WWW.ILHAMLAIRELI.AZ / Biz artıq 5 000 nəfərik !

WWW.ILHAMLAIRELI.AZ  - Biz artıq 5 000 nəfərik !!!

Ötən ilin dekabrın 23-də İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı tərəfindən yeni və möhtəşəm bir aksiyaya start verildi. “İlhamla İRƏLİ” aksiyasının yeniliyi və fərqliliyi ondan ibarətdir ki, Aksiya yalnız paytaxtla məhdudlaşmır, eyni zamanda bütün bölgələri də əhatə edir. Bu müddət ərzində Azərbaycanımızın hər bir rayonunda, hər bir kəndində yaşayan vətəndaşlarımız televiziya, radio, qəzetlər vasitəsilə Aksiya barədə məlumatlandırıldı. Bunun nəticəsidir ki, başlanmasından keçən 4 ay ərzində Aksiyaya qoşulanların sayı 5000 nəfəri keçmişdir.

Aksiyaya paytaxt Bakıdan qoşulanlar üstünlük təşkil edir. Bu da təbiidir, çünki əhalinin, xüsusilə ictimai-siyasi aktiv hissəsinin böyük əksəriyyəti paytaxtda məskunlaşıb. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, bölgələrdən qoşulan insanların sayı da getdikcə artmaqdadır. Bunun səbəbləri isə aydındır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəticəsində bölgələrimizdə aparılan yenidənqurma işləri, yeni istehsal müəssisələrinin açılması, insanların sosial rifah halının yaxşılaşdırılması üçün onların yeni iş yerləri ilə təmin edilməsi, məişət şəraitinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Təbii olaraq öz həyatlarında yüksəlişi, rahatlığı hiss edən insanlar uğurla həyata keçirilən bu siyasi kursa inandıqlarını, İlham Əliyevi dəstəklədiklərini bəyan edir və Aksiyaya qoşulurlar.

Aksiyaya qoşulan 5000-dən artıq insanın əksəriyyətinin gənc və orta yaşlı olması heç də təsadüfi deyil. Məhz gənc yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğul olmasının nəticəsidir ki, İlham Əliyev gənclərə daim diqqət göstərir, “Gənclər bizim gələcəyimizdir” deyir, hər fürsətdə onların bilik və bacarıqlarının üzə çıxarılmasına, dövlətimizin gələcəyi naminə onların potensialından istifadə olunmasına çalışır. Təsadüfi deyil ki, İlham Əliyevin imzaladğı sərəncama əsasən Azərbaycan gənclərinin xaricdə təhsil almaq istəklərinə dövlət dəstəyi göstərilmiş  və müvafiq şərait yaradılmışdır. Bu gənclər isə, istək və arzularının reallaşdırılmasında, qabiliyyətlərinin üzə çıxarılmasında, Azərbaycanımızın gələcək inkişafına öz töhfələrini verə bilmələri üçün onlara dəstək olduğuna görə, İlham Əliyevi dəstəklədiklərini bəyan edir və Aksiyaya qoşulurlar.

Aksiyaya qoşulanlar arasında yaşlı nəslin nümayəndələrini də görmək mümkündür. İlham Əliyev hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində çıxışlarının birində demişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam. Bu sözlər əslində təsadüfi deyilmiş sözlər deyildi. Bütün Prezidentlik fəaliyyəti ərzində, imzaladığı sərəncam və fərmanlarla dediyi sözləri reallığa çevirən İlham Əliyev nəinki təkcə gənclərə diqqət göstərmiş, eyni zamanda orta və yaşlı nəslin nümayəndələrini də unutmamışdır. Bu il minimum əmək haqqının və minimum pensiyanın artırılması ilə bağlı İlham Əliyevin imzaladığı sərəncam məhz əhalinin bu təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsinə xidmət edən faktlardan biridir.  

Yaxın həftələr və aylarda daha gərgin iş qrafiki ilə işləyəcək və minlərlə insanın bu Aksiyaya qoşulmasını təşkil edəcəyik.

Qarşıda isə bizi uzun və möhtəşəm bir yol gözləyir. Bu yolda təbii ki, daha mətin, daha əzmkar fəaliyyətin və davamlı uğurların şahidi olacaqsınız.

Siz də “İlhamla İRƏLİ” deyin, çünki biz birlikdə güclüyük.

This entry was posted in Azerbaijan, IRELI PY and tagged , , , , , . Bookmark the permalink.

7 Responses to WWW.ILHAMLAIRELI.AZ / Biz artıq 5 000 nəfərik !

  1. Sevinc says:

    Salam!Men de bu aksiyaya qoshulmaq isteyirem.Amma nece qoshulacagimi bilmirem!?

  2. Aqil says:

    Salam!Men de bu aksiyaya qoshulmaq isteyirem.sizin bu aksianız çox xoşuma geldi.sizin sıralarınıza nece qoşula bilerem?

  3. zaur says:

    Salam! Men de bu aksiyaya qoshulmaq isdeyirem.sizin bu mohteshem aksiyaniza nece qosula bilerem?

  4. sexsi meseleme gore elaqe qurmaq isteyirem prezidentle ama nece edim bilmirem konullu herbiye getmek isteyirem

  5. elmar says:

    men nece qoshla bilerem bu aksiyaya

  6. elnur says:

    mən bu aksiya nece qoşula bilərəm

  7. ELVIN KAZIMLI says:

    RAUF CHOX MARAQLIDIR GORESEN BU 5000 NEFERE KIM VE NECE NEZARET EDIR? BU KEMIYYETIN SIZIN UCHUN EHEMIYYETI NEDIR AXI?
    BES KEYFIYYET DERECESI NECE MUEYYENLESHIB AXI SIZDE?
    BU 5000 NEFERIN HAMISINI TANIYIRSINIZMI?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s