AFTERPARAD – bişərəf polis boyumuzu yerə soxdu

Parad sonrası bişərəf polis tərəfindən cırılmış bayrağımız

Zatən bu gün yüksək patriotik əhval-ruhiyyədə davam etsəydi təəccüblənərdim. Parad başa çatdıqdan sonra Sahil metrosunun qarşısında bir qrup gəncin yığışıdığını gördüm. Qrup əlində Azərbaycan bayrağı “Azərbaycan! Qarabağ!” sloqanları qışqırırdı. Birdən kütlədən bir nəfərin “Bayrağını cıran polisə ar olsun!” qışqırığına yüzlərlə insanın “AR OLSUN! AR OLSUN! AR OLSUN!” cavabı gəldi. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə kütləyə yaxınlaşdım və bir neçə dəqiqə söhbətdən sonra vəziyyət mənə aydın oldu.

Parad bitdikdən sonra gənclər əllərində bayrağımız “Azərbaycan! Azərbaycan!” qışqıra-qışqıra Sahil metrosuna tərəf hərəkət ediblər. Qarşılarına çıxan polis nəfərlərindən biri onlardan sloqlan səsləndirməməyi, bayraqları yığışdırmağı və qrup şəkilində hərəkət etməməyi əmr edib (ay ağıllı, hərbi parad, silahlı qüvvələr günü, vətənpərvər hisslərin cüşa gəldiyi zamanda bundan yersiz əmr ola bilərmi?). Təbiidir ki, gənclər buna əməl etməyiblər, cavab olaraq isə bu bişərəf polis əlini ataraq bayrağımızı cırıb və qısa müddət sonra etdiyi hərəkətin şərəfsizliyini anlayaraq ( və ya heç anlamayıb ) hasidə yerindən qaçıb. Mən həmin qrupa yaxınlaşanda gənclər polis və mülki geyimli bir nəfərlə söbət edərək bu biyabırçılığı törətmiş polisin  tapılaraq cəzasına çatmasını istəyirdilər. 5 dəqiqəyə yaxın sürən müzakirə zamanı kütlə “Azərbaycan! Azərbaycan!” süarları səsləndirməkdə davam edirdi. Bir müddət sonra isə əraziyə 2 PPX maşını yaxınlaşdı və hər şey bundan sonra başladı. Kütlədən bir nəfər bayraq məsələsini PPX maşınında oturan polisə hadisəni izah edib istədiklərinin bildirmək istəyirdi ki, polislərdən biri maşını  tam sürət kütlənin üzərinə sürdü. Xoşbəxtlikdən, insanlar səkiyə çıxmağa vaxt tapdılar. Əvəzində isə polis maşını səkiyə yaxın sürərək, pənəcərədən əlindəki dəyənəklə insanlara zərbələr endirir və onların üzərinə tüpürürdü ( vətəndaşın üzərinə tüpürən post patrul xidəmti işçisi – rəzilliyin son həddi ). Bundan sonra digər maşın da ona qoşularaq Sahil metrosunun qarşısındakI yolda sözün əsl mənasında “MAŞIN (oxu AT) OYNATMAĞA” başladılar.  Maşını vəhşicəsinə Azərbaycan bayrağını əlində saxlamış oğlanın üzərinə sürən PPX işçiləri bir müddət sonra yolu təmizlədilər və insanlar dağılışdı.

Əslində bu hadisədə maraqlı və sual doğuracaq çox məqam var. Mənə ilk maraqlı olan, bayrağımızı cırıb tülkü kimi qaçıb gizlənən polisin öz cəzasını alıb-almamasıdır. Yəqin ki, hələ gizlənir, bişərəf. Bunu yemisən-yemisən, çıx kişi kimi de ki, mən etmişəm, get cəzanı al. Yoxsa sənin kimi bişərərfə görə niyə şərəflə öz işinin peşə borcunu yerinə yetirən və daşıdığı paqonlara layiq olan insanlara söz gəlməlidir? Niyə bir bişərəfə görə bütün sistem haqqında mənfi fikirlər söylənilməlidir? Voobşe, sən haranın binamususan ki, minlərin şəhid olduğu, milyonların baş əydiyi, Cənab Prezidentimizin diz çöküb öpdüyü bayrağa əl atasan? Bəlkə də bu dəfə tülkülüyün səni xilas etdi, amma gələn dəfə qaçmaq səni xilas etməyəcək.

İkinci məsələ, PPX. Hər özünü adam sayan gəlib partul olur. Ay *?%, sənə kim vətəndaşın üzərinə tüpürmək olar deyib? Sən haradan oxumusan ki, istədiyin vaxt pəncərədən dəyənəklə səkidəki insanları vurasan? O paradda gördüyüm zabitlərdən, hərbi kursantlardan, xüsusi təyinatlılardan sonra, bu PPX işçisi… Doğurdan da meşə caqqalsız olmur…

Son sözüm isə, ətrafınıza baxın. Hər sahədə müsbətə doğru nə qədər dəyişikliklər var. Bütün sahələr inkişaf edir. Hər kəs irəliləyir. Bircə siz boğazımıza keçmiş balıq sümüyü kimisiniz! Daşıdığınız paqonlara layiq olun! Bu şərəfli peşəni ləkələməyin! Adam olun, hələ də gec deyil, adam olun və bir de heç vaxt mənim ölkəm, onun bayrağı və dəyərləri ilə işiniz olmasın. Olmasın ki, olasınız: bu gün varsınız, sabah da olasınız.

Bir daha Silahlı Qüvvələrin buna layiq olan bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edirəm. Gün o gün olsun, Şuşada qələbə paradını keçirək. Amin! 

VİDEO TEZLIKLƏ

Parad sonrası bişərəf polis tərəfindən cırılmış bayrağımız

This entry was posted in Azerbaijan, Society and tagged , , , , , , . Bookmark the permalink.

18 Responses to AFTERPARAD – bişərəf polis boyumuzu yerə soxdu

  1. ~`ChaKeRx`~ says:

    RAY – bu gecə vaxtı əsəbləşdirdin məni ( – Belələrinə P*ys%r deyirlər … Kim buna nəzarət edir? Bu necə olur ki, o küçük camaatı heç nədən döyüb hələ bir Üzərilərinə tüpürür??? Budur cammatı qoruyan polisimiz? Onda biz öz sözümüzü kimə deyək? Bunlar nəyə lazımdır? Bu polisləri görəsən cammatı ancaq soyub-döyüb-tüpürmək üçün təyin edirlər?

    Bu nə özbaşınalıqdır! Prezidentimizin görəsən buna münasibəti necədi? O qədər sual var ki, – ancaq bilmirsən kim cavablandırmalıdı bunları (

  2. Captan says:

    Admizi batiran bunun kimi varyoxsuzlardi.Tutub essey balasi kimi cirpib aparib atasan cixdigi desiye.Size soz verirem o ermeni balasin kim oldugunu tapsam shexsen ozum nece lazimdir mesgul olacam.

  3. Captanin dostu says:

    Ale bu PPX ne vaxtdan adam olub dogurdan?Paqonlar arasinda en DİSOVKALAR.RAyonnan gelen cindirlari basiblar ora.Kendden gelen essek ne bilir bayraq nedi millet nedi?

  4. Orhan_AzTurk says:

    Maraqlidir – Bayragin Namus Oldugunu Bile Bile Bu Namussuslugu edirse. Belke de Bayragin Namus oldugunu derk elemiyib. Belke de hec namusun ne oldugunu derk elemiyib. Ele Mence Ozunu de derk elemiyib. Soz kecmiyen yerde yumruq ishe dushur …

  5. Nalab says:

    Bir ölkənin Silahlı Qüvvələr Günü kim üçündür görəsən? Əvvəl hərbi paradı təşkil edib ölkə gənclərində vətənpərvərlik ruhu oyadırsan, sonra da onu BAYRAĞINI cırmaqla, üzərinə maşın sürməklə tapdalayırsan. Məncə isə balıq başdan iylənir.

  6. Əslində o qədər biyabırçı vəziyyətlə qarşılaşmışıq ki, hamımız bayrağı cıran polisə qarşı ürəyimizdə bir kin formalaşdırıb, onu ifadə etməyə çalışırıq. Məncə də, o polis tapılıb cəzalandırılmalıdı. Özü də ictimaiyyətin gözü önündə. Necə ki, İranda cinayətkarı camaatın gözü qabağında edam edirlər, və ya oğrunun əllərini kəsirlər ki, digərlərinə görk olsun. Başqaları da belə qələt eləməsin. Məncə, bizdə də belə bir cəza tətbiq etmək lazımdı. Bu məsələnin bir tərəfi. İkinci bir təfərdən, burda səsləndi ki, balıq başdan iylənər. Xanım / bəy, bu ifadəni vaxtilə kim işlədibsə, ola bilər bəlkə də yerinə düşüb. Amma indiki halda bu ifadə yerinə düşmədi. Çünki mən inanmıram ki, hansısa başda duran şəxs əmr versin ki, insanlarla bu cür davranın, bayrağı cırın, camaatın üzünə tüpürün. Bu absurddur. Mən burda günahı sadəcə və sadəcə həmin polisin özündə görürəm. Ona verilmiş mənəviyyatsız tərbiyədə görürəm.
    Son vaxtlar Polis sistemində bir düzəlişin, inkişafın olduğu haqda düşüncələrim bu xəbəri oxumaqla alt-üst oldu. Məncə, bu cür “polisləri” sistemdən təmizləmək lazımdı. Xalqın ödədiyi vergidən maaş alan, harınlamış bu “polis əməkdaşı” ən ağır cəza ilə cəzalandırılmalıdı. Bunu biz gənclər etməliyik.
    El içində belə bir ifadə var. Qabaqcadan üzr istəyirəm. “Uşağın ağzını körpə vaxtı …….. lazımdı, ki böyüyəndə adamın üzünə ağ olmasın”. Bu polisi də məhz bu cür cəzalandırmaq lazımdı ki, bir də belə qələt eləməsin.

  7. DISH says:

    bu gun bayragini satan polis demli dunen anasini ya bacisini satib sabah da vetenini satar.
    bu gun insanin uzune tupuren polisin demeli evveller anasi ya da bacisinin uzune tupurub sabah da kimin desen uzune tupure biler.
    belelerine olum olsun!

  8. Nalab says:

    Polisi tapıb cəzalandırmaq azdır, həm də ondan niyə belə hərəkt etdiyini öyrənmək lazımdır? Millətin eyforiya vəziyyəti olur. Bu parad onu yaratdı, amma hansısa polis və PPX bu eyforiyanın qarşısını almaq üçün addım atıb. Balıq başdan iylənir deyəndə, mən nəzərdə tuturam ki, bəlkə belə əmr verilibmiş ki, qrupların qarşısını alın, bəlkə gözlərinə hər kiçik qrupda müxalifət görünür?!

  9. Məndə olan məlumata görə belə bir əmr verilməyib. Verilə də bilməz, çünki həmin vaxt onsuz da hamı qrup şəklində idi. Hətta yuxarıdan belə bir əmr də verilsə belə heç bir adam balası polis bu işi müqəddəs bayrağımızı cıraraq və ya insanların üzünə tüpürərək etməməlidir. Buna onun mənəviyyatı yol verməməlidir. Bunu edən qeyrətsizlər məhz həmin gün paradın izdihamını və möhtəşəmliyini kölgə altına almaq istəyən üzdəniraq qüvvələrə xidmətdən başqa bir şey etməyib. Əgər ölüm hökmü ləğv edilməmiş olsa idi, belələrinin cəzası yalnız dar ağacıdır.

    P.S. Bütün şərəfsizlər, qeyrətsizlərə VƏTƏN xainləri və düşmənlərinə AR olsun.

  10. nalab says:

    AR OLSUN. Təki bu bayraq və tüpürcək əməliyyatə polisin və PPXnin öz təşəbbüsü olsun. Kökü bəlli olmasa da

  11. Shamo says:

    Men hec de teeccublenmedim.Cun ki polisin yaratdigi bu hallarla biz demek olar ki her gun rastlasiriq.En boyuk cavab odur ki, bura Azerbaycandir.Amma bunun da cavabi hele tapan olmayib.

  12. geleceyin polisi says:

    Sexsen men o polisin yerine utaniram ki,gor men hansi seneti secmisem…Ama emin olun ki,haminin pisi yaxsisi var….Bucur eclaf polisler de cox gormusuk….!Ele bele adlarini it qoymuyublar…..Ancaq heqiqetende bu adin birgun mene deyileceyini hec cur qebul ede bilmirem..!Men vetenim ugrunda can vermeye hazir biriyem…Qurban olaram BAYRAGIMIZA…

  13. Huseyn Timberlake says:

    Rauf qaqaş sənin sözün olmasın çobanları polis qoyublar.O dediyin söhbətdə də ki, haram olsun ona Azərbaycanın bütün nemətləri.İnsan da öz müqəddəs bayrağını cırar.Tə süf ki,mən olmadım o paratda olsam o bayraq cırılan yerdə bir şüvənlik qaldırardım.Onun hərəkətinə bir sözlə BİQEYRƏTLİK deyirəm.

  14. Dejame says:

    :))) heee,Rauf,geldik 4atdiq sohbetin nece deyerler shirin yerine… idni gelin mende size bir az neql edim de… burda orxan fikretoglu demishken,4oxlu zaddar var… demek,bu il umumen emr verilib ki (yeni emr deyende,sozde emr nezerde tutulur), harda hansi qrup gorsez dagidin,tutun basin i4eri,eshek balasi kimi doyun,agillari bashina gelsin. burda ushaq,qoca,leyhine,eleyhine sohbetleri de yoxdu.ucdan tutma kim sesini 4ixararsa basin i4eri. sizin bayraqdan evvel polis vehshiliyinin qurbanlari az olmayib. qurbanlardan biri kimi :))) shexsen ozum bunu tesdiq ede bilerem. bir polis ki musteqillik gunu gul qoyan gencleri (her sheyi kenara qoysaq,gul gozellikdi deee,ele deyil? ) sebebsiz (!!!) tutub i4eri salib da 5 saat saxlayan polisden bayraga hormetmi gozleyirsiz? ya gence qiymet vermesini… yeni sozun esl menasinda baliq bashdan iylener… yeni emr olub… olmasaydi Chenin ad gununu qeyd eden gencleri tutub da :siz burda dovlet 4evrilishi hazirlayirsiz” demezdiler…. ve polis reisi de “i voobshe kimdi eee bu Che Guevara…biz onu axtarib tapariq” demezdi…ozum olum,sizin kimi insanlara ruslar “vot 4udaki” deyirler :))) yeni gulmeli sheyler danishirsiz eee… polis insanlari vurdu,ustune tupurdu…. a millet,bir polis ki,parkda sevgililerin qucaqlashdigi yerde oglani 4agirib,rushvet isteyir aaa,vermeyende bolmeye 4agirtdirib cibine neshe atmaqla hedeleyib,ondan azindan 200 manat qopardirsa yaaa… sizce o genclere hele hormet elemelidir? ondan sonra bu genc oglanin hemin parka getmeye de hevesi olur,sevmeye de,ele o bayragi da tutub qishqirmaga da… tebiidir… sonra bir bele zad da var da… eshitdiyime gore, bir 4ox polisleri ve xususen de bu cur PPXlari adeten reisleri siraya duzub her birine bir-bir yaxinlasharaq deyir: denen men ….yam,menim anam ….di,bacim ….di ve s. onlar da tekrar elemesin neynesin? bu da o insanlarda bashqalarina qarshi agressiya yaradir. ele ona gore de onlar ushaqlarin ustune tupururler. reisin hayfini 4ixmaq lazimdi ya yox?! meselen,men ANSde 4ox qisa muddetli stajer kimi getmishdim hardasa 2 il evvel… radioya… 5 gun 4ekdi…(derslerimle 4atdirmadim). amma o 5 gunde ele dehshetli sheyler eshitdim ki! meselen: Gencede hansisa polis bolmesinde oglana ishverenlik edib,cibine neshe atiblar. anasi gelib ki,ay reis qurbanin olum oglumu burax… reis de emr edib ki,sen de soyun,oglun da,cinsi elaqeye girin,baxim… bundan sonra buraxaram… deyesen polise nese ceza tedbiri zad veresiydiler,amma sonradan ish baglandi… siz de bayragi ciran polisin cezalanmasini isteyirsiz?! ciddi, gulmeli dyeilmi?😦 onlara he4 vaxt ceza vermezler… gozumle gormushdum ki,polis yolda avariyaya dushen ve qani axan adami mashinina goturmedi ki,qani bulashdirar mashini… axirda taksi shoferi goturub apardi xestexanaya… ne ise de… bizim polisden 4ox yazmaq olar… day bizim gizli ishgencleri demirem…. ona gore de,cenablar,haminiza hormetim var,amma gelin biz az real olaq ve heqiqetin uzune duz baxaq…. bizim polise ele ona gore pul verirler ki,sesimizi batirtsin… ona gore yox ki,bizi qorusun… indi siz de bunu basha dushduz ve bununla uzleshdiz…. heyatin aci meqamlarina xosh gelmisiz…..
    P.S. men polis bolmesinde olanda,ha dedim ki,bes gosterin cinayet mecellesinde harda yazilib ki,gul qoymaq ustunde adami tuturlar,polisler ele gulushlerini gucle saxlayib da her sheyi basha salariq deyirdiler… amma elece he4 ne basha salmadilar,bizi 5 saat saxladilar,barmaq izlerimizi goturduler,shekillerimizi 4ekdiler,dannilarimizi da gonderdiler yuxari…. ona gore de cenablar,ele her hansi emr gelirse,hamisi yuxaridan gelir…. indi buyurun siz de o yuxarilara tupure bilersiz… nece ki onlar size tupurubler!!!

  15. Dejame says:

    kstati,Rauf,menim adimi ve soyadimi bilirsen deee… yeqin ki,meni o virtualda nikla yazanlarin natamam siyahisina salmazsan….. :)))))

  16. Baş-leytenant says:

    Polise xidmete qebul zamani namizedlerin hamisini psixoloji testden kecirmek lazimdir.Sadece 10-15 suala cavab vermekle yox, ABS-da oldugu kimi xususi vasitelerle bunu etmek lazimdir. Ele adam ya Azerbaycanin dusmenidi ya da basdan xarab.Butun polisleri pislemek ucun en azi onlarin hamisini tanimaq lazimdir. Qarabag doyuslerinde en evvel polisler( o vaxtki milis)xalqimiz ucun sehid olublar.Polisin 67 milli qehremani var. Ola biler ki, polisler her hansi terror aktindan ehtiyatlanib ehalinin bir yere toplasmagina imkan vermeyibler.Amma polisin kiminse uzune tupurmeyine umumiyyetle inanmaq olmur.Neyinki bayragi cirmaq hetta geyim formasindaki xirda noqsanlar rehberlik terefinden ciddi cezalandirilir. Ona gore de bu veten ucun omrunun 20-30 ilini vermis,agir gunlerde,cevrilis cehdlerinde heyatini dusunmeden tehlukeye atmis.Heyder Eliyeve dayaq olmus insanlar haqqinda xalq dusmeni kimi danismaq en azi edaletsizlikdir. 2 iyul polis gununde kecirilecek parada(tebii ki, ordunun paradi kimi mohtesem olmasa da) baxmaga sizi devet edirem.

  17. Ramiza says:

    Bir sozle, BIABiRCILIQ

  18. Cavid says:

    O oğlanın yerinə mən olsaydım, o polisin paqonunu sökərdim. Mənim dayım o bayraq uğrunda canından keçib. Hansısa bir alçağın bunu etməsi məni təəssüfləndirir. Dayım bilsəydi ki, Azərbaycan bu cür məmurların əlində qalacaq, döyüşə getməzdi. Amma sınmaq lazım deyil. Qarşıdan bizim era gəlir. Elə məmurlara həyatı bir növ yenidən edəcəyik…

    Qeyd: Bu hadisələr qəti surətdə Prezidentə çatdırılmır. Çatdırılsa idi, heç kimin bayrağı təhqir etməyə cəsarəti çatmazdı. Odur ki, özümüz açıq hərəkat formalaşdırmalıyıq. Qoy səsimiz çəx yüksəklərə yüksəlsin ki, bizi eşitsinlər. Yoxsa polislər metrolarda bizim təhlükəsizliyimizi qorumaq əvəzinə qadınlara sataşacaqlar…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s