NETTY 2008

NETTY-2008 Azərbaycan Milli İnternet Mükafatının keçirilmə şərtlərinə uyğun olaraq iştirakçıların və virtual jüri üzvlərinin qeydiyyatı 5 fevral 2008-ci il tarixindən başlayaraq 28 aprel 2008-ci il tarixinədək davam edəcək.
Müsabiqənin iştirakçısı və ya virtual jüriin üzvü müsabiqənin qaydaları ilə ziddiyyət yaratmayan və Mükafatın Təşkilat Komitəsi tərəfindən bəyənilən
www.netty.az saytında qeydiyyatdan keçmiş hər bir şəxs ola bilər.
28 aprel ayından 7 may ayınadək virtual jürinin səsverməsi keçiriləcək. Bu müddət ərzində iştirak etmək üçün tələbnamələrin (ərizələrin) və virtual jürinin yeni üzvlərinin qəbulu dayandırılır. Qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri NETTY-2008-in nominantlarını səsvermə vasitəsilə müəyyən edir. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.

8 may 2008-ci il tarixində virtual jürinin seçiminə əsaslanaraq milli informasiya texnologiyalar sahəsində fəaliyyət göstərən görkəmli xadimlərdən ibarət NETTY akademiyasının səsverməsi başlayır. Akademiya qapalı səsvermə vasitəsilə nominantların ümumi sayından hər nominasiyadan bir qalibi seçərək NETTY-2008 finalçılarını müəyyən edir.

Qeyd olunan müddət ərzində, həmçinin müsabiqədən kənar fəxri nominasiyalar üzrə akademiklərin səsverməsi keçirilir.

NETTY-2008-in qalibləri 17 may tarixində təntənəli mərasimdə rəsmi elan edilir. Mərasimdə Mükafatın bütün nominantları iştirak edirlər. Tədbirin gedişatında Akademiyanın qərarı ilə müsabiqədən kənar nominasiyalar üzrə qaliblər də elan edilir.

This entry was posted in INTERNET, Society. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s