Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi şurasına üzvlük üçün gənclər və vətənpərvərlik tərbiyəsi üzrə ixtisaslaşmış QHT qrupundan üç nazmizəd seçilmişdir

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, martın 17-də AMEA-nın rəyasət heyətinin iclas zalında keçirilmiş növbəti yığıncaqda gənclər və vətənpərvərlik tərbiyəsi sahəsi üzrə ixtisaslaşmış QHT qrupundan Şura üzvlüyünə 3 namizəd müəyyən edilmişdir.


Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov məlumat vermişdir ki, yığıncaqda gənclər və vətənpərvərlik tərbiyəsi sahəsi üzrə ixtisaslaşmış QHT qrupundan 57 nümayəndə iştirak edir. Namizədlərin sayı isə 23-dür.

Yığıncağın sədarəti seçilmiş, gündəlik və reqlament təsdiq edilmişdir. Namizədlər özləri haqqında məlumat verdikdən sonra səsvermə keçirilmişdir.

Səsvermə nəticəsində Yeniliyə Doğru Gənclər Fondunun üzvü, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gənclər və vətənpərvərlik tərbiyəsi sahəsi üzrə ixtisaslaşmış QHT qrupundan üzvlüyə namizəd seçilmişlər.

Səsvermə və səslərin sayılması prosesini qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər müşahidə etmişlər.

This entry was posted in Society. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s