Şuşanın işğalından 16 il ötdü

Ərazisi – 289 km2
Əhalisinin sayı – 241165
İnzibati mərkəzi – ŞUŞA
İşğal olunmuşdur 1992 – ci il 8 may
Şəhid olmuşdur 193
Əlil olmuşdur 102
Milli qəhramanlar 5
Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:
Sənaye və tikinti obyekti 27
Mədəni – məişət obyekti 103
Şəhər, qəsəbə və kənd 31
Tarixi abidə və muzeylər 249
Tarixi abidə 17


Qəsəbələr / Kəndlər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Coğrafi mövqeyi
Şuşa Qarabağ silsiləsində 1400-1500 metrdən çox yüksəkliyə malik hamar platoda yerləşir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var.
İqtisadi xarakteristikası Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi Ustad Xan Şuşinskinin oxuduğu bu qədim el mahnısını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan qara buludlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub.Biz 16 ildir ki Şuşaya həsrət qalmışıq. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı “Gövhər ağa məscidi”, Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən gülləsinə tuş gəlib… Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq “Xanın səsi”, “Qarabağın şikəstəsi…”

This entry was posted in Azerbaijan, Society and tagged , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s