Virtualdakı anonimlər

Virtualdakı anonimlər

Bu postun təsirini hələ postu publish etməmişdən əvvəl qruplarda hiss etməyə başladım. Çünki, 2 gün bundan əvvəl TEZLİKLƏ yazılmış bu post 3 saat ərzində blogda nümayiş olunmuşdur…

Yahooqruplarımızda fəal olan hər bir kəs ömründə bircə dəfə də olsa bu halla rastlaşıb. Anonim müəlliflər tərəfindən yazılmış məktublar. Hansısa nikin arxasında gizlənib gizli qaldıqlarını fikirləşib nəsə etməyə çalışan “ağıllılar”. Yeraltı katalizatorlar.

İlk öncə “Millət dövlət” adından istifadə edən kimsə mənim Çe Qevara ilə bağlı postumu xoşagəlməz sözlərin müşayəti ilə bir neçə yahooqrupa göndərdi. Xüsusilə Ol qrupunda onun yazısına bir çoxları cavab verdilər: adamlar adam kimi, anonimlər də aşağıdakı kimi

Santak doctor:
Aftafatutan irelicilerin menasiz proyektidir, sayta bir baxin, sabun axir saytdan.

Doctor ravik:
…rauf ozu birinci olaraq irelini dagidib gelecek solcu veya liberal muxalifetci olacaq–cunki belelerinin simasi yoxdur

İlk öncə, blogumda ən kəskin yazılarım belə bütün qruplara özüm göndərirəm. Hansısa anonim birinin Çeylə bağlı birmənalı qarşılanmayan mövzunu qruplara göndərməsi və bunun nəticəsində digər anonimlərin ünvanıma bu cür sözlər söyləməsi açıq-aşkar kimlərinsə şəxsimə qarşı qərəzinin göstəricisidir. Əks fikirdə olan insanlar ya qrupa öz münasibətlərini bildirdilər ya da posta şərhlərini yazdılar. Anonimlər də şərh yazdılar, amma özlərini söydürməklə…

Doktor ravikSantak doctorun CHE-CLUB-la bağlı oyunu isə ümumiyyətlə gülməli idi. Bildiyiniz kimi bir müddət öncə bu qrup silinmişdi. Qrupu isə yalnız qrupun owneri silə bilər. Bu qrupa münasibətim qəti olaraq mənfi idi və bu xəbəri qrupda oxuduqdan sonra öz blogumda yerləşdirdim. Ardınca isə Doktor ravik, Santak doktor tərəfindən e-mailimə nalayiq gaha doğrusu özlərinə layiq sözlər, hədələr və “CHE-CLUB-u sən silmisən” kimi gülünc bir ittiham səsləndi. Əgər mən bunu etsəydim, boynuma alardım. Anonim niklərdən qorxmayacağam ki. Əksinə, mən bu yolla INTERNETdə hansısa qrupun bağlanmasını birmənalı olaraq pisləyirəm.

Ardınca isə səhnəyə “Həsənzadə Ülvi” çıxır. Yenə də İRƏLİ əleyhinə əsassız ittihamlar səsləndirilir. İRƏLİ mətbuat xidməti və hərəkat üzvləri tərəfindən məsələyə konkret münasibət bildirilsə də, bu mənasız söhbət davam etdirilir, istənilən yolla gündəmdə saxlanılıb, İRƏLİnin cəmiyyətdəki müsbət imiciniə zərbə vurmağa uğursuz cəhd edirlər.

Güman etmək olar ki, əvvəllər bu insanlar öz adalarından yazaraq aranı qarışdırmağa çalışıblar. İRƏLİ isə hər zaman məsələlərə konkret faktlarla aydınlıq gətirir və doğru olduğunu sübut edir. Bu insanlar isə bu yolla qara işlərini davam etdirə bilməyəcəklərini anlayıb taktinaı dəyişirlər. İndi onlar anonim niklərin arxasında gizlənirlər. İndi onların əsas vurduqları nöqtə İRƏLİ özü deyil, onun aktiv üzvləri və İRƏLİnin ayrı-ayrı tədbirləridir.

Bəs niyə belə edirlər? Bu anonim niklərin arxasında kimlər durur? Birinci sualın cavabı çox sadədir. Sən axşam INTERNET kluba gedib anonim nikinlə kimisə söyə, səhəri gün isə üzünə gülərək əlini sıxıb “necəsən?” deyə bilərsən. Sən etdiyini heç kəsin bilmədiyini bilirsən. Amma unudursan ki, bəzilərinin IT bilikləri 10 nəfər sənin kimi “ağıllının” toplam biliyindən çoxdur. Adətən 3 qrup insan bu hərəkətləri edir:

  • Əvvəllər bu işlərlə məşğul olub özlərini biabır etmiş insanlar.
  • Kimsə artıq özünü İRƏLİyə daş atacaq qədər böyümüş hesab edir və öz adından yazmağı özünə sığışdırmır.
  • Mail-kiddy-lər. Uşaqlar, işinizlə məşğul olun. Lazım deyil.

və sonda virtualdakı anonimlərin natamam siyahısı:

  • Millət dövlət
  • Doktorravik
  • Santak doctor
  • Ulvi Hesenzade
  • Ra tu
  • K.N.

 Bu virtual şəxsləri həyatda bir dəfə görən kimsə varsa, yazımda düzəliş etməyə hazıram.

 

This entry was posted in INTERNET, Society, Yazılarım and tagged , , , , , , , . Bookmark the permalink.

18 Responses to Virtualdakı anonimlər

  1. Hmmm. maraqlidir. bunlar bele etmekle ne qazanir?

  2. ~`ChaKeRx`~ says:

    Kolbasa-Çörək )

  3. RAUFRAY says:

    Kefsən e Chack )

  4. Salam, RaufRay. Men ozume wordpressde blog acmaq isteyirem. amma nese sign updan kecmir? niye? belke sen bilesen. buralari sen daha yaxshi taniyirsan.🙂

  5. Faucon says:

    bele baxanda gorunur Rauf bey bu yazini yazmaga cox vaxt serf etmisiz……bu anonimleri tanimasam bele onlarin bezi fikirleri hecde o geder agilasigilmaz deyil……..xususen IRELI-nin fealiyyeti baresinde……
    ugurlar!

  6. Name says:

    bilmirem.. amma menim de bugun aglima gelmisdi ki, bunlar axi niye hemese ferqli nicklerle yazirlar.. oz gruplarinda da nicklerle yazirlar.. sol grupda da olsun, che grupda da olsun..
    ele moderatorlarina mail atmaq isteyirdim ki, bu e-poct dushdu mailime..
    sadece axmaqlara bas qosmamaq lazimdir.. ozlerini inqilabci sayib, qarsi inqilabcilari gozlerini yummadan surgune, olume gonderebilcek bu insanciklara, turkler demisken, yaziklar olsun..

    bu arada irelini de desteklemediyimi soylemek isteyirem..

  7. Misnik Yuliya says:

    Hesenzade Uvini taniyiram, sosial aktiv bir gencdi,ugurlari da hech de balaca deyil.Kecen yay Ireli ailesi ile bir yerde Shamaxiya istirahete getdik!!!!
    Elicanab bir oglandir….
    Rauf,sene cox boyuk hormetim var,amma yahoogroupda yazilara biraz demokratik yanashmaq lazimdir…Biz axi Demokratik Respublikada (qurban olaram Azerbaycanima!) yashayiriq ele deyil mi?
    Birde, groupda Ulvi “Protiv” Ireli hechne demedi!

    Soz Azadligi olmalidir!Uvli sual verdi,Farxad cavab!vessalam:)Shishirdmeye ehtiyac yoxdu!:)

  8. RAUFRAY says:

    Yuliya, sən deyəsən yanlış anladın. Mən dediyim “Ülvi Həsənzadə” İRƏLİçi deyil.

  9. Araz says:

    Santaki men gormuşəm…bir dəfə yox bir neçə dəfə🙂 Rauf, dəyiş!🙂

  10. Santak says:

    Bu vaxta qeder size bir soz demisdimmi? Dememisdim. Niye? Cunki siz hec ne etmemisdiniz, beri basdan deyim ki, men solcu deyilem, Che Guevaranin fanati da deyilem. Amma sizin o hereketiniz Che Guevaraya qarsi laqeyd olani da qiciqlandirdi. Siz, ferq etmez, Che Guevara olsun ya kim olur olsun, onun seklinde qrafik redaktor vasitesi ise montaj isi aparib, Cheye heyvan qulaqlari yapisdiraraq onunla alay etdiniz ve bununla kifayetlenmeyerek, ustelik onun adini da laga qoydunuz. Indi dusunun ki, etdiyiniz hereket duzgun hereketdir, yoxsa yox. Adi laga qoymaginiz ele de boyuk intelllekt teleb etmir. Ne olsun ki? Muxtelif adlar var, ad var ki, onun hecasini defelerle tekrarlamaqla buna benzer netice elde etmek olar, duzgun olardirmi bu? Sizin hereketiniz Fevvareler meydaninda yerlesen McDonalds kafesinin qarsisnda cuce paltari geyinmis bir sexse “Sen cucesense, senin atan xoruzdur? Ha-ha-ha” deyerek alay eden formalasmamis bir yeniyetmenin hereketine benzedi.
    E-mailde de men Size cavab yazmisam, men Size hec bir soyuslu mektub yazmamisam. Hereket edende onceden bunun hansi reaksiya doguracagini da dusunun.

  11. guler_miryahya says:

    Rauf Rauf ne vaxt agillanassan sen…:) xoshun gelir de deyirem intriqa yaratmaqdan.Bir az asta ol.Revan get sakit ishle. Ne ishin var senin camaatla…

  12. laman says:

    hasanzade ulvi is not anonymous. it’s his real name.

  13. vatan_millet_sakarya says:

    Cenab Ray, neyi deyisecekdinizse deyisin artiq. Cunki kifayet qeder sahidler cixdi ortaliga.
    P.S. Yeri gelmisken sorusum, “ICERI”de IRELIleyis var, nece gedir isler?

  14. Dejame says:

    Kodeks 4esti,Rauf,kodeks 4esti…….

  15. nirvana says:

    santaki bir defe , raviki bir nece defe gormusem, ratunu ise demek olarki bu yaxina qeder her gun gorurdum

  16. Meqaleden erinden bosanmis arvadin yaniqli uslubu axib-tokulur. Meqalenin ikinci hissesini oz bos ferziyyelerinizle doldurmusunuz. Ozunuz de qeyd etdiyiniz kimi, guman edirsiniz. Gumaninizi ise heqiqet kimi sirimaqda olmaginiz sizin qerezli olmaginizdan xeber verir. Onlar size pis soz yazmayiblar ki, anonimlik etsinler. Santak da, Ravik de, Ulvi de heyatda olan real insanlardirlar. Santak ise demek olar ki, butun meshur forumlarda istirak edir, sizin Santaki tanimamaginiz cox qeribe oldu. Adi sozlerdir. Ona gore de oz sayrisan hallarinizla basqa cur mubarize aparmaginiz meslehet olunub.

  17. gilmour says:

    basim cixmirda bu yaltaqlar ne vaxt duzelecek.onun bunun orasina burasina girmekle ozune gencler herekati deyir utanmadan.men sadalanan adlari realda tanimram amma izlemisem ve sonsuz hormetim var ravike santaka ves.onlar savadlidilar lna esasli nese edirler.sizin kimi sabun bisirmiller.

  18. serxan says:

    kimse bilir santak ya da ravik in bloglarina nece girmey olar ? parol qoyublar , onu bilen var ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s