Sosial şəbəkələşmə haqqında

Şəbəkələşmə

Facebook, Hi5, MySpace, Odnoklassniki… Yəqin ki, bu adlar hamıza tanışdır və bir çoxlarımız bu saytların xidmətindən istifadə edirik və bununla da virtual şəbəkənin bir hissəsinə çevrilir, onun daşıyıcısı oluruq.

İngiliscədə “E-group” və “Social networking service” terminləri “Social network” anlayışlarından fərqlənsə də, mənim bu termini “sosial şəbəkə” adlandırmam yəqin ki, bizim sosioloqların xətrinə dəyməz. Çünki, dilimizdə şəbəkə çoc geniş mənaya malikdir. Əl-ələ tutan üç nəfər də, nəhəng sitemlərin məcmusu olan struktur da şəbəkə adlana bilər. Azərbaycan ədəbiyyatında axtarsam da “sosial şəbəkə” mövzusunda heç bir yazıya rast gələ bilmədim və başladım yazmağa🙂

İlk olaraq “virtual qrup”-dan (“e-group”) başlayaq. Bu oxşar maraqları olan və biri-biri ilə INTERNET-lə əlaqə saxlayan insanlar qrupudur. Misal üçün: Yahoogroup, çat, bloq, forum və s. istifadəçiləri.

Sosial şəbəkə isə özündə e-qrupları birləşdirən və cəmiyyətdə INTERNET istifadəçisi olan fərdlərin biri-birləri ilə ünsiyyət qurub, aralarında informasiya mübadiləsinin təmin olunduğu vahid bir virtual mühitdir. Yuxarıda adlar qeyd olunmuş saytlar isə sosial şəbəkə xidməti təklif edən saytlardır. Həmin saytlar öz istifadəçilərinə müxtəlif maraq dairələri üzrə qruplaşmaq (dinlədiyiniz musiqi, oxuduğunuz kitab və s.), ortaq ideyaları bölüşmək, müzakirə etmək, tanışlıq və ya sadəcə ünsiyyət üçün məkan təmin edirlər. Son 5 ildə sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

İndi isə gəlin bir az tarixə nəzər salsaq. İlk networking saytı olan Classmates.com 1995-ci ildə ABŞ-da yaradılıb. Classmatesin əsas məqsədi əvvəllər məktəb, kollec və ya universitetdə bir yerdə oxumuş insanları yenidən bir araya gətirmək idi (gördüyümüz kimi, sayt cəmiyyətdə oxşar xüsusiyyətli insanların toplaşdığı bir məkan rolun oynayır). Daha sonra 1999-da SixDegrees.com, 2002-ci ildə isə Friendster yaradıldı. Networking-də əsl partlayış isə 2003-də Hi5 və MySpace və 2004-də isə Facebook-un işə düşməsi oldu. Artıq istifadəçilərə yalnız tanış olmaq və yazışmaq imkanı deyil, müxtəlif add-on application-lardan istifadə edərək, şəbəkə içərisində kiçik şəbəkələr yaratmaq imkkanı verildi. İndi şəbəkə istifadəçilərinin ixtiyarında çat, blogging, məlumat, foto və video ötürülməsi, səsli çat, event list və digər xidmətlərdən də istifadə edə bilərdilər. 2005-ci ilin martında Yahoo! 360-ın meydana gəlməsi ilə artıq sosial şəbəkələr biznes gəliri gətirən layihələrə çevrildilər. Hal-hazırda MySpace-in 106 milyon, Facebook-un isə 80 milyon istifadəçisi və illik 100 milyon USD ( 2006 ) dövriyyəsi var.

Sosial şəbəkələr özləri də 2 cür olur: ISN və ESN ( müvafiq olaraq, internal social network və external social network ). Yaxarıda qeyd etdiyim bütün saytlara ESN-ə daxildir. Bu tip şəbəkələr istənilən şəxs üçün açıqdır. İstifadəçilər ESN daxilində öz kiçik qruplarını belə yarada bilərlər. ISN isə qapalı şəbəkə olur və ora üzvlərin qəblu nəzarətdə olur. Bir növ İRƏLİ yahoogroup-u kimi. İRƏLİ demişkən, son dövrlər Azərbaycanda da sosial şəbəkələrə maraq yaranıb. Bu çox müsbət haldır. İndiyə kimi mövcud olan sırf Azərbaycana aid sosial şəbəkəni qeyd etmək istərdim: Dream.Az və BarCamp Azerbaijan. İkinci pulsuz Ning üzərindən fəaliyyət göstərir və kifayət qədər də effektivdir.

This entry was posted in INTERNET, Society, Yazılarım and tagged , , , , , , , , , . Bookmark the permalink.

6 Responses to Sosial şəbəkələşmə haqqında

  1. naxchiboy says:

    Super bir ideya. Inaniram ki her kes destekleyecek.

  2. Ziya.Hacili says:

    Yaxsi fikirdi. Men de destekleyirem.

  3. Deyerli fikirlerine gore cox sagol.🙂

  4. MissBritney says:

    Men sexsen http://www.dream.az saytindan istifade edirem. Azerbaycanda ilk ve tek ana dilimizde olan sosial sebeke saytidir. Cox xosuma gelir.

    Istifade eden var dream.az-dan?

  5. RAUFRAY says:

    Qeydiyyatdan keçmişəm, amma istifadə etmirəm.

  6. MissBritney says:

    Raufray niyə? Nəsə xoşuva gəlmir yoxsa…?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s