İrəli ÜGH-nin tərkibində Parlament seçkiləri

İrəli ÜGH-nin tərkibində “Parlament Seçkiləri” keçirilir.Namizədlər artıq müəyyənləşdirilib.Namizədlər təbliğat-təşviqat işləri ilə məşğul olmağa başlayıblar.13sentyabr 13:13 də İrəlinin ofisində debat təşkil olunacaq və bundan sonra qalib İrəli üzvlərinin səs verməsi yolu ilə müəyyənləşəcək.

Namizədlər:

1. Babayev Tural
2. Babayev Orxan
3. Bağırlı Araz
4. Qaraşov Roman
5. Rzayev Murad

Namizədlərin tərcümeyi hallarını ardında oxuya bilərsiniz:

TURAL BABAYEV
Tərcümeyi – hal
Men, Babayev Tural Fikret oglu 1990-cı il aprel ayinin 9-da Baki seherinde anadan olmusam. Mektebeqederki dovru usaq bagcasinda kecirmisem. 1996-ci ilde Baki sheheri Xətai rayonu 48 sayli orta mektebin 1-ci sinfine daxil olmusam. 2004-cu ilde hemin mektebi elaci qurtarib, ele hemin il de Bakı sheheri Xetai rayonu Heyder Eliyev adina liseyin 9-cu sinfine musabiqe yolu ile daxil olmusam. Liseyin bir cox tedbirlerinde, esasen de 20 Yanvar ve Xocali soyqirimi ile bagli tedbirlerde yaxindan istirak etmisem. 2007-ci ilde hemin liseyin 11-ci sinfini bitirmis ve Azerbaycan Dovlet İqtisad universitetinin Beynelxalq İqtisadi Munasibetler fakultesinin Beynelxalq Munasibetler ixtisasina odenissiz esaslarla daxil olmusam. 1-ci kursda universitet daxilinde ve xaricinde ictimai isle feal mesgul olmusam. Slavyan universitetinde 5-6 aprelde teskil olunmus 6-ci Baki aciq telebelerarasi debat turnirinde 120 telebe arasinda ilk 10-luga daxil olub 6-ci en yaxsi spiker adini qazanmisam. STREET LAW huquq proqramini kecmisem. Hal-hazirda 2-ci kursda oxuyuram.
________________________________
ROMAN QARAŞOV
Tərcümeyi-hal:

1988-ci il 26 oktyabrda Azərbaycan Respublikasında anadan olmuşdur. 2006-cı il 31 may tarixində “Təhsildə qazandığı nailiyyətlərinə, nümunəvi davranışına və məktəbin ictimai tədbirlərində fəal iştirakına görə” həm Təhsil Nazirliyinin, həm də Nəsimi rayon təhsil şöbəsinin diplomuna layiq görülmüşdür. Nəsimi rayonu 42 saylı orta məktəbin 2006-cı il məzunları arasında ən yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə ödənişsiz əsaslarla daxil olmuşdur. Həmin məktəbin “Fəxri məzun”udur. Onun adı 2006-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Kamissiyasının nəşr etdirdiyi “Bilik Yarışının Öncülləri ” sırasında qeyd edilmişdir.

“İnsan Hüquqları XXI Əsr-Azərbaycan” fondunun, Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə Qrupunun üzvüdür. Həmçinin, hal-hazırda Respublikda Prosessual hüquq pozuntularının aşkar edilməsi üzrə Monitorinq qrupunun fəal Məhkəmə müşahidəçisidir.

2006-2008-ci illərdə Bakı şəhəri Yasamal rayon Məhkəməsində hakim köməkçisi, 2 saylı Hüquq məsləhətxanasında vəkil köməkçisi, Yol nəqliyyat mübahisələrinin nizamlanması üzrə ekspert köməkçisi işləmişdir. Həmçinin, Elektron imza ilə bağlı ümumrespublika səviyyəli proqrammın hazırlanmasında fəal yardımçı, Mərkəzi və Cənub-Şərqi Asiyadan gələn əcnəbilərin Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmasında könüllü hüquqi məsləhətçi, bu tipli müxtəlif səpkili vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin fəal təşkilatçısıdır.

“Hüququn anlayışına dair fikir müxtəlifliyi “, “Qloballaşma nədir”, “Azərbaycan Respublikasında İcra Hakimiyyəti “, “Əfv etmə və aministiyanın hüquqi əsasları ” , “Mülki hüququn sosial əhəmiyyəti ” , “Hüquqauyğun və hüquqazidd davranış anlayışları ” , “Tibbi xarakterli məcburi tədbirlər ” , “Əqdlər və mülki-hüquqi müqavilələr ” , “Cinayət qanunu Hər kəsə özünün və başqalarının həyat və sağlamlığını qorumaq hüququ verir ” , “Konstitusion hüquq ən ali dəyərdir “, “ABŞ konstitusiyası” , “ABŞ-da İstiqlaliyyət müharibəsi ” və s bu kimi hüquqi və siyasi məsələlərlə bağlı məqalələrin müəllifidir.

Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbəsi olmaqla yanaşı ABŞ-ın Yale və Washington unversitetlərində “Məsafədən Təhsil ” proqrammı çərçivəsində hüquq təhsili alır.

Azərbaycan, Türk, Rus, İngilis, Alman, qismən latın dillərini bilir.

Subaydır. Heç bir siyasi partiyaya üzv deyil, bitərəfdir.
________________________________________

 

This entry was posted in Azerbaijan, Politics, Random, Society, Youth and tagged . Bookmark the permalink.

One Response to İrəli ÜGH-nin tərkibində Parlament seçkiləri

  1. turalfot says:

    İrelicilerden destek gozleyiremş İmzaI Babayev Tural

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s