Şuşanın işğalı və gənclər

Şuşanın işğalı və gənclər

8 May Şuşanın işğal günüdür! Məhz bu məqsəd ilə “İrəli” ÜGH-nın “Vətənpərvərlər klubu” novbəti davamlı aksiyyaya start verdi. Bu gün klub üzvləri Ticarət küçəsində 200 ədəd xüsusi hazırlanmış buklet paylayaraq sorğu keçirdilər.. Bu bukletlərdə bütün işğal edilmiş rayonlarımızın adları, işğal tarixləri o cümlədən Şuşa haqqında geniş və ətraflı məlumat var idi.

Hər birində 3 nəfər olmaqla (1 qız 2 oğlan) 4 qrupa ayrılmış “İrəli”-çilər Nizami küçəsində sorğu apardılar. Verəcəyi cavabın mənfi və ya müsbət olmasından asılı olmayaraq hər bir insana Buklet verildi. Sorğunun sonunda isə nəticə heç də ürəkaçan olmadı.

Sorğuda 192 nəfər ishtirak etdi.Bunlardan 155 nəfəri Azərbaycanlı yerdə qalan 37 nəfəri isə əcnəbi vətəndaş idi ki, burda da üstünlüyü Türkiyəli qardaşlarımız təşkil edirdi.149 nəfərin Şuşanın işğalı haqqında xəbəri var idi. 43 nəfər isə bu haqqda ümumiyyətlə heç bir şey bilmirdilər. Biz isə düşünürdük ki, bilməyən insan 10 nəfərdən çox olmaz.

Çox sevindirici haldır ki, bu gün bir neçə insan Şuşanın işğal tarixi haqqında məlumatı beyninə həkk etdi və bu 43 nəfər insan “8 may nə günüdür?” sualı ilə qarşılaşdıqda çetinlik çəkmədən cavab verəcək.

Biz “Vətənpərvərlər klubu” olaraq bu aksiyyanı işğal olunmuş rayonlarımızın hər il dönümündə keçirəcəyik. Bu aksiyyanı Ali və Orta məktəblərdə də keçirtmək fikrimiz var. Qoy Azərbaycan gənci ona Şuşa, Laçın Qubadlı və s. rayonlarımız haqqında sual veriləndə aciz qalmasın. Hər bir Azərbaycan gənci bunları bilməli, tək bilməklə kifayətlənməməli bildiklərini bilməyənlərlə paylaşmalıdır.

Ümid edirəm əlinə müxtəlif bahalı formatda bukletler alıb telefon dükanlarını qadın salonlarını şampun və s. məhsulları reklam edənlərdə bu gün insanların əlində Şuşa haqqında bukleti görüb özləri üçün bir nəticə çıxardarlar.

Bu gün keçirilən aksiyya kiçik görünə bilər. Ancaq bu gün o insanlarla biz ünsiyyətdə olduq. Sual verdik “Bu gün nə günündür?” deyə. Kimlər ki, cavab verə bilmədi…… siz sadacə o insana bukleti təqdim edib “Bu gün Şuşanın işğal günüdür” deyəndə onun sifətindəki utanc hissini gorsəydiniz bu işin nə qədər böyük əhəmiyyət kesb etdiyini görərdiniz. Bu utanc hissini keçirən insan artıq hər bir rayonun işğal gününü əzbər oyrənib beyninə həkk edəcək.

P.S. Bu gün Bakıda Qarabağın unudulmadığı hiss olunurdu!

Şuşanın işğalı və gənclər

 

Şuşanın işğalı və gənclər

This entry was posted in IRELI PY, Youth and tagged , , , . Bookmark the permalink.

2 Responses to Şuşanın işğalı və gənclər

  1. Ferhad says:

    sizə uğurlar. dəyərli işlər görürsüz.

  2. Patriot says:

    Salam InshALLAH Lacinin ishgal gunudne de bele bir shey dushunmushuk sadece ferqli olacaq Bir az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s