Yazıq Çe

Çe Qevara

Ernesto Çe Qevara kimdir? Bəs bizdə onu nece qəbul edirlər? Çeyə bu qədər önəm verməyə dəyərmi? Son illərin ən gəlirli brendi indi də Azərbaycanda.

Çe – radikal qırmızı, qatı marksist və sonuncu inqilabçı-romantik

Ernesto Çe Qevara 14 iyun 1928-ci ildə Rosario, Argentinada dünyaya gəlib. Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra, 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzir. Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur. Onun təsiri nəticəsində Ernesto da marksizmə yoluxur. 1954-cü ildə ailəsi ilə birgə Meksikaya köçüb həkim işləyir. Bir il sonra artıq radikal marksist olan Qevara, Fidel Kastro ilə tanış olub, onun inqilabçı “M-26-7” dəstəsinə qoşulur və bu zaman özünün məşhur olacaq “Çe” ( ispancadan tərcümədə “hey!” ) ləqəbini alır.

1956-da “Qranma”-da Kubaya ayaq basan 82 inqilabçıdan biri olur. 2 il hərbi əməliyatlarda iştirak edir, 2 dəfə yaralanır. 1959-da Çenin dəstəsi Havanaya daxil olur və müharibə qurtarır. Bu vaxt artıq o bütün dünyada məşhur idi. Bir müddət La Cabana həbsxanasının müdiri vəzifəsində çalışır. Onun əmri ilə minlərlə əksinqilabçı güllələnir. Onların bir çoxunun güllələnməsində məhz Çe özü iştirak edir. Ardında bir çox ölkələrə rəsmi səfərlərə yol düşür. Yenə həmin ildə Kuba Milli Bankının prezidenti vəzifəsinə təyin olunur. SSRİ və digər sosialist ölkələrinə səfərlər edir. 1961-ci ildə sənaye naziri təyin olunur. 1965-də Afrika ölkələrinə səfəri zamanı SSRİ-in ünvanına kəskin ittihamlar səsləndirdikdən sonra Fidel Kastro ilə münasibətləri tamamilə pozulur. Kubaya qayıtdıqdan sonra ailəsi, dostları və F. Kastroya son məktub ünvanlayır. Məktubda bütün vəzifələri və Kuba vətəndaşlığından imtina etdiyini bildirir.

1966-ci ildə bir qrup inqilabçı ilə Konqoda Patris Lumumba tərəfdarlarının hazırlanması ilə məşğul olur. Lakin, bu plan uğursuzluqla nəticlərnir – üsyançılar məğlub olurlar. Həmin ilin noyabrında Boliviyaya gələrək Boliviya Milli Azadlıq Ordusunda vuruşur. Uğursuzluqlar bir-birini əvəzləyir və 1967-ci ilin oktyabrında La İqlera kəndi yaxınlığında ağır yaralanmış Çe əsir düşür. Oktyabrın 9-u əfsanəvi inqilabçı güllələnir. Əlləri kəsilərək Vaşinqtona göndərilir. Cəsəsdi isə adsız məzarlıqda dəfn edilir. 1997-ci ildə isə cəsəd Boliviyada Kubada Santa-Klara şəhərinə köçürülür və Çeyə 4 metr hündürleyendə abidə qoyulur.

Gördüyümüz kimi Çe ruhən marksizmə və bütün dunyada qurulucaq kommunizm quruluşuna inanırdı. İnanmaqla qalmayıb bu yolda dünyada bəlkə də ən avanturist addımları atmışdır. Baymayaraq ki, Çeni humanist adlandırmaq olmaz ( minlərlə adamı bütün qanunlara tüpürərək güllələtmişdi ) o ən azından  ideallarına ömrünün sonuna qədər sadiq qaldığına görə o hörmətə layiq idi. Amma…

Alberto Kordanın 1960-cı ildə çəkdiyi şəkil bütün sonrakı dövrlər üçün Çe brendinin formalaşdıran əsas vasitə oldu. 1968-ci ildə Parisdə üsyan qaldırmış tələbələr universitetin binasından həmin şəkli asdılar ardınca isə musiqi dünyası Çenin şəkillərinə müraciət etməyə başladı və bu “Çe bumu”-nun başlanğıcı idi. Müasir dövrdə Azərbaycanda da Çenin kim olduğunu bilmədən onun rəsmi olan maykaları əyinlərindən çıxarmayan insanlar var. Avatarlarda Çe, çaşkalarda Çe, ryukzaklarda Çe, breloklarda Çe… Argentinada keçirilən sosioloji sorğunun nəticələrinə görə respondentlərin 44 %-i Çenin onların həmvətəni olduğunu bilmir vəyalnız 36 %-ə onun inqilabçı olduğu məlumdur. Çe isə hər yerdədir. Ona görə yox ki, onu tanıyırlar və sevirlər. Ona görə ki bu dəbdir. Sadəcə dəb. Fələstin terrorçusu da, hard roka qulaq asan da, gecə-gündüz Fəvvarələr meydanında fontanın kənarında oturub gəlib-gedənlərə baxan da üzərində Çe brendidi daşıyır. Fərqinə varmadan, mahiyyətin anlamadan və bir çoxları da Çenin adından öz məqsədləri üçün istifadə edirlər. Çünki, bu dəbdir. Bu yolla daha tez təsir etmək olur. Amma, son vaxtlar dəb də tez-tez dəyişilir…

Yazıq Çe… Bu günlərə düşəcəyini bilsəydi…

Çeni sevmək üçün, qırmız olmalısan – o da ən çox bunu sevirdi.

RAUFRAY
19/06/2008

Materiallardan istifadə zamanı istinad vacibdir.

This entry was posted in Azerbaijan, Society, Yazılarım and tagged , , , , , , , , , . Bookmark the permalink.

21 Responses to Yazıq Çe

  1. ~`ChaKeRx`~ says:

    Ray – Bu ideyaya görə sənin Alnından Öpürəm ))) İdeya Superdi! Digər bir ideya sənə də ləzzət edəcək )

    http://www.vebzin.com/

    P.S. Chenin fanatiklərinin xətrinə dəyməsin! \ / <— Peace!

  2. Vugar says:

    Eger Rauf iddia etse, bu ideya onundur, chox gulmeli seslenecek🙂

  3. RAUFRAY says:

    Səni güldürməli olacağam Vüqar.
    Çe-buraşkanın şəklini çıxmaqla müəllif hüquqları qorunur ))

  4. Wild Angel says:

    Rauf Ray! Bravo! Chechilere bundan gozel hediyye ola bilmezdi! Men sizin daxili ve xarici siyasetinizi destekleyirem. Bilirsuz, Azerbaycan sizinle fexr edir. Neynirsuz Che ideyalarini?! Axmaq adamlarin ishidir mubarizeden, inqilabdan, inkishafdan danishamq. En yaxshisi gedin kiminse ora-burasina girin, olun *irelichi!

    sevgilerle,

  5. Faucon says:

    cox kreativ ideyadir……..mence yaxshi enene ola biler.Gorun belke bizim siyasetcilerede legeb tapa bilersiz?mence butun Azeri xalqina maraglo olardi……

  6. Vugar says:

    Rauf, ne deyim vallah?🙂
    2 il evvel sheherde bu shekille ve bu yazi ile olan maykada gezirdim. Dostlar Rusiyadan getirmishdiler. Duzdur font sechimi ferqli idi:)
    Men hele ustunde “Meymun” shekli olan, altdan ise “viva la evalution” yazisi olan maykani demirem. Onu da kechen il dostum geyinirdi.
    Demek istediyim odur ki, Che-ni laga qoymaq da bir debdir. Ozu de yeni bir deb deyil🙂

  7. FREDI says:

    HI RAUF SENIN BU SIYASETIVU DESTEKLEYIREM.RAZIYAMKI ADI KENDDEN GELENDCE CHE-NIN SHEKILI OLAN PALTARIN GEYNIR.BUNUN MAHIYYETINE VARMASADA.NE ISE.BELE SHEYLER CHOX OLUR.FIKIR VERSEK BASHIMIZ AGRIYAR.AMA NE QEDER OLSA EN AZINDAN ONUN HAQDA BIR AZ MELUMATLARI OLSA LAP ELA OLAR.

  8. FREDI says:

    050 305 28 55

  9. FREDI says:

    Birdeki bele sheylere fikir vererek bow yere vaxt itirmiw olariq.Ne qeder olsa ……………Ne ise sene ugurlar

  10. dur says:

    Felestinlileri terrorcu adlandirmisan, cunki onlari terrorcu adlandirmaq debdedi. Amma Israili terrrorcu adini da cekmirsen, cunki o debde deyil. Yaziya gore sag ol.

  11. ~`ChaKeRx`~ says:

    Amma öz aramızdı Che Burashkadan daha çox Mikki Mausa oxşayır ))

  12. RAUFRAY says:

    Mikkinin qulaqlari yuxarı olur, Çeburaşkada isə yanlara )

  13. Chox Maraqlidi RAUF.ama DEB sohbetine gore sene HALALdi;)

  14. turalfot says:

    CHE-cilerin oz saytlari var ve bu metrolarda reklam olunur. Maraqli deyek,maraqli olsuh))))))

  15. Orhan_AzTurk says:

    He Che’ciler- Eslinde Men Azad Fikrin ve Mubarizenin terefdariyam… – RAUF maraqli idi =)

    Her halda Ataturkden bir sitat : EY BUYUK TURK – Onu Bil ki, komunizm TURKUN DUSMANIDIR !

    Her seyh melumdur =) – Che yerine ozlerine Mehemmed Emin Resulzade , Ehmed agayev , Xan Xoyski ve s. Kimilerini ideal secseler yaxshi olar. Her halda Ideal Ozlerini gorseler daha yaxshi olar.
    Her kesin Oz azad fikri var ve buna her kes hormetle yanashmalidir ( eger fikir serheddi cekmiyibse)

    HER KESE UGURLAR =) – Her halda Men bunu demiwem ve bundan sonra da deyecem – Azerbaycan hal hazirda Eyniyle Turkiyenin yolunu gedir – Genc gelishimi olaraq- Lakin Bizde bir az yavash gedir bu. Fergli fikir – Daha maraqlidir. Muzakire etmeye neyise olur =) – Yoxsa ROBOT KImi – Eyni Fikri tekrarlamaq ) maraqli deil e e nese )

  16. feminist says:

    it de pishik de solcu olub azerbaycanda. ele bilirler milli mentaliteti beyenmemek solculuiqdur🙂

  17. kolelesdirilmishlerdensinizmi? says:

    oho ireli ha .yasasin sabunlar.tupurum hjer seye .sen nebilirsen etiraz nedi sen garnini qabaga ver pul qazan.chenin adin tutma

  18. Commandante says:

    gozel geleceyi olan gelecek ucun yaxwi ne ise ede bilen uwaqlarin, temiz yawayacagi 1dovlet isteyirem

  19. Commandante says:

    Rauf sene minnetdarligimi bildirirem ki Che ucun de menim ve menim kimileri ucun de ne ise etmeye caliwirsan cox sag ol

  20. ERNESTO says:

    bu nedi gij gij agliniza geleni edirsiniz..sizin hec biriniz CHEnin ayaqlarinin tozu da ola bilmersiniz….siz eslinde hecnesiniz….

  21. ESE says:

    eh bunlar Che-ni elə bu yazıdan tanıyırlar… Sizə bir şey deyim ki che Marksizmə qarşı olduğu üçün Kubadan gedib, siz isə hələ də ona marksist deyirsiz… Lağa qoyursuzsa baxı kimi qoyursuz…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s