Azərbaycan bloqqerlərinin ilk görüşü

Çoxdandır gözlədiyimiz an nəhayət ki, yetişir. Azeriblog.com-un təklifi ilə Azərbaycanın bütün blogger-ləri bir araya gələrək AzNET-də blogging, imkişaf prespektivləri, problemlər, onların həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Əziz Blogçular,‎

Siz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı ‎blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz ‎dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə blogunuza ‎əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər ‎sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə ‎hazırsınızmı?‎

AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog ‎İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə ‎yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını ‎reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və ‎təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və ‎‎“AzəriBlog”umuzun inkişafı və təkamülüdür!‎

İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu ‎suallara şərhlər bölməsində cavab yazasınız:‎

‎-‎ Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və ‎blogunuzun adını yazın.‎
‎-‎ Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının ‎‎27-si, Bazar ertəsi aprelin 28-i, çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü ‎aprel 30-u?‎
‎-‎ Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan ‎kafelərin birini məsləhət bilirik)‎
‎-‎ Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?‎

Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum ‎olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər ‎blogçuları da xəbərdar edin.‎

Hamınızı səbrsizliklə gözləyirik!‎

 

Mənbə : http://news.azeriblog.com/2008/04/16/azerbaijan-bloggers-meeting

This entry was posted in Blogging, INTERNET, Society and tagged , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s