Azərbaycan SIFE ikincisi – Bakı Biznes Universiteti

Bakı Biznes Universiteti SIFE komandası

Bakı Biznes Universitetinin komandası 2008 Azərbaycan SIFE çempionatında 2-ci yerə layiq görüldü. Bu komandadan yazmağımın səbəbi heç də komanda üzvlərindən bəzilərinin yaxın dostum olması və ya komandanın yarışa hazılarnmasında onlara göstərdiyim kiçik köməklik deyil. Əsas səbəb insanların qələbə əzmləri və məhdud imkanlarla onların etdikləri işin nəticəsidir.

Yarışdan bir gün öncə “Narahat olmayın, hər şey yaxşı olacaq” deyərək dostuma təskinlik versəm də, ürəyimdə onların bu yarışmada nəsə əldə edəcəyinə inanmırdım. Çünki, bir həftə bundan öncə komandanın çempioanta qatılması sual altında idi. Maddi problemlər yaranmış, işlər dayanmış, vaxt isə gedirdi. Bu vaxt ərzində uşaqlar çox şey itirsələr də, qələbə inamı və istəyini saxlaya bilmişdilər. Məhz bu iki amil onlara yarışmaya 2 gün qalmış hər şeyi yenidən başlayıb finalda 12 komanda arasında 2-ci olmağa imkan verdi.

Bakı Bİznes Universiteti SIFE komandasının timsalında çoxdandır şahid olmadığım əzm, inam və istəyin birlikdə nəyə qadir ola biləcəyinə bir daha şahid oldum. Komandanın üzvlərini təqdim etməmişdən öncə bir daha hər bir iştirakçını təbrik edir və uğurların davamını diləyirəm.

BBU SIFE Team

İmam Quliyev ( IT manager )
Bakı Biznes Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin IV kurs tələbəsi.
İxtisas: Dövlət və Bələdiyyə İdarəetməsi.
BBU SİFE komandasının IT meneceridir.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı Layihələr Departamentininin sədr müavini, İRƏLİ ÜGH DEBAT klubunun həmsədri.
Yeniliyə Doğru Gənclər Fondunun Sosial Hümanitar Departamentinin sədri.

Sevda Əliyeva
Bakı Biznes Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin I kurs tələbəsi. İxtisas: Tərcümə (ingilis dili)

Emin Babayev
Bakı Biznes Universitetinin Biznes və Menecment fakultəsinin III kurs tələbəsi. İxtisas: Vergi işinin təşkili və idarəedilməsi.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının üzvü.

Esmira Xəlilova
Bakı Biznes Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin I kurs tələbəsi. İxtisas: Tərcümə (ingilis dili)

Aygün Məmmədova
Bakı Biznes Universitetinin Biznes və Menecment fakultəsinin I kurs tələbəsi.
İxtisas: Marketinq
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının üzvü.

Lamiyə Eyvazova
Bakı Biznes Universitetinin Biznes və Menecment fakultəsinin I kurs tələbəsi.
İxtisas: İqtisadiyyatın hüquqi tənzimlənməsi.

Süleyhə Məhərrəmova
Bakı Biznes Universitetinin Biznes və Menecment fakultəsinin III kurs tələbəsi.
İxtisas: İqtisadiyyatın hüquqi tənzimlənməsi.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının üzvü.

Anar Nəbiyev ( kapitan )
Bakı Biznes Universitetinin Biznes və Menecment fakultəsinin III kurs tələbəsi.
İxtisas: İqtisadiyyatın hüquqi tənzimlənməsi.
BBU SİFE komandasının kapitanı.
Biznes və Menecment fakultəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının üzvü.

This entry was posted in Yazılarım, Youth and tagged , , , , , , , . Bookmark the permalink.

3 Responses to Azərbaycan SIFE ikincisi – Bakı Biznes Universiteti

  1. Nena says:

    halaldi bizim universitete men heqiqeten cox sevinirem ki, men BAKI BIZNES UNIVERSITETINDE oxuyuram…………..

  2. kenan b.b.u says:

    salamlar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s