31 mart Azərbaycanlıların soyqırım günüdür

31 mart 1918 - Azərbaycanlıların soyqırım günü

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, Ermənilər Mart qətliamından qabaq Ərzurum yaxınlarında-Taşılyaylada 3.000 türkü qətlə yetirmişlər. Erməni siyasi partiyaları güya “Böyük Azərbaycan” və ya “Böyük Müsəlman Dövləti” düşüncəsini el beçikdə boğmaq üçün təxminən 7.000 Erməni əskərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa “Qızıl Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i Ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında Bolşevik-Erməni koalisyonu S.Şaumyanın da ifadə etdiyi kimi savaşa hər cür hazırlığı etmişdi və bütün cəbh boyu hücuma keçdi. 30 Mart axşam saat 5:00 da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəldən planlaşdırılmış şəkildə təkcə Erməni əskərləri deyil, Bakıdakı Ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hazırlıqlı Erməni əskərləri Müsəlmanlarn evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar.Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları arçaparça edilən 37 qadının meyidi tapılmışdı.
Cənubi Azərbaycan Türklərindən Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: “ Mən 1918-ci ilin Martında Erməni daşnaqlarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdi”
Baxın N.Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında nəyi qeyd edir: “ Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Daşnaqlar bolşevikliyinizi tanımırıq. Bir halda ki, müsəlmansınız-bu yetər deyirdilər. Bolşevik adı altında müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər.
Diqqət edin!!! Bakıda törədilən bu soyqırıma “vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 Apreldə Moskvaya göndərdiyi məktubda yazır: “ Üç gün içində, yəni 30-31 Mart və 1 Apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu müsəvat partiyasının liderliyindəki müsəlman “Dikaya Dviziya” sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılır. Bu savşda yüksək nəticələr əldə etdik. Düşman tamamilə yox edildi. Hür iki tərəfdən öldürülənlərin sayı 3.000-dən çoxdur. Əgər müsəlman Türklər qalib gəlsəydilər Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri müsəlmanlar isə qətliama məruz qalacaqdılar” Baxın bu da S.Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi Moskvaya göndərdiyi məktub.
Mart soyqırımından bir il sonra Ermənilər bu hadisələri Bolşeviklərlə Müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuata yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə Erməni yepiskopu Baqrat Ermənilərin Mart hadisələrində iştirakını inkar edir. S.Şaumyandan da qabağa gedərək Baqrat Bakıda Mart hadisələri sırasında öldürülən 1000 nəfərdən 300-nün Erməni və Rus, 700-nün Müsəlman olduğunu iddia edirdi.Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk on günülüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Ermənilərin 1918-ci il Mart və Aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və Müsəlman əhali üzərində Ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə Ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar Ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tarafindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, Mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 Erməni əskəri Şamaxıya göndərilmişdi.
Şamaxıda üstünlüyü ələ keçirən Ermənilər buranı Azərbaycan Türklərindən təmizləməyə başladılar. Erməni işğalçı ordusunun komandılığına S.Şaumyanın köməkşiləri və bilavasitə ondan təlimat alan S.Lalayan liderlik edirdi. Qoşunuyla Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı ğmr etdi. Arxivlərdə göstərilir: “…Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Cəfərqulu öldürüldü. Hər kəs Axunda bir şey edilməyəcəyini, ona əl qaldırılmayacağını fikirləşirdi. Amma Ermənilər məscidə girərək Axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər. Məsciddəki bütün qadınlar öldürüldü”
Təkcə Mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı Erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaqdı. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1701 nəfərə enmişdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu kütləvi soyqırım hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keşirilmişdi. Quba qəzasına göndərilən Erməni silahlı birləşmələrinə isə S.Şaumyandan bilavasitə əmr alan Hamazasp liderlik edirdi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə Türk və Ləzgi qətlə yetirilmişdi.
Maraqlıdır ki, bəs Ermənilərin yaşamadığı və ya barmaqla sayılabiləcək Erməninin yaşadığı Quba şəhərində bu hadisələr necə baş vermişdi?
Bu da sırf soyqırım məqsədilə ora sonradan Erməni qoşunlarının getdiyini göstərir. Ermənilərin Qubada törətdikləri qətliamlar haqqında həmin dövrdə şəhərin rəisi olmuş A.Əlibəyov yazır: Ermənilər şəhəri tərk etdikdən sonra mən şəhərə dəyən maddi zərəri dəyərləndirdim və eyni zamanda bir neçəsi uşaq və qadın olmaq üzərə 2.000-dən çox Müsəlman Türkünün qətledildiyini araşdırdım”
Quab şəhəri və ona qonşu kəndlərdə etdikləri cinayət və qətliamlara görə Təcili Araşdırma Komissiyası tərəfindən Hamazasp, onun köməkçisi Nikolay, polis Venuntsa, Hartun Hayrapetov, Avakov və Erircanyan məhkməyə verilmişdi. Lakin 27 Aprel 1920-ci ildə ADR-in dağılmasından sonra onun qəbul etdiyi bütün qərarlar da 10 oktyabr 1920-ci ildə hakimiyyətə gələn Bolşevik höküməti tərəfindən rədd edildi. Elə bu haqsızlıqlardan ilham alan Erməni daşnaqları ortaya atdıqları torpaq iddiaları ilə 1988-ci ildən başlayaraq minlərlə günahsız Azərbaycanlını qətlə yetirmiş, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salmışlar.
Ermənilər Azərbaycanda Mart-Aprel aylarında qətliamlar etməklə Bakı querniyasında qalibiyyət əldə etdikdən sonra Gəncəyə hücum edərək bütün Azərbaycanı işğala cəhd göstərdilər. Bakı, Şamaxı, Kürdəmir, Səlyan, Quba və Lənkəranın işğalından sonra sıradakı hədəf Gəncəydi. Onlar bu dəfə Qarabağda yaşayan Ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Bunu S.Şaumyan Xalq Komissarları Sovetinə göndərdiyi məktubda da etiraf edirdi. Onun planına görə Sovet ordusu Yevlax körpüsünü ələ keçirib Kür çayı boyunca müdafiə xətti quracaq, sonra bu ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki Ermənilərlə birləşəcəkdilər. Amma 1918-ci ilin Mayında ADR-nin qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Və sonda!!!
1918-ci ilin Mart-Aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə Erməni qəddarları 50 min Azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

This entry was posted in Azerbaijan, Society. Bookmark the permalink.

One Response to 31 mart Azərbaycanlıların soyqırım günüdür

  1. TƏHMİNƏ says:

    SALAM… TÜRK milləti yaşadığı illər ərzində çox böyük bəlalar görüb, ancaq heç bir zaman sınmayıb və başını yerə dikməyib. “erməni” deyilən “vəhşi heyvan” toplusu istədiklərinə nail olmayıb və heç bir zaman da olmayacaqdır. ALLAH TÜRKLƏRİ QORUSUN. AMİN!!!…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s