İlham Əliyevin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncamı

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.

Dövlət orqanlarından

  • Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Süleymanov Tahir Veys oğlu,
  • Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi Məmmədov İlqar Kamil oğlu,
  • Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Məcidli Vüqar Sabir oğlu,

Qeyri-Hökumət Təşkilatlarından isə

  • Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Hüseynova Gülnarə Alxas qızı,
  • Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Qədirov Vüqar Kərim oğlu,
  • Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Quliyev Azay Əjdər oğlu,
  • Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Məmmədov Sahib Məlik oğlu,
  • Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Mirzəzadə Rəna Rza qızı,
  • “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Nuriyev Əliməmməd Mali oğlu,
  • Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti Osmanlı Ceyhun Yunis oğlu,
  • “Mülk” İctimai Assosiasiyasının prezidenti Vəliyeva Dilarə Hətəm qızı Şura üzvü təyin olunublar.

 

Mənbə : www.news.trend.az

This entry was posted in Azerbaijan, Society and tagged , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s