26 iyun SQ günü münasibətilə hərbi parad keçirildi / FOTO

Azərbaycan HHQ - pilotsuz təyyarə

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə hər biziniz təbrik edirəm. 

Nəhayət ki, çox gözlədiyimiz hərbi parad da baş tutdu. Səhər saatlarından Hökümət Evinin həndəvəri və Neftçilər prospektinə paralel olan bütün küçələr polis əməkdaşları tərəfindən dairəyə alınmış və insanların gediş-gəlişinə icazə verilmirdi. İnsanlar DİN mətbuat xidməti vətəndaşlara paradı izləmək üçün Dənizkənarı Parkda yer ayrılacağını bildirmişdi. Düzdür, yer ayrılmışdı. Amma, həmin yerin ölçüsü parada baxmağa gələnlərin sayı ilə müqayisədə çox kiçik idi. İnsanlar həmin əraziyə çatmaq üçün, Kukla Teatrının qarşısındakı keçidə kimi uzun bir yolu qət elməli idilər. Sahil metrosundan Bulvara düşən yol isə polis kardonu ilə bağlanılmışdı. Mənsə, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində dayanıb, səbirsizliklə paradın başlanmasını gözləyirdim. Saat 10:00-a deyilsə də parad saat 12:00 radələrində başladı. Bu vaxta kimi isə Sahil metrosunun qarşısında tolpaşmış kütlə polis kardonunu yararaq Neftçilər prospektinə yığıldı. ÇPA-ın əlavə qüvvələrinin köməyi ilə yol boşaldıldı və parad başladı. Azadlıq meydanında olanları deyə bilmərəm, amma mən olduğum yerdən ilk olaraq Xüsusi Təyinatlı Dəstənin əsgərləri keçdi. Ardınca pilotsuz cəsus təyyarələri, artilleriyadan toplar, qrad qurğuları, yer-yer, yer-hava və s. tipli raket qurğuları nümayiş olundu. Növbəti isə Silahlı Qüvvələrimizin elitası sayılan Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri idi (HHM sistemi, zenit-raket kompleksi və s. həbi texnika və s.). Butax üzərində həri helikopterlərin üçüşundan sonra isə MiQ və SU hərbi təyyarələri yüksək pilotaj nümayiş etdirdilər. Hətta, üçrəngli bayrağımızı da səmada əsk etdirdilər. Bundan sonra Azadlıq meydanı qarşısında Silahlı Qüvvələrin müxtəlif qoşun hissələrinin və zirehli texnikanın marşı olsa da mən onları görə bilmədim.

Ümumilikdə isə parad, təşkilatçılıqdakı bir sıra qüsurları nəzərə almasaq yüksək səviyyədə keçdi. Vətəndaşlar bir daha öz dövlətlərinin hərbi gücünə əyani şəkildə şahid oldular. BU həm xarici qüvvələrə əzələ nümayişi, həm də ölkə vətəndaşlarının hərbi gücümüzə olan inamın qüvvətlənməsi idi. Ümid edirəm ki, bu tip tədbirlər daha tez-tez keçiriləcəkdir.

Hərbi paraddan şəkillər:

 

Paradın başlamasına az qalır

 

Monitorlarda Türkiyə-Almaniya oyunu

 

Sahil Metrosunun qarşısındakı polis kardonun yarıldı

Xüsusi təyinatlılar

26 iyun hərbi paradı. Raket kompleksi

Silahlı Qüvvələrimizin elitası - Hərbi Hava Qüvvələri

Bu kadrı tutdum - Su və MiQ-lər / AR HHQ

Nəsildən-nəsilə. II DM veteranı AR SQ paradında. Həyat yoldaşı və nəvəsi ilə birgə.

 

This entry was posted in Azerbaijan, Military, Society and tagged , , , , , , , , , . Bookmark the permalink.

4 Responses to 26 iyun SQ günü münasibətilə hərbi parad keçirildi / FOTO

  1. Huseyn Timberlake says:

    Şəkillərə görə çox sağ ol.Mən orda olmamışdım burda baxdım.Thanks

  2. kursant says:

    Salamlar kursant olaraq men de Paradda ishtirak etmishem.shekiller de cox gozeldi

  3. kursant says:

    Ne lazim olsa burdayam: f6003ma@yahoo.com.tr

  4. Şəkili oğlan says:

    İnşallah gələcəkdə hərb yönümlü gözəl sat ola bilər.Hələ saytda materiallar (şəkillər, videolar,məlumatlar) azdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s