İRƏLİ Xocalı qurbanlarını anacaq

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir.Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir.

Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Silahlı Qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 16 ili tamam olur. Bu hüznlü gündə Azərbaycan xalqı davakar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, tariximizin təbliği və qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının 16–cı ildönümü münasibətilə “İRƏLİ” ÜGH Gənclər və İdman Nazirliyi ilə birgə Vətənpərvərlik mövzusunda  II divar kağızı (wallpaper) sərgisi təşkil edir.

Müsabiqəyə təqdim olunmuş əsərlər 25 Fevral 2008–ci il saat 11:00-da Səttar Bəhlulzadə adına sərgi salonunda ( Bakı, Hacıbəyova küç 27) Xocalı soyqırımının 16–cı ildönümünə həsr olunmuş sərgidə nümayiş olunacaq. Qeyd edək ki, bir ay bundan əvvəl elan olunmuş müsabiqəyə 100-dən artıq iş təqdim edilmişdi. Həmin gün sərgidə 50 seçilmiş divar kağızı (wallpaper)  nümayiş etdiriliəcəkdir. Nümayiş olunan  əsərlər peşəkar münsiflər tərəfindən qiymətləndirilərək qaliblər müəyyən olunacaq və mükafatlar təqdim olunacaqdır. Müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət disklər dövlət qurumlarına, qeyri–hökumət təşkilatlarına, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına paylanacaqdır.

Faciənin ildönümü ilə bağlı həmçinin Hərəkatın ”İnformasiya texnologiyaları” departamenti tərəfindən  26 Fevral 2008–ci il saat 11:00-dən başlayaraq xüsusi hazırlanmış ingilis, fransız, italyan və alman dillərində məlumatların dünyadakı aparıcı ölkələrin hökümət rəhbərləri, konqresmen, senatorlar, yüzlərlə beynəlxalq təşkilatların funksionerlərinə, ümumilikdə sayı 10.000-ə çatan elektron ünvana çatdırılması təmin ediləcəkdir. Qeyd edək ki, məlumatların göndərilməsində Hərəkat tərəfindən hazırlanmış və faciənin tarixindən bəhs edən video çarxdan da istifadə olunacaqdır. Daha sonra həmin video görüntülər internet vasitəsilə İRƏLİ TV-də (www.youtube.com/irelitv) yerləşdiriləcəkdir.

Hörmətlə,

Tinatin Vəliyeva

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının

Mətbuat katibi

www.familoglu.azeriblog.com

This entry was posted in IRELI PY and tagged . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s