E-şəbəkələrimiz / Astudents çökür?

İndiyə kimi Azərbaycanın ən böyük virtual şəbəkəsi sayılan Astudents öz mövqeyin artıq itirmək üzrədir. Bu nəticəyə apardığımız kiçik bir araşdırma nəticəsində gəlmişik. Təhlilə görə, son bir ayda Könüllülər qrupu həm say, həm də keyfiyyət baxımından Astudents-i qabaqlayır. İyun ayında qrupa göndərilən məktubların sayında azacıq da olsa Könüllülər irəlidədir – 209:196.

OL qrupu isə üzvlərinin sayına düşən maillərə görə birincidir. Cəmi 380 üzvə olan bu qrupa 2008-ci il ərzində ümumilikdə 1481 məktub göndərilib. Bu orta hesabla aya 246 mail edir. Nəzərə alın ki, OL qrupunda üzvlərin sayı digər 2 qrupa nisbətən 6-7 dəfə azdır.

Fikrimizcə yaxın gələcəkdə Astudentsin öz mövqeyini itirməsi daha da güclənəcək və Könüllülər yahoogroupu Azərbaycanda ən geniş əhatəli və keyfiyyətli e-şəbəkə olacaqdır.

Astudentsin ən mənfi cəhətləri istifadəçilərinə qarşı ikili standartların tətbiqi, mobilliyin çatışmaması, qeyri-peşəkar idarəetmə və yenilikşiliyin olmamasıdır. Yaxın günlərdə Könüllülər qrupu ilə bağlı geniş təhlili nəzərinizə çatdıracağıq.

Digər sevindirici məqam isə 2008-ci ildə Azərbaycanda ixtisaslaşmış və regionları əhatə edən e-şəbəkələrinin saylarının 20 % artmasıdır. Bu qrupların əsas xarakterik xüsusiyyətləri kiçik olmaları və mövsümi fəaliyyət göstərmələridir.

Mənfilərə gəlincə, şəbəkə mədəniyyətinin olmaması, qrupların qeyri-peşəkar moderlər tərəfindən idarə olunması və qrup qaydalarının ən çox qrup admin və moderləri tərəfindən pozulması ən mənfi hallardır.

Məlumatlardan istifadə edərkən istinad vacibdir.

This entry was posted in Azerbaijan, INTERNET, Society, Yazılarım and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s