AzNET-i zibilləyən gənclər

Bir neçə gün bundan öncə bir saytda gəzişərkən adı heç də qulağa xoş gəlməyən bir qrupa rast gəldim – “Qoyun olmayan azərbaycanlıların qrupu”. Qrupun səhifəsinə daxil oldum. Təxmin etdiyim kimi, group Admins – Turxan, Elşən və s. Çox təəssüflər olsun ki, liberalizmin nə olduğunu bilməsələr belə özlərini liberal adlandıran, təsəvvürləri olmadığı halda Azərbaycanın gələcəyini öz istədikləri kimi qurmaq arzusunda olan bu tip gənclər düzəlmirlər ki, düzəlmirlər. Amma, zamanla ayaqlaşırlar – İNTERNET xidmətlərindən istifadə edirlər. Hansı məqsədlə istifadə edirlər ? Bu da göz qabağındadır.

Qocalmayan müxalifətimizin zamanla ayaqlaşmasında doğurdan da ciddi problemlər var. Buna görə də Azərbaycanın dünyada yaranmış müsbət imicinə palçıq atmaq üzrə yarışa girəndə bu tip resurslardan istifadə edə bilmirdilər. Fikirləşirdim ki, bəlkə bunların yerinə gələcək şəxslərdə heç olmasa irəliləyiş olar. Amma, faktlar bunun tam əksini göstərdi. Sən demə, gəncləri bir sıra yeni bacarıqlara yiyələnsələr belə, düşüncə tərzləri böyüklərinkindən bircə addım olsun belə qabağa getməyib. Zənci ilk dəfə qar görmüş kimi, başlayıblar AzNET-i zibilləməyə. Forum, qrup, bloq və daha nələr… Yazmaq istəyirsinizssə dürüst yazın, tənqid edin – əsaslı tənqid, gəlin normal müzakirə edək. Yoxsa, beyninizi söndürüb, gözünüzü yumub, ağzınıza gələn yazmayın. Gördüyünüz qrup da yuxarıda demək istədiklərimə əyani sübutdur. Grupun Wall-ın oxuduqdan sonra isə ümumiyyətlə hər şey məlum oldu. Bunlar milləti təhqir edərək qıcıqlandırır, təhqir yox tənqid edirik deyir, camaat gəlib bunları söyür, bunlar söyüşləri eşitməsələr belə, gündəmə gəlmiş olurlar. Nə qədər ucuz bir yol ! Şəxsi mənafe üçün, görün nələr qurban verilir…

Bəzən arzulayıram ki, qocalmayan müxalifətimiz dogurdan da qocalmasın. Axı, onlar  AzNET-i zibilləməyi bacarmırlar.

 

Qoyun olmayan azərbaycanlılar

Şərhlər qəbul olunur.

This entry was posted in Azerbaijan, Youth and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s