Yeni Bakı / Park Bulvar

Bakı Bulvarını heç vaxt sevməmişəm. Heç indi də sevmirəm. Gözəl şəhərin ən mərkəzi və ən çirkli hissəsi və ya Bakıya ilk dəfə ayaq basanların ən çox görmək istədikləri, gördükdən sonra isə yerlilərin heyrətləndiyi, əcnəbilərin isə təəssüfləndiyi Milli Parkımız.

Son dövrlər bütün şəhərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işlərini Bulvardan da yan keçmədi. Yəqin ki bir çoxlarınız Park İNN-in qarşısında aparılan tikinti işləri ilə maraqlanıb “görəsən burada nə olacaq?” sualını vermisiniz. Elə isə hazır olun !

Park Bulvar

41,5 milyon ABŞ dollar dəyərində olan və 2008-ci ilin sonlarına fəaliyyətə başlayacaq “Park Bulvar” layihəsinə 7500 kvadrat metrlik ərazinin tikilməsi daxildir və aşağıdakılardan ibarətdir:

  • 15371 kvadrat metrlik pərakəndə satış və istirahət nöqtələri üçün sahə
  • 1207 kvadrat metrlik univermaq (supermarket)
  • 50 kv. metrdən 370 kv. metrədək sahələrə malik olan 99 pərakəndə satış vahidi
  • 8 ekranlı kinozal
  • Planetari
  • Uşaq oyunları zonası
  • Dəniz mənzərəsi ilə terraslı VIP restoranı
  • Geniş pərakəndə satış imkanları
  • 470 avtomobil üçün dayanma yerləri

 Ətraf ərazilərin inkişafına investisiya – 0,5 milyon ABŞ dolları

FOTOLAR :

 

This entry was posted in Azerbaijan, Baku and tagged , , , , , , , . Bookmark the permalink.

15 Responses to Yeni Bakı / Park Bulvar

  1. Ilkin Aliyev says:

    görünüşü, məqsədləri, planlaşdırılan şeyləri çox gözəldir. mübahisə etmirəm. amma, belə iri layihələrin hamısı kimi, çirkli pulların yuyulması məqsədi var burda da məncə. təbii ki sübut edə bilmərəm bunu. sadəcə mənə belə gəlir.

  2. Ramiza says:

    Esas mesele chox gozel gorunur… O, cirkli pullardan ise bize ne? Onsuzda harasa xercleyecekdiler de…

  3. Yuliya Misnik says:

    Rauf slm,

    Heee,sheherimiz,daha dogrusu sheherin merkezi gozelleshir ve bu musbetdir,amma ne geder duzdun dir ya yox?bilmirem…merkezden kenara cixanda…berbad veziyyetde yollari ve bir “uff”den sokulecek binallari goruruk:(cox tessuf…amma beledir.Baki sanki gozel “Obolochkaya” bukulmush bir dadsiz konfetdir…Rus dilinde bir soz var”Zri v koren'”…Mence merkezi gozelleshdirmeknen beraber,merkezden kenara da cixmaq lazimdir…Neise,deyesen cox danishdim….:)

  4. Samir says:

    Bakini plastik emeliyyat edirler

  5. Azerbaycan inkishaf edir. oyy sorry daha doqrusu Baki inkishaf edir. Bilirsiz bu neye oxshayir? rexid ushaqlar olureee. Bash boyuk beden,qollar ve ayaqlari eyri. Bax kopiya ona oxshayir olkemizde geden inkishaf.amma shukur ki, buda gedir. Diger qonshu dovletlere baxaraq bu superdir

  6. Aida Samedova says:

    1 terefden sevindirici diger terefden ise cox teessuf doguran meseledi.. en azindan ona gore ki, nece illerdi mustegil olmagimiza, neftden gelen gelirin ilden ile artmasina baxmayarag Baki Bulvari-ni Istifadeye yararli hala salmag hele indi yada dushubdu..bu da tebii cox obyektiv sebeblerden..Ama her halda buna da min shukur..

  7. Rufet says:

    Bu boyuk layiheler, ancaq neft pullarini havaya sovurmaqchundur. Bize saglam iqtisadiyyat lazimdir, otergi ber-bezek yox!

  8. SALOMEYA says:

    Inkishaf her zaman lazimdir..Chox gozel gorsenir heqiqi ilk baxishda ve sevindirici haldir..amma bu shekildeki yeni tikintiler de her yerde oldugu kimi heresi bir curdur,qesheng olsa da sheher chox seliqesiz gorsenir…bir terefde qedim Baki binalari, o biri terefde ise muasir bulvar )) Bakiya gelen qonaqlari ancaq merkezde gezdirmekle hem sheherin qedimliyini, hem de muasirliyini gostermek mumkun olacaq )) 2 in 1 ))chox gezdirmeye ehtiyac qalmayacaq … bu baximdan eladir,chunki merkezden bashqa yerleri gormeseler yaxshidir ))…Her neise,shekillere gore chox sag olun ))

  9. Jin says:

    Inkishaf ederek ireli gedirik…

  10. Nizami says:

    Baku Cool !

  11. Pinky says:

    Hemishe buna da min shukur demeye oyreshmishik..axi neye gore? meger neftimizin “qudreti” ancaq buna chatir? chox demirem o hasilatdan gelen pullarin 30ca faizin Bakiya buraxsaydilar Baki dunyanin turizm merkezine chevrilmishdi!!!Hele regionlarimizdaki rekreasiya merkezlerinden danishmiram… Batabat,Marxal,Goy-gol,Lahic….

  12. mruser says:

    ela bu saytda emeyi olanlara tesekurler.
    bu da eladr ki inkisaf getmir pisleyirik Inkisaf gedir yene pisleyirik bes biz ne isteyirik. ay millet.
    gorduyunuz yaponiya 1 anda bu veziyete gelmeyib ki.
    yavas-yavas duzelecek

  13. seferov elsever 267 says:

    xosuma geldi ama bakida bundanda iri laileler yaradilmalidir

  14. fredi says:

    bilirsiz mence bu gozellik BAKIni gozellewdirmek isteyenlerin cibini dahada gozel edir.Bu dahada gozel ola biler.O vaxtki bunun uchun ayrilan pullar hamisi yalniz bu meqsed uchun ayrilacaq.Ciblere axmagi uchun yox.Ama yenede Bakimi cox sevirem.Sag olun

  15. Guest_from_baku says:

    Salam seherin gozellesmesi bize xeyirdi yeyintiye qaldiqda onsuzda yeyinti hemise olub indi hec olmasa 100’un 50 si cibe gedende 50’side gorulen islerere gedir… gorulen isler ancaq seherin merkezinde ve ona yaxin yerlerde gedir bes bir az uzaqlar, en xirdasi babek prospektinin asfalti ne vaxt cekilecek,neftciler,xalqlar dostluqu ehmedli qes burda olan yollar ne vaxt tam qaydada olacaq

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s