Qloballaşmadan istifadə edən “ƏLLƏR”

Qloballaşma deyilən prosesin təsiri altında bu gün yeni dünya nizamı formalaşmışdır. Bu nizamın mərkəzində isə inteqrasiya durur. Inteqrasiya hər birimizin də bildiyi kimi əlaqələrin genişlənməsi, sərhədlərin “aradan qalxması”, bir sözlə əməkdaşlığın ən yüksək forması kimi başa düşülür. Lakin inteqrasiyanın bir tərəfli olması böyük dövlətlər tərəfindən qəbul edilmişdir. Bu özlərini böyük hesab edən dövlətlər gözləyirlər ki, yeni yaranmış milli dövlətlər həmin böyük dövlətlərə inteqrasiya etsinlər. Bir sözlə yeni yaranmış milli dövlətlər həmin böyük dövlət kimi olsunlar. Milli dövlətin idarəçiliyi, cəmiyyəti, dəyərləri, ümumiyyətlə hər bir şeyi ilə böyük dövlət kimi olsun. Sual oluna bilər ki bu böyük dövlətlərin nəyinə gərəkdir? Bəli böyük dövlətlər özlərinin inkişaf edən iqtisadiyyatlarını xammalla təmin etmək üçün yeni yaranmış milli dövlətlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu isə hərbi təcavüzlər vasitəsilə həyata kəçirmək bu gün mümkün deyil. Çünki hər bir dövlətin qoşulduğu BMT var ki, o da dünyada sülhü qorumağı öhdəsinə götürmüşdür. Yeganə yol qalır ki, bu da qloballaşmanın, inteqrasiyanın vasitəsilə yeni yaranmış milli dövlətlərin cəmiyyətinə nüfüz etmək və həmin cəmiyyəti öz dövlətinə qarşı hərəkət etməyə təhrik etməkdir. Bu isə yeni təcavüz formasıdır və müasir dövrdə bir çox milli dövlətə qarşı həyata keçirilməkdədir.

Təsüfflər olsunki, bu gün Azərbaycan cəmiyyətinə baxdıqda məhz bu cür təhdidlərin çoxaldığını hiss etmək mümkündür. Mən antiqlobalistlər kimi bu təhdidlərin aradan qalxmasına qarşı mübarizə aparmağa Sizləri səsləməyəcəm. Bu gün Azərbaycanımızda Ingiltərənin (dövlət nəzərdə tutulmur) dəstəyi ilə yaranmiş vəhabizmin genişlənməsi, buna qarşı Iranın təsiri altında şiəliyin ciddi cəhdlə insanlara sırınması, Avropanın təsiri ilə bir nece təriqətin yayılması, ABŞ-dakı təhsil proqramları ilə gənclərimizin beyinlərinin yuyulması, Avropanın təsiri ilə isə insanliğa zidd olan dəyərlərin azadlıq, liberallıq, demokratiya kimi qələmə verilməsi cəmiyyətimizə olan ən böyük təhdidlər sayılmaqdadır.

Bu cür təhdidlərin qarşısında dura biləcək şəxslər gərək bu təhdidlərin hər biri haqqında dolğun məlumata malik olmalıdır. Təhdidlərin qarşısını almaq üçün həmin təhdidlərə qarşı mübarizə aparmaq, dövlət sərhədlərini bu cür ünsürlərə qarşı bağlamaq, KIV-ləri senzuraya salmaq və bu kimi qeyri-demokratik mübarizə metodları bizi dünya dövlətlərinin gözündə heç də müsbət imicə bürüməz. Həmçinin bu formadakı mübarizə metodları zamanı biz qloballaşmanın müsbət təsirlərindən, inteqrasiyanın xeyirlərindən, müasirləşmədən ayrı duşə bilərik ki, bu da Azərbaycanın gələcəyi üçün heç də müsbət nəticələr verə bilməz.

Biz gənclər olaraq qloballaşma prosesində fəal iştirak edir, inteqrasiya vasitəsilə digər ölkələrdə əlaqələr qurur və müasirləşmənin müsbət təsirlərindən istifadə edərək özümüzü təkmilləşdiririk. Bu imkanlardan istifadə edərkən gənclərimiz ilk növbədə özlərinin mənsub olduqları milli mənəvi dəyərləri qorumalı, öz dövlətlərinin milli maraqlarını göz önündə saxlamalı, xalqının, millətinin üstünlüyünü təbliğ etməli və digər millətlər fonunda asimilyasiya olunmamalıdır. Əlbəttə ki bu deyilənləri həyata keçirmək o qədər də asan deyil və hətta demək olar ki, həmin mühitlərin təsiri altında qeyri mümkündür.

Mümkünsüzü mümkün etmək deyilən bir şey də var ki, bunu da hər bir kəs bacarmır. Bu gün Azərbaycan cəmiyyətində yuxarıda deyilən təhdidlər məhz gənclərimizə istiqamətlənmişdir. Bunun da məntiqi səbəbi mövcuddur ki, bu da gənclərin daha çılğın ruhlu olması, yeniliklərə daha tez cavab verməsi, bir sözlə daha informasiyasız olması və informasiyalı insanların təsirinə daha təz düşməsi ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq cəmiyyətimizdə elə bir mühit formalaşdırmaq lazım olmuşdur ki, bu mühitdə gənclərimiz qloballaşma prosesindən kənarda qalmayaraq, inteqrasiya vasitəsilə əlaqələr quraraq, müasirləşmənin imkanlarından maksimum istifadə edərək Azərbaycançılığı, milli mənəvi dəyərləri, xalqının, millətinin üstünlüyünü qorumağı bacarsın və bunları öyrənərək, bu istiqamətdə biliklərini artıraraq onları təbliğ etməyi bacarsınlar. Həmçinin bu mühit həmin təhdidlərdən uzaq olmalı və gənclərə həmin təhdidlər barədə kifayət qədər informasiya verməlidir.

Qlobal təhdidlər fonunda bu cür mühiti yaratmaq və inkişaf etdirmək, həmçinin gəncləri bu mühit ətrafında birləşdirmək də asan iş deyil. Lakin 2005-ci il 26 Avqust tarixində Azərbaycanın ictimai həyatında belə bir mühitin əsası qoyuldu və bu mühit “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı adlandırıldı. Hərəkat yarandığı ilk gündən ideoloji məqsədi kimi Azərbaycan gəncliyinin Azərbaycançılıq ruhunda tərbiyə olunmasını, gənclərin milli mənəvi dəyərlərə hörmət hissi ruhunda inkişaf etməsini, vətənpərvərlik hissinin yüksəldilməsini, xalqını və millətini sevən gənclərin birliyinin formalaşdırılmasını vəzifə kimi qarşıya qoymuşdur.

Bunlara baxmayaraq, bu gün Azərbaycanda həmin təhdidlər qarşınında aciz qalaraq əyilən, hətta sınan gənclərin də toplaşdığı, şəbəkələşdiyi, hətta qloballaşma pərdəsi altında öz mənfəəti naminə işlər görən transmilli korparasiyalardan gələn maliyyə hesabına fəaliyyət göstərən qurumlar da mövcuddur. Bu qurumlar Azərbaycanlı olduğuna görə utanır, milli mənəvi dəyərlərimizi onların inkişafına manə kimi görür və özlərində yeni dəyərlər (əxlaqsızlıq deyərdim) formalaşdırır və bunları da informasiyasız gənclərə təlqin edirlər. Bu cür gənclər öz köklərini danırlar və bunu da müasirlik kimi qələmə verirlər.

Biz isə öz yolumuzdayıq və Bizi bu yoldan heç kəs döndürə bilməz. çünki Biz bu yolun haqq yolu olduğuna inanaraq gedirik bu yolu. Bu yol Azərbaycan yoludur. Bu yol Azərbaycanın gələcəyinin yoludur. Kim Bizimlə bu yolu getməyə hazırdırsa buyursun. Bizlə olmayanlar isə öz yollarında davam etsinlər, onlara nə isə deməyə haqqımız yoxdur. Çünki Biz demokratiyaya inanır və əməl edirik, amma kimlərinsə təlqin etdiyi demokratiyanı yox !!!

Rasif Dunyamalıyev

This entry was posted in Azerbaijan, Random, Society and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s