Orxan Muxtarlı: "Gənclərimizi yenidən ədəbiyyatımıza qaytaracağıq"

– Oxucuya özünüzü necə təqdim edərdiniz ?
– Orxan Mehdi oğlu Muxtarlı Bakıda anadan olmuşam, jurnalistikada fakultəsində oxuyuram.Bir sözlə vətənini sevən siravi gənc.

– Gənc yazarsınız. Hal-hazırda muasir ədəbiyyatımızı necə görürsünüz ?
– Yazarlıq çox məsuliyətli sözdür. Mən hələ özümə cızmaqaraçı deyərdim. Bir cızmaqaraçı kimi ədəbiyyatımızı gələcəkdə çox parlaq görürəm. Fikrimi də bir neçə aspekdən əsaslandırardım. Birincisi, ədəbiyyatımızın tarixi qədimdir hardasa minilliklərə gedir çıxır. Hər millətə nəsib deyil bu hall. Hər dövürə uyğun ölməz əsərlər miras qoyulub bizə. İkincisi, Azərbaycan mədəniyyəti o cümlədən də ədəbiyyatımız tarixən katalizator rolunu oynayaraq qonşu ölkələrin mədəniyyətlərinə dəyişklik (muasirlik) gətirib. Bu da onu təstiq edir ki, bizim millət tarixən çox istedadlı olub və hər dövrdə özlərini dünyada təsdiq ediblər. Muasir ədəbiyyatımızdan danışarkən nikbin hallar olduğu kimi bədbində hallar var.

-Hansı hallardır? Sadalaya bilərsiniz ?
– Əvvəla müsbətlərdən danışmaq istərdim. Müasir ədəbiyatımızda Anar, Çingiz Abdullayev, Kamal Abdulla, Elçin Hüseynbəyli, Bəxdiyar Bahabzadə və s kimi yazarlarımız var. Bunlar indi ədəbiyyatımzın dayaqları sayılır və ölməz əsərlər yaradırlar. Mənfi hallar da. Güclü tənqidçilərin olmamasıdır ki yazıçılar onlara baxaraq buraxdıqları səhvləri aradan götürsünlər. Bir də, bilirsiniz müstəqilliyimizin ilkin dövründə heç də asan olmadı muharıbə,iqtisadi problemlər və s yazarlarımızı ədəbiyyatımızdan uzaq saldı, gündəlik məişət problemləri ədəbiyyat haqda düşünməyə qoymurdu. Bunun nəticəsində doğsancınıncı illərdən bura bir nəsil ədəbiyyat çılarımızı itirdik amma indi onların yerini bizim nəsil yazarımız doldurmaqdadır.

– Siz bir gənc yazar olaraq ədəbiyyatımızın inkişafi üçün nə edirsiniz?
– Mənim fəaliyyətim “İRƏLİ” ÜGH-na gəlişindən sonra başladı, necə deyərlər, özümü orada tapdım və fəaliyyətə başladım ilkin mərhələ olaraq məktəblərlə işlədim daha sonra “İRƏLİ” ədəbi məclisini yaratdıq. Aramıza gənc irəliçi yazarları toplayaraq fəaliyyətə başladıq. Biri-birimizin yazılarınl oxuyaraq fikirlərimizi bildirdik. İllkin auditoriya irəliçi dostlar oldu. Bunun nəticəsində bəzi komplekslərin aradan götürülməsinə nail olduq. Tanınmış yazarlar: Vahid Əzizi, Çingiz Abdullayevi, Elçin Hüseynbəylini məclisimizə dəvət etdik. Biz sadəcə dinləyici kimi yox həm də gənc tənqitçi kimi iştirak edirdik çağırılan yazarların həyatını, yaradıcılığını oxuyaraq, onların üslublarını, düşüncələrini öyrəndik, Bununla da yazarlarımızın nailiyyətərini öyrənərək, inkişaf edirdik. Bir il ərzində inkişaf edərək, bir neçə ədəbi jurnal və qazetlərdə çap olunduq.Və nəhayər yazıçılar birliyində gənclər klubunun açılması təklifində olduq.Fikrimizi rəhbərlik də bəyənərək, dəstəklədi. Yazıçılar birliyi təmirdədir biz də məkan olaraq ofisimizdə yer ayırıb, həftədə bir dəfə də olsun yığışıb müzakirələrimizi aparırıq.

– Gənclərin ədəbiyyata münasibətini necə dəyərlədirirsiniz ?
– Bu çox problemli məsələdir. Gənclərimizin əksəriyyəti kitabdan küsüb oxumurlar deyirlər ki internet var, istədiyimiz məlumatı oradan ala bilirik. Bu fikir hardasa düzdür, amma kitabin insana verdiyini kompiyutor vermir. Kitab insanın təxəyyülünü inkişaf etdirir, öz dünyasına aparır, düşündürür yəni bir fərd kimi yetişməsinə şərait yaradır, amma bunu kompüter yerinə yetirə bilmir. Bir də muasir dövrdə hər şey sürətlənib, təlabat dəyişib. Ona görə də biz yeni dünyayla ayaqlaşmağa məhkumuq. İnanıram ki ayaqlaşa biləcəyik və gənclərimizi yenidən ədəbiyyatımıza qaytaracağıq.

– ”Ana harayı” adlı elektron jurnal dərc etmisiniz. Bu haqda fikrinizi bilmək istərdim.
– Bu elektron jurnal Azərbaycanın dilbər güşələrindən biri olan Şuşanın işğal gününə təsadüf elədi. Biz bu jurnalda azərbaycanlılarımızın başına gətirilənləri ədəbi formada çatdırdıq. Bilirsiniz ədəbi yazıların bir üstünlüyü var ki o insanlarda hissləri oyadır. Hər hansı tarıxı yazıda yazıla bilər ki qətliyamların miqyası nə qədər olub, bu o qədər də insanın hisslərinə toxunmur amma ədəbiyyatda bir insanın timsalında insanda heç vaxt yaşamadığı hissləri oyada bilər. Biz bu amili bir silah kimi mənfur düşmənlərımızə qarşı istifadə etməliyik. Ermənilər bundan çoxdan istifadə edirlər. Biz də bu cəhət təəssüf ki, hələ zəifdir. Jurnalda elmi məqallədən tutmuş poyemaya qədər var. Bu bizim nailliyətimizdir fərqli üslübları birləşdirərək həqiqətləri dünyaya çadırmağa ən azı cəht etdik.

– Gələcək planlarınız?
– Gələcəyə çox nikbinəm. Buna əsasım da var hərbir şeyin inkişafi ölkənin sabitliyi ilə bağlıdır möhtərəm prizidentimizin səyi nəticəsində Azərbaycan daha da inkişaf edəcək və bunun timsalında da ədəbiyyatımız inkişafda olacaq. Qarşıda gələn prizident seçkilərində inanıram ki Azərbaycan xalqı, mən də onlarla birlikdə olmaqla İlham Əliyevə səs verəcəyik və bununla da öz birliyimizi yenə də mənfur düşmənlərımızə göstərəcəyik. Ədəbiyyata gəldikdə isə yaratdığımız gənclər klubunda çoxlu isedadlı gənclər toplaşıb və yeni üslublu gənc yazarlarımız var. İnanıram ki, onlar özlərini daha da inkişaf etdirərək ədəbiyatımızda öz izlərini qoyacaqlar.

– Təşəkkür edirəm sizə, bu müsahibəyə görə.
– Mən sənə təşəkkür edirəm Rauf bəy. Sən öz bloqunda belə maraqlı yazılar və məlumatlar yerləşdirirsən. Vətənpərvərlik təkcə əldə silah tutmaqla deyil, vətənin inkişafı üçün çalışmaqdadır. Vətənpərvərlik sənin fəaliyətində hər zaman bunu təstiqləyir. Bir də bildiyimə görə əsgərliyə gedirsən, sənə uğurlar baş ucaqlığı ilə qulluq elə, bil ki Vətənin təhlükəsizliyi sənin kimi əsgərlərin boynundadır. Baxmayaraq ki əsgər olmağına hələ bir neçə ay var.

 

This entry was posted in Interview and tagged , , , , . Bookmark the permalink.

4 Responses to Orxan Muxtarlı: "Gənclərimizi yenidən ədəbiyyatımıza qaytaracağıq"

  1. Yuksal says:

    Hormetli, Raufray ve Orxan Muxtarli.sizin her ikinize de tesekkurumu bildirirem.ve ugurlar arzulayiram.daha boyuk zirvelerde olasiniz.

  2. Murad says:

    Teswkkurler ki bele genceler hele var.Her ikinize minnetdarliq

  3. OrhanAzTurk says:

    Maraqlidi Tesekkurler. Orxan Muxtarlinin Kitabla – Bilgisayar ferqi muqayisesi ile Tamamile Raziyam.
    E-Kitabla – Kitabin ferqleri var. Lakin Genclerin Kitaba maragini artirmaqla yanashi, E-Kitab’larin da sayin artirmaq lazimdi. Her halda Kitabi tapmagin en rahat vasitesi Internet Oldugunu nezere alaraq.

    Butovlukde Orxan Muxtarli ile raziyam )) .

  4. turalfot says:

    “Ana harayi” layihesine gore Orxana minnetdar olmaliyiq.Yaxsi ishdi. Irelideki teqdimat da gozel kecdi,maraqli fikirler ve faktlar seslendi.Mene maraqlidir ki,bu elektron jurnalin tebligati nece olacaq

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s