TQDK və maqistraturaya imtahanlar barədə

TQDK - maqistratura imtahanları

Artıq bu ildən magistraturya imtahan vermək isətəyən şəxslər də ərizələrini INTERNET vasitəsilə doldurmalıdırlar. Alqışlanmalı addımdır. Amma, bu qeydiyyatın ən asan tərəfidir. Bundan öncə isə universitetdə sənələrini qaydaya salmaq, ödəmə kartı alıb, e-qeydiyyatdan keçmək sonra bu ərizəni Sənəd Qəbulu Komissiyasında təsdiqlətmək, ayın 14-dən sonra isə imtahana buraxılış vərəqəsi almaq lazımdır. SQK-da saatlarla növbədə dayanıb sənədini təsdiqləmək isə işin ən yorucu tərəfidir. Xüsusuilə, işləri yekunlaşdırıb SQK-dan çıxanda eşitdiyin “Zəhmət olmasa, ayın 14-ü gəlib imtahana buraxılış vərəqənizi götürün” sözləri bir daha növbədə dayanmalı olacağın anlamına gəlir.

Problemlər isə bitmir. İlk öncə TQDK-ın saytının normal işləməməsin qeyd etmək istərdim. Tələbələr bəzən elektron qeydiyyatdan keçmək üçün gecə saat 3-ə qədər INTERNET qarşısında TQDK-ın saytının Refresh etməklə məşgul olurlar. Bir neçə gün öncə isə problemi aradan qaldırmaq üçün saytın ərizə qəbulundan başqa bütün digər xidmətləri müvəqqəti bağlansa da, dünən SQK-da serverlərin ( və ya serverin :) ) həddən artıq yüklənməsi səbəbindən 1 saata yaxın bütün təsdiqləmə işləri dayanmışdı.

Şəxsiyyət vəsiqənizin PİN kodu barədə. Qeydiyyatdan keçən zaman sağdan birinci rəqəmi yazmamaq şərtilə ondan sonra gələn 7 rəqəm və hərfləri daxil etməlisiniz. Əgər hesabınıza daxil ola bilmirsinizsə, narahat olmayın burada 2 variant ola bilər:

Birincisi, sever çox yükləndiyindən sorğuya cavab vermir. Belə olan halda bir neçə dəfə təkrarən hesaba daxil olmağa çalışın. Bunun üçün ən uğurlu vaxt gecə saat 02:00-08:00 arasıdır.

İkinci variant isə ən arzuolunmazdır. Ola bilsin ki, sizin məlumatlarınız ümümiyyətlə bazaya daxil edilməyib. Belə olan təqdirdə ən qısa zamanda TQDK-a gedərək ərizə yazıb, məlumatları bərpa etdirmək mümkündür.

TQDK-a gedərkən nəzərə alın ki, bu aralar orada da uzun növbələr olur.

Maqistraturaya imahanlar iyun ayının 22-si keçiriləcək. 

Sonda isə imtahana hazırlaşan hər kəsə uğurlar diləyirəm.

This entry was posted in Azerbaijan, Society, Yazılarım, Youth and tagged , , , , , , , , , , , , . Bookmark the permalink.

49 Responses to TQDK və maqistraturaya imtahanlar barədə

  1. ~`ChaKeRx`~ says:

    Dəhşət … Deyirəm Oxumağı qadağan etsələr daha Yaxşı olardı )

  2. RAUFRAY says:

    Razı deyiləm, Chack. TQDK Azərbaycanda ən təmiz işləyən qurumdur və mən istəyirəm ki, yuxarıda sadaladığım problemlər gələn il təkrar baş verməsin. Onlar nəsə yaxşı bir şey etmək istəyirlər. Bəli, əsas budur – istəyirlər. Amma yenə də nəsə çatışmır. Xüsusilə server məsələsini profilərlə məsləhətləşmək olardı. SQK-dakı problemdə Unive-lərin də günahı az deyil. Belə xırda problemlər üst-üstə yığılaraq böyük problemlər yaradırlar.
    Ümid edirem ki, yaxın vaxtlarda hər şey qaydasına düşəcək.

  3. Rauf muallim, buraxilis varaqalari yalniz ayin 14 u verilacak?
    Bu barada malumatiniz yoxdur?

  4. Sniper says:

    Allah sebr versin bize

  5. Fidan says:

    “TQDK Azərbaycanda ən təmiz işləyən qurumdur”

    :)))) gulmekden bashga hecne gelmir icimden.. ne vaxtdan beledir, meulmatiniz var mi, RaufRay??🙂
    isteyirler, duzdur, ama ki, isteseler, bundan da yaxshi olar.. olmur, chunki ishleyen yoxdur 🙂
    guya modernleshmek isteyirler, sign up via internet falan, ama yene de buna ragmen, uzun novbeler, gunun altinda curumeler var.. Azerbaijan tebii ki yene de “onde”!!! :))
    umid yaxshi sheydir elbette ki, umidle yashayag, gorek tgdk bashimiza (daha dogrusu, Azerbaijan`da master’s oxumaga isteyenlere) ne gelir :))

    temiz ishleyen guruma hormetle,
    Fidan

  6. RAUFRAY says:

    Çox maraqlı yanaşma tərziniz var, Fidan xanım. Siz hadisələrə belə pessimist ruhda yanaşdığınız halda, masters-ə niyə imtahan verirsiniz? Onsuz da heç nə dəyişməyəcək )

  7. faust91 says:

    edu.gov.az da da exam.edu.gov.az bir nece gundur ki islemir, islememeyi normaldi eslinde, 30 000 adam eyni adna sayta giri ve bu zaman server time out olur.. inanmiram ki azerbaycanda olan serverler de bu problem eksik olsun, xarici serverlerde oysalar da onda melumatin tehlukesizliyi tehluke altinda olar.. amma yene de elerinden geleni edirler..

  8. Vusal says:

    Mence sadalanan problemler hechbiri olmaya bilerdi.Chunki,TQDK-nin butun bu problemleri aradan qaldirmaq uchun kifayet qeder maddi imkani var.Sadece olaraq bu ishe guclu IT mutexessisler cezb olunmalidir…

  9. Fidan says:

    men pessimist deyilem, realligi eks ettiren comment yazdim sadece🙂
    hem de Azerbaijan`da imtahan vermirem shukur Allaha🙂

    deyishikliye umidle,
    Fidan

  10. ~`ChaKeRx`~ says:

    Təsəvvür elə – Yeməkxanada Aşbazların bişirdikləri bir şey varsa o da ki, Qayqanağdı – həmişə də yandırırlar … Sən də yeyib deyirsən ki, – “Düzdü bir az yanıb – amma yaxşıdı – bir 1000 nəfər üçün bişirəndən sonra ola bilsin ki, az yandırsınlar”. Ay kişi az başımıza oyun açıblar? Uşaqlar – Məktəblilər – az qala 10 fəndən imtahan verirlər … Bu nə qədər realdı?

    Elə Bu barədə də mənim xüsusi Frazam var:

    Uşaqlara Çətinlik yaratmaq lazım deyil!
    Uşaqlara Şərait yaratmaq lazımdır!

  11. TOQRUL_YASAMALLI says:

    RAUF sag elin basima insallah men de bele movzulari muzakire ederem

  12. Huseyn Timberlake says:

    Rauf bilirsən ki ,həmin gün mənim ad günümdü bütün imtahan verənlərə uğurlar

  13. ruslan says:

    Evvela hamiya salamlar haminiza ugurlar mende hazirlasmaga calisiram.Insallah yaxsi olar,

  14. TUKAN says:

    SALAM.ME 2CI KURS TELEBESIYEM.XAISH EDIREM MAGESTURTURA IMTAHAN SUALLARINI TAPMAQDA MENE KMEK EDESINIZ.EVVELKI ILLERIN SUALLARINI TAPMAQDA MENE KOMEK EDESINIZ.HELELIK SAGOLUN

  15. QABIL says:

    Salam , men maqisturaturaya hazirlasmaq istiyirem, azerbaycanda yox , xarici olkede tehsil alam istiyirem [maqistraturani oxumaq istiyirem] amma bilmirem ki, hardan melumat toplayim xais edirem mene komek edin.ne niyyetnen komek eleyirsisse allah qebul etsin.

  16. rustem_oguz says:

    privet magistrlar.gozleyin bu oglan da gelir

  17. YILMAZ_99 says:

    TEZ GELSIN MENIM BLOKUM

  18. zara says:

    Salam mene kecen ilki yox bu il fevral ayinda kecirilen magistra aid kitab lazimdi yeni 2008 yox 2009 nece elde ede bilerem

  19. Natq says:

    Salam her kese xaish edirem Magistr barede genish melumat.Hele qabaqda mentiqden ve s. den imtahan olacaqi gozlenilir deyirler aprelin 20 si olacaq…..Men memarliqda oxuyuram (AZMIU) ne edim ve suallar olarsa e”la olar…..haazirliqa getmeye deyer?

  20. Natiq says:

    Dil sechimi baresinde de bir shey yazin.qabaqcadan saq olun>

  21. elmira says:

    salam

  22. elmira says:

    maqistr jurnali cixib ordan melumat ala bilersiniz bir de mende informatikadan hazirlasmaq ucun suallar var movzular yox suallar isteyirsizse gondere bilerem

  23. gulnar says:

    Turkiyede magistratura oxumaq ucun imtahanlar ve basqa seyler ne zaman baslanir?Ayin necesinden baslanir?ne zamana qeder vaxti var?Hansi ay baslanir?

  24. ilaxa says:

    xahis edirem suallari gonderesiz

  25. Kamilla says:

    Salam mumkunse imtahanla bagli ne xeber varsa mene de catdirin,zehmet olmasa

  26. Kamilla says:

    Elmira xanim mumkunse mene gonderin o suallardan

  27. Aslanova says:

    Hamınıza salamlar! Uşaqlar mən magistraturaya hazırlaşıram,mənə məntiq və informatikadan suallar lazımdı(hazırlığa gedənlərdə çox güman ki,ola bilər).Bir də tarix və politalogiya ixtisasları üzrə xaricdə magistratura təhsili,qəbul şərtləri,universitetlər v.sbarədə məlumatı olan var? Hər ki məsələ barəsində yardım və məlumatınızı gözləyirəm.Əvvəlcədən hamınıza thans……

  28. Kamilla says:

    Artiq sened qebulu bawladi,her kese ugurlar!!!

  29. Chingiz says:

    Deyin gorek kimse TQDK-nin resmi telefonlarina zeng ede bilib? Men uch heftedir ki bir telefon acha bilmirem… Biabirchiliq… Budur bizim irelide geden teshkilat?

  30. elmira says:

    kamilla xanim hara gonderim unvani yazardinda

  31. elmira says:

    1. Bunlardan hansı kompüterin əsas hissəsidir:
    2. Bunlardan hansı yaddaş qurğusudur:
    3. Bunlardan hansı daha böyükdür?
    4. Bu yaddaş qurğularından hansının həcmi daha böyükdür?
    5. Klaviaturanın hansı düyməsi kursordan sağda olan simvolların silinməsi üçün istifadə olunur?
    6. Abzasın birinci sətrinin əvvəlində boşluq qoyulması üçün hansı düymədən istifadə edilir?
    7. CD-ROM qurğusu ilə nə etmək olar? Pentium IV, 2.8 Ghz dedikdə nə nəzərdə tutulur?
    8. Kursordan soldakı simvolların silinməsi üçün hansı düymə istifadə olunur?
    9. Klaviaturanın hansı düyməsi funksional düymədir?
    10. Skaner qurğusu nə üçündür
    11. Windows XP nədir?
    12. Bir qovluqda neçə fayl yerləşdirmək olar?
    13. Bir qovluqda neçə qovluq yerləşdirmək olar?
    14. Kompüterin sərt diski ənənəvi olaraq hansı simvolla işarə olunur?
    15. Kompüteri düzgün söndürmək üçün nə etmək lazımdır?
    16. Faylların və kataloqların axtarışını aparmaq üçün hansı əmrdən istifadə olunur? (Windows)
    17. Yeni kataloq yaratmaq üçün menyunun hansı elementindən istifadə olunur? (Windows)
    18. İki faylı eyni adla kompüterin yaddaşında saxlamaq olar?
    19. “C:\Proba\photo.jpg” yazılışında nələr göstərilir? Diski formatlaşdırmanın nəticəsində:
    20. Faylı istənilən kompüterdə istifadə etmək üçün necə adlandırmaq məsləhətdir?
    21. Faylın adında hansı simvollardan istifadə etmək olmaz?
    22. Faylın mübadilə buferi vasitəsilə yerdəyişməsi üçün kontext menyusunun hansı elementindən istifadə olunur? (Windows)

    23. Göstərilən element hansı məqsədlə istifadə olua bilər? (Windows)

    24. Kontext menyusunun bir sıra əmrləri boz şriftlə görsənir. Bu nəyi bildirir? (Windows)

    25. Pəncərəni bütün ekran boyunca açmaq üçün hansı düymədən istifadə olunur?. (Windows)

    26. Kataloq pəncərəsində faylların hansı görünmə rejimi əks olunmuşdur? (Windows)

    27. Kataloq pəncərəsində faylların görünmə rejimini dəyişmək üçün istifadə olunan əmrlər hansı menyuda yerləşir? (Windows)
    28. Göstərilən obyektlərin hansı Microsoft Word sənədidir? (Windows)

    29. Kontext menyusunun göstərilən əmri hansı işi görür? (Windows)

    30. Bir neçə gün əvvəl Windows XP-nin sorğu sistemindən istifadə edilmişdir. Bu gün yenidən sorğu sisteminə müraciət olunur. Əvvəl tapılan məlumatları tez tapmaq üçün hansı düyməni basmaq lazımdır? (Windows)

    31. Diski formatlaşdırmanın əsas mahiyyəti nədir?
    32. Faylda edilmiş düzəlişləri saxlamaq üçün nə etmək lazımdır?
    33. Şəkildə görünən pəncərə İş Masasının(Desktop) mərkəzində yerləşir, onu bağlamaq və yerini dəyişmək olmur. Səbəbi izah edin? (Windows)

    34. Yarlık üzərinə iki dəfə basdıqda şəkildəki pəncərə hansı səbəbdən çıxır? (Windows)

    35. Bəzi fayllar nə üçün solğun işarələrə malikdir? (Windows)

    36. Yuxu rejiminə keçidi aktivləşdirmək üçün Start >Shutdown əmrini yerinə yetirdikdən sonra hansı düyməni basmaq lazımdır? (Windows)

    37. Siz öz yoldaşınızla şəhərin müxtəlif yerlərində yaşayırsınız və ona təcili bir neçə fayl ötürmək istəyirsiniz. Sizin internetə çıxışınız yoxdur. Windows XP-nin hansı standart proqramından istifadə edərək problemi həll edə bilərsiniz? (Windows)
    38. Word proqramında yeni mətn yaratmaq və yadda saxlamaq üçün menyunun hansı bəndindən istifadə olunur? Word proqramında abzasın sonunu bildirmək üçün hansı düymədən istifadə olunur?
    39. Mətnin bir hissəsini digər bir yerdə də təkrarlamaq üçün hansı əmrdən istifadə edilir? Word proqramında mətni başqa adla yadda saxlamaq üçün hansı əmrdən istifadə olunur?
    40. Word proqramında ayrıca səhifənin çapı ilə bağlı hansı fikir düzgün deyil?
    41. Word proqramında səhifənin parametrlərini nə vaxt dəyişmək olar?
    42. Ekranda eyni zamanda 2 və daha çox Word sənədləri görmək olarmı?
    43. Word proqramında cədvəlin yanaşı xanalarını nə cür birləşdirmək mümkündür?
    44. Word proqramında ingilis dilindəki mətndə orfoqrafik səhvlərin yoxlanılması üçün ilkin olaraq nə etmək lazımdır:

    45. Mətndə sözün altında qırmızı dalğalı xətt çəkilmişdirsə:
    46. Word proqramında faylı öz adı ilə yadda saxlamaq üçün menyunun hansı bəndindən istifadə edilməlidir: Word proqramında mətni istənilən qaydada səhifələrə bölmək mümkündürmü?
    47. Word proqramında mübadilə buferindəki (clipboard/буфер обмена) mətni neçə dəfə istifadə etmək olar? Word proqramında faylların əsas ad genişlənməsi (name extension/расширение имени) hansıdır? Word proqramından istifadə edərək sadə veb-səhifə yaratmaq olarmı?
    48. Word proqramında yazılmış mətnin bütün şriftlərinin ölçüsünün eyni zamanda dəyişdirmək üçün nə etmək lazımdır?
    49. Word proqramında Ctrl+A düymələri basıldıqda nə baş verir? Word proqramında mətni bütünlüklə seçmək üçün hansı üsul yarayır? Çap olunmayan simvolları gizlətmək üçün hansı düyməni basmaq lazımdır? (MS Word)
    50. Bir abzası iki abzasa parçalamaq üçün hansı düymədən istifadə olunur? (MS Word)
    51. Səhifənin sol sahəsinin ölçüsü nə qədərdir? (MS Word)

    52. Sənəd hansı rejimdə göstərilir? (MS Word)
    53. Sənədi yadda saxlamaq üçün hansı düymədən istifadə etmək lazımdır? (MS Word)

    54. Mətndəki bir sözü nə cür seçmək olar? (MS Word)
    55. Sənəd yalnız oxumaq üçün açılıbsa onunla bağlı hansı işi görmək olmaz? (MS Word)
    1) Düzəliş etmək
    2) Çapa vermək
    3) Sənədi həmin faylda yadda saxlamaq
    4) Sənədi elektron poçtla göndərmək
    56. Sənədi bir neçə nüsxədə çap etmək hansı əmri yerinə yetirərkən mümkündür? (MS Word)
    1) File/Page Setup
    2) Tools/Customize
    3) File/Print
    4) Tools/Options
    57. Sənədin bir hissəsini çapa vermək hansı əmri yerinə yetirərkən mümkündür? (MS Word)
    58. HOME düyməsini basdıqda kursor yerini hara dəyişəcək? (MS Word)
    59. Kursordan sağda yerləşən simvolu pozmaq üçün klaviaturanın hansı düyməsini basmaq lazımdır? (MS Word)
    60. Kursordan solda yerləşən simvolu pozmaq üçün klaviaturanın hansı düyməsini basmaq lazımdır? (MS Word)
    61. Sənədə hiperkeçid(hyperlink) yerləşdirmək üçün nə etmək lazımdır? (MS Word)
    62. Orfoqrafik səhvlər hansı xətlə qeyd olunur? (MS Word)
    63. Cədvəli avtomatik formatlaşdırmaq üçün hansı menyudan istifadə olunur? (MS Word)
    64. Şəkili işləmək üçün hansı alətlər panelindən istifadə etmək lazımdır? (MS Word)
    65. Şəkilin hündürlüyünü dəyişmədən enini dəyişmək olarmı? (MS Word)
    66. Qrafik fayldan şəkli necə götürmək olar? (MS Word)
    67. Şriftin ən kiçik ölçüsü nə qədərdir? (MS Word)
    68. Bunlardan hansı mətn redaktorudur?
    69. Word proqramında mətni adi mətn formatında (txt) yadda saxlamaq üçün nə etmək lazımdır?
    70. Faylda düzəlişlər edilmişdirsə, ilkin fayla toxunmadan bu düzəlişləri də yadda saxlamaq üçün nə etmək lazımdır?
    71. Word proqramında CTRL+Enter düymələri basıldıqda nə baş verir?
    72. Word proqramında mətnin şriftini nə vaxt dəyişmək olar?
    73. Word proqramında 17 səhifədən ibarət olan sənədin 5, 12, 13, 14 və 16 səhifələrini bir dəfəyə çap etmək üçün nə etmək lazımdır?
    74. Əgər mətnin böyük bir abzası böyük əvəzinə kiçik hərflərlə yazılıbsa, səhvi düzəltmək üçün hansı əməliyyat daha səmərəlidir?
    75. Word proqramında cədvəl yaratmaq üçün menyu vasitəsilə nə etmək lazımdır?
    76. Word proqramında mətndəki bütün abzaslar arasında məsafə qoymaq üçün ən münasib üsul hansıdır?
    77. Word proqramında mətndə “albom” və “portret” istiqamətli səhifələrdən necə istifadə etmək olar?
    78. Word proqramında mətnin birinci səhifəsini 100 ilə nömrələmək üçün nə etmək lazımdır?
    79. Word proqramında səhifənin parametrlərində (page setup/параметры страницы) hansı elementlər yoxdur?
    80. Word proqramında abzası hansı qaydada düzləndirmək (align/выравнивание) olmaz?
    81. Word proqramında cədvəldən istifadə zamanı sütunların ölçülərini müəyyənləşdirmək üçün hansı menyu bəndindən istifadə etmək lazımdır?
    82. Word proqramında şaquli istiqamətli mətn yazmaq mümkündürmü?
    83. Sənədi bir neçə nüsxədə çapa vermək üçün hansı əmrdən istifadə olunur? (MS Word)

    84. Göstərilən obyekti sənədə daxil eləmək üçün hansı düymədən istifadə etmək lazımdır? (MS Word)

    85. Seçilmiş siyahı hansı işi görür? (MS Word)

    86. Şəkildə sənədin hansı rejimi göstərilib? (MS Word 2003)

    87. “Microsoft Office”in mübadilə buferi eyni zamanda bir neçə fraqment saxlaya bilir. Bu imkandan istifadə etmək üçün nə etmək lazımdır. (MS Word 2003/XP)
    88. Word proqramında kursor cədvəlin hər hansı sətrinin sonunda(axrıncı xanadan eşikdə) olarsa, cədvələ yeni sətrin əlavə olunması üçün hansı düymədən istifadə etmək lazımdır? (MS Word)
    89. Sənədin çap miqyasını dəyişmək hansı əmri yerinə yetirərkən mümkündür? (MS Word)
    1) File/Page Setup
    2) Tools/Customize
    3) File/Print
    4) Tools/Options
    90. Marka(label) yaratmaq üçün hansı menyudan istifadə olunur? (MS Word)
    91. Səhifəyə nömrəni necə yerləşdirmək olar? (MS Word)
    1) Insert/Page Numbers
    2) File/Page Setup
    3) “İdarəetmə elementləri” alətlər panelindən istifadə etməklə.
    4) “Kolontitul” alətlər panelindən istifadə etməklə.
    92. Şriftin ölçüsü hansı vahidlə göstərilir? (MS Word)
    93. Sütunu cədvəldən hansı yolla pozmaq olar? (MS Word)
    1) Seçmək və klaviaturanın Delete düyməsini basmaqla.
    2) Seçmək və klaviaturanın Alt+Delete düymələrini basmaqla.
    3) Seçmək və kəsib mübadilə buferinə atmaqla .
    4) Seçmək və klaviaturanın BackSpace düyməsini basmaqla.
    94. Sətiri cədvəldən hansı yolla pozmaq olar? (MS Word)
    1) Seçmək və klaviaturanın Delete düyməsini basmaqla.
    2) Seçmək və klaviaturanın Alt+Delete düymələrini basmaqla.
    3) Seçmək və kəsib mübadilə buferinə atmaqla .
    4) Seçmək və klaviaturanın BackSpace düyməsini basmaqla.
    95. Cədvəlin müxtəlif oyuqları üçün müxtəlif çərçivələr qurmaq olarmı? (MS Word)
    96. Cədvəlin qıraq xətlərinin formatını dəyişmək üçün nədən istifadə etmək olar? (MS Word)
    1) Tables and Borders alətlər panelindən.
    2) Frames alətlər panelindən.
    3) Format/Borders and Shading menyusundan.
    4) Format/Frames menyusundan.
    97. Cədvəlin sütununun enini dartmaqla dəyişmək mümkündür: (MS Word)
    1) Siçanın sol düyməsi ilə.
    2) Siçanın sağ düyməsi ilə.
    3) Klaviaturanın Alt düyməsini siçanın sol düyməsi ilə birgə basmaqla.
    4) Klaviaturanın Alt düyməsini siçanın sağ düyməsi ilə birgə basmaqla.
    98. Cədvəlin sətirinin hündürlüyünü dəqiq qurmaq üçün hansı əmrdən istifadə etmək olar? (MS Word)
    99. Sənədin ən böyük miqyası nə qədərdir? (MS Word)
    100. Sənədin ən kiçik miqyası nə qədərdir? (MS Word)
    101. Səhifənin başlanğıc nömrəsini necə dəyişmək olar? (MS Word)
    102. Word proqramında kursor cədvəlin son xanasında olarsa, cədvələ yeni sətrin əlavə olunması üçün hansı düymədən istifadə etmək lazımdır?
    103. Word proqramında sənədin 5, 9, 15, 16, 17, 18, 19, 20, 31, 32, 33-cü səhifələrini çap etmək üçün çap pəncərəsində səhifələri hansı üsulla seçmək daha səmərəlidir?
    104. Word proqramında mətni iki sütuna bölmək olarmı?
    105. Seçilmiş abzasa çıxıntı vermək üçün xətkeşin hansı elementi istifadə olunur? (MS Word)

    106. Seçilmiş abzasın birinci sətrinə çıxıntı vermək üçün xətkeşin hansı elementi istifadə olunur? (MS Word)

    107. Cədvəlin sütunlarının enini avtomatik tənzimləmək üçün hansı düymədən istifadə olunur? (MS Word 2003)

    108. Göstərilən düymə nə üçün istifadə olunur? (MS Word)

    109. Rəngli şəkli ağ-qaraya çevirmək üçün hansı düymədən istifadə olunur? (MS Word)

    110. Mübadilə buferində bir neçə fraqment saxlanılır. Mübadilə buferindən eyni zamanda bir neçə fraqmenti götürmək olarmı? (MS Word)

    111. Cədvələ yeni sütun artırmaq üçün hansı düymə istifadə olunur? (MS Word)

    112. Mətnin şəkili dövrələmə(text wrapping )stilini necə dəyişmək olar? (MS Word)
    113. Açılan «Position» siyahısı hansı məqsədlə istifadə edilir?

    114. Elektron cədvəlləri yaratmaq üçün hansı proqramdan istifadə olunur?
    115. Excel proqramında saxlanılan faylların əsas ad genişlənməsi hansıdır?
    116. Excel proqramında yadda saxlanılan mətn necə adlanır?
    117. Excel proqramında kitabın bir neçə ardıcıl vərəqini necə seçmək olar?
    118. Excel proqramında müxtəlif fayllar arasında xanalar üzrə əlaqə yaratmaq mümkündürmü?
    119. Excel proqramında funksiyalarda xanalar intervalını göstərmək üçün hansı işarədən istifadə edilir?
    120. “B” sütununun enini necə artırmaq olar? (MS Excel)

    121. Cədvəli bir neçə nüsxədə çapa vermək üçün hansı menyudan istifadə olunur? (MS Excel)

    122. Oyuqda tarix yazarkən gün, ay və ili hansı simvolla ayırmaq lazımdır?(MS Excel)
    123. Şəkili seçmək üçün nə etmək lazımdır? (MS Excel)
    124. Excel proqramında funksiya yazmaq üçün birinci işarə kimi hansını istifadə etmək lazımdır?
    125. Excel proqramında Enter düyməsini basmaqla hansı xanaya keçmək olar?
    126. Excel proqramındaki mətni Word proqramına necə keçirmək olar?
    127. Excel proqramında xanalardakı mətnləri hansı istiqamətlərdə yazmaq olar?
    128. PowerPoint proqramının səhifələri necə adlanır?
    129. Səhifənin göstərilən hissəsi nə üçün istifadə olunur? (MS Excel)

    130. Göstərilən element nə üçün istifadə olunur? (MS Excel)

    131. “Malın adı” yerləşən sətirdən sonra yeni sətir əlavə etmək üçün nə etmək lazımdır? (MS Excel)

    132. Ardıcıl tarixlərlə В3, В4, В5, В6, В7 oyuqlarını necə doldurmaq olar? (MS Excel)

    133. Düsturun daxil edilməsini necə yekunlaşdırmaq olar? (MS Excel)

    134. Hansı menyunun köməyi ilə yeni səhifə əlavə etmək olar? (MS Excel)

    135. Səhifənin miqyası 200%-ə bərabər götürülmüşdür. Bu, cədvəlin çapına nə kimi təsir göstərir? (MS Excel)

    136. WordArt obyektinin mətninin fonunu necə dəyişmək mümkündür? (MS Excel)

    137. Səhifənin kitabda yerini necə dəyişmək olar? (MS Excel)
    138. Cədvəlin bir hissəsini çapa vermək üçün nə etmək lazımdır? (MS Excel)
    139. Çap zamanı cədvəli səhifənin mərkəzinə necə yerləşdirmək olar? (MS Excel)
    140. Cədvəli çapa verərkən çap kağızının qıraqlarının ölçülərini necə dəyişmək olar? (MS Excel)
    141. Oyuğun düsturla birlikdə üzünü köçürmək olarmı? (MS Excel)
    142. Hansı funksiyanın köməyi ilə A1-in B1-ə nisbətinin qiymətini hesablamaq olar? (MS Excel)
    143. Cəmi hesablamaq üçün hansı funksiyadan istifadə olunur? (MS Excel)
    144. Düstur sətrində yazılmış =SUM(В2:В4) nəyi bildirir? (MS Excel)
    145. Oyuğun tərtibatını digər oyuğa mənimsətmək üçün nə etmək lazımdır? (MS Excel)
    146. Oyuqların tərtibatı üzərində işləyərkən əlavə imkan əldə etmək üçün hansı əmri yerinə yetirmək mümkündür? (MS Excel)
    147. Şəkilin fonunu necə rəngləmək olar? (MS Excel)
    148. Makros nədir?
    149. PowerPoint proqramından hazırlanmış təqdimatı kompakt diskə yazmaq olarmı?
    150. Daxiletməni həyata keçirdikdən sonra oyuqda nə görünəcəkdir? (MS Excel)

    151. Sütunun eninə dəqiq ölçü vermək üçün hansı menyudan istifadə olunur? (MS Excel)

    152. B sütununun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə bərabərləşdirmək üçün nə etmək lazımdır? (MS Excel)

    153. Səhifənin(vərəqin) başqa kitaba yerdəyişməsini ləğv etmək mümkündürmü? (MS Excel)
    154. Cədvəllərə süzgəc qoymaq üçün hansı menyudan istifadə olunur? (MS Excel)
    155. Vərəqə parol qoyduqda bir neçə oyuğu qorunmayan vəziyyətdə buraxmaq üçün hansı menyudan istifadə etmək lazımdır? (MS Excel)
    156. Verilənlərin birləşdirilməsi hansı məqsədlə istifadə olunur? (MS Excel)
    157. Kolontituldakı şriftin rəngini dəyişmək olarmı? (MS Excel)
    158. PowerPoint proqramında hazırlanmış təqdimatı saxlamaq üçün etmək lazımdır?
    159. PowerPoint proqramında slayd əlavə etmək üçün hansı menyudan istifadə edilməlidir?
    160. PowerPoint proqramının təyinatı nədir?
    161. PowerPoint proqramında hazırlanmış təqdimatın digər kompüterdə nümayişi zamanı şrift problemi ilə rastlaşmamaq üçün hansı üsul daha münasibdir?
    162. PowerPoint proqramında təqdimatı hansı şəkildə çap etmək olmaz?
    163. Aşağıdakılardan hansı internet bələdçisidir? (İnternet)

    164. İnternetdən istifadə etmək üçün kompüterə nə quraşdırılmalıdır?
    165. Elektron məktub yazarkən nəyi hökmən göstərmək lazımdır?
    166. Azərbaycan məkanına uyğun İnternet ünvanın sonluğu necədir?
    167. Sadalananlardan hansı hiperkeçid(hyperlink) ola bilməz? (İnternet)
    168. Elektron poçt ünvanında “@” işarəsi nə məna daşıyır?
    169. Elektron məktubdakı qoşmanı (attachment/вложение) kompüterdə saxlamaq olarmı?
    170. Veb səhifəni yenidən yükləmək üçün hansı düyməni və ya düymələrin kombinasiyasını basmaq lazımdır? (İnternet)
    171. Bunlardan hansı İnternet axtarış sistemi deyil?
    172. Bir sıra səhifələr açılarkən özündə oxunmayan simvollardan ibarət mətn əks etdirir. Mətni oxunan vəziyyətə gətirmək üçün nə etmək lazımdır? (İnternet)
    173. İnternet üçün aşağıdakı ifadələrdən hansı doğru deyil?
    174. Veb səhifəsində yerləşdirmək üçün ən optimal qrafik fayl hansıdır? (İnternet)
    175. İnternetlə əlaqə hansı mərhələdə lazımdır?
    176. İnternet ünvanda hansı sonluq ola bilməz?
    177. Aşağıdakı proqramlardan hansı real vaxt zamanında mesajların mübadiləsi üçün nəzərdə tutulub? (İnternet)
    178. Elektron məktubla əlavə fayl(lar) göndərmək olarmı?
    179. Bərk diskdə yerə qənaət məqsədi ilə veb səhifəni bələdçi vasitəsi ilə *.txt formatında yadda saxlamaq qərarına gəldiniz. Bu halda hansı məlumat yadda saxlanıldı? (İnternet)
    180. Elektron poçt hesabına daxil olmaq üçün nə tələb olunur?
    181. Elektron poçtu bir neçə ünvana göndərmək olarmı?
    182. Aşağıdakı anlayışlardan hansı reklam yerləşdirmək məqsədi ilə istifadə olunur? (İnternet)
    183. Spam nədir?
    184. “Mövzu”(Subject) bölümünü doldurmadan məktub göndərdikdə nə baş verir? (İnternet)
    185. Məktub göndərən adresatın elektron poçt ünvanının birinci hərfini yaddan çıxarıb. Göndərilən məktubla bağlı nə baş verəcəkdir? (İnternet)

    186. Veb səhifədə qeydiyyat zamanı şəkildə göstərilən kodu müvafiq pəncərəyə yazmaq tələb olunur. Bu nə üçün edilir? (İnternet)

    187. Google axtarış sistemində axtarış verdikdə aşağıdakı xəbər çıxır. (İnternet)

    Nə etdikdə sorğu müsbət nəticə verəcəkdir?

    188. Veb səhifəni bərk diskdə saxlayarkən hansı səhv buraxılmışdır? (İnternet)

    189. İnternet hansı tip şəbəkələrə aiddir?
    190. İnternet ünvanda hansı tip yazılış mümkün deyil?
    191. Aşağıdakılardan hansı elektron poçt proqramıdır?
    192. İnternet-ünvanda “www” işarəsi hansı məna daşıyır?
    193. Göndərilmiş elektron məktubda ünvan səhv olarsa, hansı hallar ola bilər?
    194. Aşağıdakı hansı poçt ünvanının yazılışı düzgündür?
    195. Sizi işə dəvət edən firmaya veb interfeysdən istifadə edərək məktub yazırsınız. Sonra aşkar etdiniz ki, məktubun mətnində “iş” sözü tez-tez istifadə olunub. Qərara aldınız ki, həmin sözü sinonimlərlə əvəz edəsiniz. Sözün sinonimini axtarmaq üçün “Internet Explorer”in şəkildə göstərilən hansı düyməsini basmaq lazımdır? (İnternet)

    196. URL-də qeyd olunan 80 rəqəmi nəyi bildirir? (İnternet)

    197. Kompüterin virusdan mühafizəsi üçün aşağıdakı hansı üsul daha yararlıdır?
    198. Antivirus proqramların təyinatı?
    199. Bunlardan hansı arxivləşdirmə proqramıdır?
    200. Bunlardan hansı arxivləşdirilmiş fayldır?
    201. Böyük faylın arxivləşdirməsi nə üçün istifadə olunur?

  32. elmira says:

    bezi suallar sekili dir ama bura sekileri gondermek olmadi🙂

  33. Kamilla says:

    Elmira xanim cox sag olun,twk edirem,menim @mail unvanimda var,istesez vere bilerem

  34. Aslanova says:

    Elmira xanım çox sağ olun ,suallara görə minnətdarıq sizə.

  35. Kamilla says:

    Sabahki gunde her kese UGURLAR!!!

  36. Arzu says:

    hamiya salamlar.Mene iqtisadiyyatdan test suallari lazimdir imkan varsa gonderesiniz

  37. Kamilla says:

    Salam,her hansi bir yenilikler hele ki yoxdu,2ci turda her kese ugurlar

  38. jale says:

    salam her kese .saytla yeni tanis oldum,cox gozel bilmirdim ki bizim magistrantlarimiz bele bir yere yigisiblar.indi artiq 2ci merhelenin vaxtidir ,hamiya bol -bol ugurlar.insallah her sey gozel olsun

  39. Chingiz says:

    tewekkur edirem haminiza minnetdaram

  40. Chingiz says:

    xoshuma geldi twk edirem

  41. Kamilla says:

    Sabahki gunde Magistr olmag isteyen her bir hemkarima ugurlar!!!

  42. leyla says:

    salam, AzDIU oxuyuram,turkiyede magestraturani oxumag istiyirem,ama imt nece olur ora qebul omagcun?ne etmek lazim oldugunu bilmirem,bilenler varsa zehmet olmasa cvb yazin.

  43. Arzum says:

    beli men de bele dwswnwrem

  44. Mujde xanim says:

    cox sagolun,Allah razi olsun sizden Elmira xanim.Eger biologiya suallari (ixtisas)sizde varsa,ve ya hazirliga geden yoldaslarda kimdese,onu da yazin xahis edirem.

  45. Farqana xanim says:

    Haminiza salam!! Cox sagolun Elmira xanim suallara gora! Duzdu man rus sektoruyam ona gora uje tarcuma ediram bu suallari rus dilina!
    Bu il bir yeniliklar var magistraturaya qabulda yoxsa yox??

  46. lale says:

    mene biologiya ixtisasi uzre numune test suallari lazimdir maqistratura ucun hardan tapa bilerem

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s