"İRƏLİ"-nin Azərbaycan Demokratik Respublikasının yaradlımasının 90-cı ildönümü ilə əlaqədar keçirdiyi tədbirlər

Hər bir xalqın tarixində o xalqın milli şüurunun formalaşması nəticəsində dövlətçilik ideyalarının üzə çıxması və bu istiqamətdə konkret addımlar atmaları günü çox önəmli bir hadisədir. Bu gün hər bir millətin tarixində olmuşdur və bununla həmin millətin hər nümayəndəsi fəxr edir.

Azərbaycan milləti qədimdir və onun özünə məxsus dövlətçilik ənənələri mövcuddur. Bu ənənələrin tarixdə yenidən istifadə olunması isə ilk dəfə 1918-ci 28 May tarixdə yaradılmış İslam dünyasının ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması ilə baş verdi. Bəli bu respublikanın ömrü uzun olmadı, lakin o cümhuriyyət bizə sonrakı dövlətçilik tariximizdə böyük təcrübə mənbəyi oldu.

1991-ci il 18 Oktyabr tarixdə Azərbaycan öz müstəqilliyini hansı ki, 1918-ci ildə yaranmış ADR-in varisi sayılır. Bu gün 2008-ci il 28 May bütün azərbaycanlılar üçün əziz bir gün olan Respublika günü qeyd edir. Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasından 90 il keçir. Bu münasibətlə cənab Prezident İlham Əliyev sərəncam vermiş və bu gün respublika səviyyəsində qeyd olunur.

Azərbaycan gənclər sektorunun aparıcı hərəkatlarından olan “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı respublikamızın yaranmasının 90 illiyi ilə əlaqədar bir neçə silsilə layihələr həyata keçirmişdir.

Hər bir insana onun məmləkəti, onun ölkəsi hər zaman əzizdir. Biz gənclər olaraq hər kəsə öz ölkəsinin gözəlliklərini musiqi ilə hiss etdirdik. Beləki 29 Aprel 2008-ci il tarixdə Azərbaycan Dövlət Opera və Balet Teatrında “Ölkəm” adlı konsert proqramı təşkil olundu. Bu konsert proqramı Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyinə həsr olunmuşdu.

Hərəkatımızın növbəti layihəsi “Branch” adlı klassik musiqi gecəsi olmuşdur. Bu tədbir isə 23 May 2008-ci ildə keçirildi. Musiqi gecəsində Azərbaycanın klassik musiqisinin inciləri olan Üzeyr Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Müslim Maqomayev kimi bəstəkarların əsərləri ifa olunmuşdur.

Azərbaycan Demokratik Respublikasının yaradıcıları hər zaman hər bir azərbaycanlının hər zaman yaddaşında olmalıdır. Bunu qarşıya məqsəd qoyaraq Hərəkatın İnformasiya Texnologiyaları departamentinin təklifi və icraçılığı ilə www.adr90.wordpress.com bloqu yaradılmışdır. Bloqda Azərbaycan Demokratik Respublikası, onun yaradıcıları, fəaliyyəti, rəmzləri haqqında məlumatlar yerləşdirilmişdir.

Həmçinin Hərəkatın və digər gənclər arasında Azərbaycan Demokratik Respublikası ilə bağlı diskusiyaları genişləndirmək məqsədilə Tarixçilər klubu bu mövzu üzrə tarix elmləri namizədi Firdovsiyyə Əhmədovanın iştirakı ilə 27 May 2008-ci il tarixdə görüş təşkil olunmuşdur. Görüşdə gənclər ADR-lə bağlı fikirlərini bölüşmüş, Firdovsiyyə xanım da bu mövzuda biliklərini gənclərlə bölüşmüşdür.

This entry was posted in IRELI PY, Society, Youth and tagged , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s