Prezident İlham Əliyev dünya şöhrətli alim Lütfizadəni qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2008” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfizadəni qəbul etmişdir.
Cənab Lütfizadə Bakıya səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söylədi. O, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğuladı. Lütfizadə əldə olunan bütün bu nailiyyətləri Prezident İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirdi.

Bakutel-2008 XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğuladı.

BAKI. 10.11.2008.

This entry was posted in Azerbaijan, Random, Society and tagged , , , . Bookmark the permalink.

One Response to Prezident İlham Əliyev dünya şöhrətli alim Lütfizadəni qəbul etmişdir

  1. şahin heseni says:

    mənim maraqlandığım məqam lütfinin türkcə danışa bilməğıdir. o azərbaycan dilin danışa bilir mi?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s