ABŞ və Avropa diasporamız İlham Əliyevi dəstəkləyir

İlham Əliyev

İlham Əliyev

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu «Azadlıq» bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Trend News-un məlumatına görə, bununla bağlı cümə axşamı keçirilən mətbuat konfransında Təşəbbüs Qrupuna qoşulan Almaniyanın Franfurkt Universitetinin müəllimi İbrahimxəlil Balayev deyib ki, ötən beş ildə Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə önəmli uğurlar qazanıb. Ən mötəbər təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Bütün bu uğurlar prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin təzahürüdür. Balayev hesab edir ki, yaxın vaxt ərzində dünya azərbaycanlılarının təşəbbüs qrupuna daxil olan üzvlərin sayı artacaq.

Toplantıda təşəbbüs qrupunun üzvləri ABŞ Azərbaycanlıları Şəbəkəsinin müdiri Adil Bağırov, Macarıstanda yaşayan politoloq Vüqar Seyidov, Benilyuks Azərbaycanlıları Konqresinin rəhbəri Sail Qasımov telefon vasitəsilə tədbirə qatılıblar.

http://www.trend.az

This entry was posted in Azerbaijan, Politics and tagged , , , , , . Bookmark the permalink.

2 Responses to ABŞ və Avropa diasporamız İlham Əliyevi dəstəkləyir

  1. turan says:

    Salam hormetli RAUFRAY siz e mail quruplarinda yazmisiniz DAK Ilham Eliyevi desdekleyir biz DAK olaraq hele bele fikir seslendirmemisik lutven bu melumati deqiqleshdirmemish yaymayin
    hormetle DAK metbuat xidmeti
    elaqe;0702489899(Samir Turan)

  2. Bəxtiyar Hacıyev says:

    USAN rəhbərliyindən aldığım məlumata görə, USAN rəsmi olaraq belə bir bəyanat verməyib. Bir nəfərin şəxsi təşəbbüsünü ABŞ Azərbaycanlıları adından yaymaq düzgün addım deyil.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s