsində köməklik göstərilməsi, dəlillər seçilməsi, yaranmış problemləri daha səmərəli həll edə biləcək orqanın müəyyən edilməsi, məhkəmədə və ya digər orqanda nümayəndəlik, cinayət işi üzrə müdafiənin aparılması və ya inzibati məsuliyyətə cəlb olunmuş vətəndaşların qanuni maraqlarının müdafiəsi və s.
Mənə hüquqlarımı müdafiə etməkdə kim yardım göstərə bilər?
Respublikamızda hüquq müdafiəçiliyini həm vəkillər, həm də Ədliyyə nazirliyindən aldıqları Lisenziya əsasında hüquqi xidmət göstərən hüquqşünaslar həyata keçirə bilərlər.
Nazirlər Kabinetinin “Pullu hüquqi xidmətlərə xüsusi razılıq verilməsi haqqında” 1998-ci il 1 may tarixli qaydalarında qeyd olunur ki, Ədliyyə nazirliyindən aldıqları Lisenziya əsasında hüquqi xidmət göstərən şəxslər yalnız mülki işlər və inzibati hüquq pozuntularına dair işlər üzrə məhkəmədə nümayəndəlik etməyə səlahiyyətlidir.
Vəkil isə qanunla müəyyən edilən qaydada vəkil statusu və vəkillik fəaliyyətini həyata keçirmək səlahiyyəti almış şəxsdir.
Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Cinayət işləri üzrə məhkəmə prosesində, ibtidai istintaqda və ya təhqiqatda Azərbaycan Respublikasının prosesual qanunvericiliyinə müvafiq olaraq müdafiəçi qismində yalnız vəkillər iştirak edə bilər.
Bəs vəkilin-bizim hüquq müdafiəçimizin hansı hüquqları var?
Hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə və digər orqanlarda, təşkilatlarda, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək;
Öz fəaliyyətində qanunvericliliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək;
Peşə fəaliyyətini keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətini çıxarmaq;
Xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün mütəxəssislərdən rəy almaq;
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək;
Qanunvericliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz gösrüşüb danışmaq.
ABŞ və Almaniyada hüquq müdafiəçiliyi-vəkillik necə həyata keçirilir?
Amerika Birləşmiş Ştatlarında Vəkillik
ABŞ-da hüquq firmalarında çalışan biznes-vəkillərdən başqa vəkillərin əhəmiyyətli bir hissəsi dövlət bücəsi hesabına maliyyələşdirilən və əhalinin aztəminatlı hissəsinə pulsuz hüquq yardımı göstərən kontorlarda çalışanlardır.
Bir çox hüquqşünaslar karyeralarını məhz bu kontorlardan başlayıblar və uğur qazanıblar. Bu əlbəttə ki, ilk növbədə həmin hüquqşünasların öz səy və bacarıqları hesabına başa gəlsə də, mətbuatın rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, mətbuat biznes-vəkillərlə müqayisədə belə vəkillər və onların qalib gəldikləri proseslər barədə daha həvəslə yazırlar.
Ayrı-ayrı etnik və peşə qruplarına hüquqi yardım göstərilməsi üçün bəzən özünəməxsus hüquqi yardım cəmiyyətləri yaradılır. Onlar şəxsi ianələr və qismən də yerli büdcə hesabına maliyyələşdirilirlər.
Almaniyada Vəkillik
ABŞ-dan fərqli olaraq Almaniyada vəkillik fəaliyyətini tənzimləyən xüsusi qanunvericilik var. İlk növbədə, 1avqust 1959-cu ildə qəbul edilmiş Vəkillik haqqında federal qanun və 26 iyul 1956-cı ildə qəbul edilmiş Vəkillərin xidməti haqlarının ödənilməsi haqqında federal əsasnaməsidir.
Əgər ABŞ-da vəkillərə demək olar ki, bütün hüquqşünaslar aid edilirsə, Almaniyada vəkil deyəndə bizə tanış olan məna başa düşülür.
ABŞ-da vəkillərin fəaliyyəti üzərində nəzarəti vəkillər assosiasiyası və az hallarda məhkəmələr həyata keçirirlərsə, Almaniyada vəziyyət prinsipial şəkildə fərqlənir. Nəzarət hüququ dövət adından ədliyyə orqanlarına verilib. Başqa sözlə, ABŞ-da vəkillik məhkəmə hakimiyyətinə hesabat verməlidirsə, Almaniyada icra orqanına.

Hüququn müdafiə edilməsinin əhəmiyyəti ilk növbədə bununla əsaslandırmaq olar ki, hansı cəmiyyətdə güclü vəkillik mexanizmi mövcuddursa, hüquq müdafiəçiliyi düzgün istiqamətdə həyata keçirilirsə, deməli, həmin ölkə dünyanın ən qabaqcıl demokratik ölkələrindəndir. Hüquq müdafiə olunduğu zaman ali dəyərlər səviyyəsinə qalxır. Vəkillik fəaliyyətinin inkişafı elə vətəndaş cəmiyyətinin inkişafıdır. Belə ki, Məhkəmə hakimiyyətinin, prokurorluğun və bütövlükdə istintaqın, həmçinin, hüquqla sıx əlaqəli şəkildə fəaliyyət göstərən başqa dövlət orqanlarının işini vəkillərsiz təsəvvür etmək çətindir.
Vəkillər ayrı-ayrı adamların haqlarını qorumaqla əslində ölkəmizdə insan hüquqlarının təmin olunmasında dövlətə yardımçı olurlar. İnsan haqqlarını təmin etmək dövlətin öz vətəndaşları qarşısındakı əsas vəzifələrdəndir. Ölkəmizdə hər bir vətəndaşın, ən əsası isə məhkəmə hakimiyyəti, prokurorluq orqanları, bütövlükdə isə bütün dövlət orqanlarının insan haqqlarını təmin etmək borcudur, vəzifəsidir.

This entry was posted in Azerbaijan, Random, Society and tagged , , . Bookmark the permalink.

One Response to “İrəli”də Hüquqşünaslar!

  1. Amin says:

    Salam Bir geline ushaqina gore yshayish huququ ile gelin qeldiyi eve yashamaq huququ verilib .hemin ev kicik qardashimin adinadir kupca ile. qardashimda ailelidir hemin evi satmaq isteyir ve qeline konpesasiya vermek isteyir. gelin ise buna razi deyil. Deyir baxmayaraqki ev kupca ile qardashinin adinadir qardshin bu evde qediyatda deyil deyirki men bu evde tek qaliram ushaqimla kamunal xercleri odeyirem ve evi oz adima kecirdeceyem. nezerinize catdiriramki bizi oz ata yurdumuza qardashimin adina olsada bele eve qoymur defelerle bizi serleyib bizde qorxumuzdan qede bilmirik yeni qardashiminda o evde ailesi ile birqe yashamaqi qeyri mumkundur qadinliqindan istifade edib qorxudur bizleri Sualim size beledir .Azerbaycan qanunvericiliyinde bu mesele nece hel olunmalidir ve hansi madde ile.?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s