Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz yaradılır

Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin (AZ-CERT) yaradılması nəzərdə tutulub və hal-hazırda bu sahədə dünya təcrübəsi öyrənilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, dünyanın əksər ölkələrində müxtəlif təyinatlı, o cümlədən Milli CERT-lər fəaliyyət göstərir. Bununla yanaşı, Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz kompüter təhlükələrinə təcili tədbir heyəti olaraq Milli İnternet məkanına və mövcud informasiya sistemlərinə gözlənilməyən, təsadüfi və qərəzli müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək, əhalinin, dövlət və digər qurumların məlumatlandırılmasının təmin edilməsini həyata keçirəcək.
Elektrik Təhlükəsizlik üzrə Milli Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək, saytların hazırlanması və istifadə zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində buraxılan boşluqların aradan qaldırılmasına yardımçı olacaq. AZ-CERT kompüter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyətinin dayandırılması, resursların bağlanılması, internet ünvanların bloklanması və s. bu kimi səlahiyyətlərə malik olmayacaq. Bu kimi hallarda əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərəcək və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edəcək
.

This entry was posted in Azerbaijan, INTERNET, Random and tagged . Bookmark the permalink.

One Response to Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz yaradılır

  1. shiko-shokolade@y10 says:

    Acilsa cox yax$i olar:-)bu sahede de inki$af ozunu gostermelidir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s